62
- Rəhbərliyin uyğun mahiyyəti üzrə prosedurlarla birgə uçot təxminini necə tərtib
etməsi üzərində nəzarət mexanizmlərinin əməliyyat efektivliyini yoxlamaq.
Əgər şübhəli borclar üzrə qiymətləndirilmiş öhdəliyin məbləği köhnəlmiş debitor
borclarının təhlilinə əsaslanırsa, təhlilin dəqiqliklə aparılması olduqca əhəmiyyətlidir.
Auditor əhəmiyyətli risklərə səbəb olan uçot təxminlərini qiymətləndirdiyi halda,
auditor aşağıdakıları qiymətləndirməlidir:
- rəhbərlik alternativ fərziyyələri və ya nəticələri necə nəzərə almışdır, nəyə görə
onları rədd etmişdir.
- rəhbərlik tərəfindən istifadə olunan əhəmiyyətli fərziyyələr nə dərəcədə
əsaslandırılmış və ağlabatandır, və
- Konkret fəaliyyət planlarını həyata keçirmək üçün rəhbərliyin niyyəti və onun
bunu etmək üçün bacarığı.
Auditor uçot təxminləri ilə bağlı maliyyə hesabatlarında verilən açıqlamaların
doğru olduğunu əmin olmaq üçün kifayət qədər uyğun auditor sübutu əldə etməlidir.
Əhəmiyyətli risklərə səbəb olan uçot təxminləri olduğu halda, auditor onların
qiymətləndirmə
qeyri-müəyyənliyinin
açıqlanmasının
uyğunluğunu
qiymətləndirməlidir.
Auditor rəhbərliyin mümkün qərəzli yanaşma göstəricilərininin mövcudluğunu
müəyyən etmək üçün uçot təxminlərinin tərtib edilməsində rəhbərliyin qəbul etdiyi
qərarları yoxlamalıdır. Auditor rəhbərlikdən onların uçot təxminlərinin tərtib
edilməsində istifadə edilən əhəmiyyətli fərziyyələrin ağlabatan olmasını hesab edib-
etmədiyinə dair yazılı təqdimat əldə etməlidir.
Uçot təxminiləri ilə bağlı böyük əhəmiyyətli tərif riski mövcuddur, belə ki, uçot
təxminləri hadisələrin nəticəsinə dair qeyri-müəyyənlik vəziyyətlərində tez-tez istifadə
edilən təqribi təxminlərdir. Uçot təxminiləri ilə əlaqədar audit prosedurları auditorlardan
uçot təxminlərinin əsasını təşkil edən fərziyyələrin dərindən başa düşülməsini tələb edir.
Bu fərziyylərdən istifadənin qiymətləndirilməsini, qərarların istifadəsini, ekspertlərin
gördükləri işlərin qiymətləndirilməsini və s. tələb edir. Buna görə də, belə yoxlamalar
yalnız bu sahədə geniş təcrübəyə malik olan baş auditorlar tərəfindən aparıla bilər.
Dostları ilə paylaş: