70
Cədvəldən göründüyü kimi xüsusi kapitalın quruluşunda xeyli dəyişiklik
olmuşdur, beləki, nizamnamə kapitalının məbləği və xüsusi çəkisi xeyli artmış, ehtiyat
kapitalının, yığım fondlarının, istehlak fondlarının həcmi və xüsusi çəkisi azalmışdır.
Balansın aktiv maddələrinin əsas qruplaşma əlaməti onların likvidlik dərəcəsi(nağd
pula çevrilmə sürəti) hesab olunur. Bu əlamət üzrə balansın bütün aktivləri əsas kapitala
yaxud uzunmüddətli kapitala (I bölmə) və cari (dövriyyə) aktivlərinə (II və III bölmələr)
bölünür.
Müəssisə vəsaitləri onun daxili dövriyyəsində və ondan kənarda (debitor borcları,
qiymətli kağızların, aksiyaların satın alınması) istifadə oluna bilər.
Dövriyyə kapitalı istehsal sferasında (ehtiyatlar, bitməmiş istehsal, gələcək dövrün
xərcləri) və tədavül sferasında (anbarlarda olan hazır məhsullar, qısamüddətli maliyyə
qoyuluşları, kassa və bankda olan hesablarda nağd pul vəsaiti, mallar və s.) ola bilər
Kapital pul və material formasında fəaliyyət göstərə bilər. Pul formasında
depozitlər, qısamüddətli maliyyə qoyuluşları, hesablaşmalarda olan vəsaitlər daxildir.
Dostları ilə paylaş: