Azərbaycan Respublikası Prezidenti İnsan Hüquqları üzrə Təlim və Tədqiqat


ÖLKƏNİN PENİTENSİAR SİSTEMİNDƏ ƏMƏYİN TƏŞKİLİNİN VƏZİYYƏTİ



Yüklə 481,29 Kb.
Pdf görüntüsü
səhifə5/20
tarix02.01.2022
ölçüsü481,29 Kb.
#1027
1   2   3   4   5   6   7   8   9   ...   20
ÖLKƏNİN PENİTENSİAR SİSTEMİNDƏ ƏMƏYİN TƏŞKİLİNİN VƏZİYYƏTİ 

 

Penitensiar müəssisələrdə məhkumların əməyə cəlb edilməsinin qanunvericilik əsasları 

 

Məhkumların  əməyi Cəzaların  İcrası  və  Əmək Məcəllələri ilə  tənzim olunur. Cəzaların  İcrası 



məcəlləsinin 12-ci fəsli  “Müəyyən müddətə azadlıqdan məhrum etmə  və ömürlük azadlıqdan 


məhrum etmə növündə  cəzalara məhkum olunmuş  şəxslərin  əməyi, ilk peşə-ixtisas təhsili və 

peşə hazırlığı” adlanır. Məcəllənin 95.1. maddəsində göstərilir ki, “Hər bir məhkum cəzaçəkmə 



müəssisəsinin müdiriyyəti tərəfindən müəyyən edilmiş yerdə və işlərdə əmək fəaliyyəti ilə məşğul 

olmalıdır. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti məhkumların cinsini, yaşını, əmək qabiliyyətini, 

sağlamlığını, imkan daxilində ixtisaslarını nəzərə alaraq, onları faydalı əməyə cəlb etməlidirlər. 

Məhkumlar bir qayda olaraq cəzaçəkmə müəssisələrinin istehsalat sahələrində, bu müəssisələrin 

normal fəaliyyətinin təmin olunması üçün nəzərdə tutulmuş təsərrüfat və məişət işlərində, habelə 

cəzaçəkmə müəssisələrindən kənar digər istehsalat obyektlərində müəyyən olunmuş qaydada 

mühafizə  və  təcrid olunmaqla əməyə  cəlb olunurlar. Məhkumlar cəzaçəkmə müəssisəsində 

müdiriyyətin icazəsi ilə fərdi əməklə məşğul ola bilərlər. Cəzaçəkmə müəssisələrində təsərrüfat 

və  məişət işlərinə  cəlb edilmiş  məhkumların sayı müəssisədə  cəza çəkməsi nəzərdə tutulan 

məhkumların sayının on faizindən çox ola bilməz. Məhkumların  əməyindən istifadə edilməsinə 

icazə verilməyən işlərin siyahısı  cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə 

müəyyən edilir”.

1

  



Məhkumlar üçün nəzərdə tutulan əmək normaları  və qaydaları ayrı-ayrı istisnaları  çıxmaqla 

Əmək Məcəlləsinin tələblərinə uyğun həyata keçirilir. Məcəllənin 96.1. maddəsinə görə

 



Məhkumların iş vaxtının müddəti, əməyin mühafizəsi və istehsalat sanitariyası qaydaları əmək 



qanunvericiliyinə uyğun olaraq müəyyən edilir”

2

 Bununla belə Penitensiar sistemin 

xüsusiyyətləri bəzi məhdudiyyətlər mövcuddur. 

Məsələn, Cəzaların İcrası məcəlləsinin 95.6. maddəsinə görə 



Məhkumlara əmək mübahisələrinin 

həlli üçün əmək fəaliyyətini dayandırmaq və tətil etmək qadağan edilir. Üzrsüz səbəbdən əməkdən imtina 

edilməsi və ya əmək fəaliyyətinin dayandırılması cəzanın icrası qaydalarının pozulması sayılır və 

məhkuma tənbeh tədbirlərinin tətbiq edilməsinə və ya onların maddi məsuliyyətə cəlb olunmasına səbəb 

olur



3

Cəzaların İcrası Məcəlləsinin 97.1. maddəsinə görə “Məhkumlar əmək qanunvericiliyinə uyğun 



olaraq əməyin ödənilməsi hüququna malikdirlər”

4

Yuxarıda qeyd olunduğu kimi Cəza çəkmə Müəssisələrində    əmək münasibətlərinin 

tənzimlənməsi Cəzaların  İcrası  Məcəlləsinnin tələblərinə    əməl edilməklə  Əmək Məcəlləsinə 

uyğun tətbiq edilir. Məhkumlar  əmək fəaliyyəti zamanı istehsalat zədələnməsi və ya peşə 

xəstəliyinə tutulduqda sağlamlıqlarına dəymiş  zərərə görə qanunvericilikdə  nəzərdə tutulmuş 

qaydada kompensasiya alırlar. 

Bununla belə Əmək Məcəlləsinin 17-ci maddəsinin 2-ci hissəsinə görə “Hərbi və ya fövqəladə 

vəziyyətlə əlaqədar müvafiq qanunvericilik əsasında, habelə qanuni qüvvəyə minmiş məhkəmə 

hökmlərinin icrası zamanı müvafiq dövlət orqanlarının nəzarəti altında yerinə yetirilən işlərdə 

məcburi əməyə yol verilir”

5

. Bu müddəanın Əmək Məcəlləsinə daxil edilməsi bir sıra 

mübahisələr doğurur. Bu barədə aşağıda daha geniş bəhs olunacaqdır. 

Ölkənin müvafiq qanunvericiliyi məhkumların əməyə cəlb edilməsinin  hüquqi  əsasları 

yaradılmışdır. Bu əsaslar ayrı-ayrı istisnalarla ölkənin tərəfdar çıxdığı müvafiq beynəlxalq 

normalara uyğundur. 

 

                                                 



1

 Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi.Mənbə: 

http://e-

qanun.gov.az/print.php?internal=view&target=1&docid=15&doctype=1

2

 Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi. Mənbə: 



http://e-

qanun.gov.az/print.php?internal=view&target=1&docid=15&doctype=1

3

 Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi. Mənbə: 



http://e-

qanun.gov.az/print.php?internal=view&target=1&docid=15&doctype=1

 

4

 Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi. Mənbə: 



http://e-

qanun.gov.az/print.php?internal=view&target=1&docid=15&doctype=1

5

 Azərbaycan Respublikasının Əmək Məcəlləsi. Maddə 17. 





Yüklə 481,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin