Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu


Tədqiqatın nəticələri aşağıdakı təqdimat formalarında ümumiləşdirilir



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə40/79
tarix03.06.2023
ölçüsü1,56 Mb.
#124157
1   ...   36   37   38   39   40   41   42   43   ...   79
1 Azərbaycan dili-Kurikulum 2013

Tədqiqatın nəticələri aşağıdakı təqdimat formalarında ümumiləşdirilir. 

ifadə yazılar, təsvirlər, əsərlər, şeirlər, esseler; 

sxemlər, cədvəllər, qrafiklər; 

illustrasiyalar, məqalələr; 

nağıllar, tapmacalar, atalar sözləri, zərbi-məsələlər, uydurmalar, 
yanıltmaclar; 

təcrübələr, eksperimentlər; 

maketlər, modellər, rəmzlər; 

layihələr; 

qaydalar, qanunauyğunluqlar; 

səhnələşdirmələr; 

nəğmələr, musiqilər; 

referatlar; 

krossvordlar və s. 
Tədqiqat müxtəlif formalarda: böyük qrupda, kiçik qruplarda, cütlük 
şəklində və fərdi qaydada aparıla bilər. 
III mərhələ: məlumatın mübadiləsi 
Tədqiqat üçün ayrılmış vaxt bitdikdən sonra müəllim tapşırığın icrasının başa 
çatdığını bildirir. Bundan sonra şagirdlər informasiyanın təqdimatına başlayır, əldə 
etdikləri yeni informasiyaları digər iştirakçılarla bölüşürlər. Həmin təqdimatların 
əks olunduğu iş vərəqləri lövhədən asılır. 
IV mərhələ: məlumatın müzakirəsi


Mövcud 
mərhələnin 
məqsədi 
yeni 
əldə 
edilmiş 
informasiyanı
sistemləşdirmək və qrupların hazırladıqları təqdimatlar arasındakı əlaqəni üzə 
çıxarmaqdır.
Bu mərhələdə müəllim köməkçi suallardan istifadə etməklə əldə olunmuş 
faktların məqsədyönlü müzakirəsini təşkil edir. Məlumat sxem, qrafik, cədvəl, 
təsnifat və s. formalarda təqdimatlar dinlənilir. Nəticədə tədqiqat sualına cavab 
aydınlaşır. 
Müzakirə prosesində müəllim öz fikirlərini şagirdlərə zorla qəbul 
etdirməməlidir.
V mərhələ: nəticə və ümumiləşdirmə 
Nəticəyə gəlmək üçün müəllim şagirdlərin köməyi ilə əldə olunan bilgiləri 
ümumiləşdirir, əldə edilmiş ideyanı tədqiqat sualı ilə (o bu suala cavab verirmi?) 
və şagirdlərin ilkin fərziyyələri ilə (bunların arasında düzgün olanları varmı?) 
müqayisəsini təşkil edir.

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin