53
Audit sübutu maliyyə hesabatlarında ifadə edilən müddəaların doğruluğunu
yoxlayır. Audit sübutları müxtəlif mənbələrdən əldə edilə bilər.
a) Qeydlərin və ya sənədlərin yoxlanması
Müddəaları yoxlamaq üçün
rəsmi qeydlər və ya sənədlər, məsələn, hesab-
fakturalar, alışların, satınalmaların qeydiyyatı jurnalı, müqavilələr,
görüşlərin
protokolları və s. araşdırılır. Rəsmi qeydlər və ya sənədlər ya iqtisadi subyekt üçün
daxili (məsələn, satınalma sifarişi), ya da kənar (satınalma sifarişinin təsdiqi) ola bilər
Onlar kağız və ya elektron formada ola bilər.
b) Maddi aktivlərin yoxlanılması
Aktivlər fiziki cəhətdən yoxlanılır. Məsələn, avadanlıq maddələri onların aktivlərin
reyestrində qeyd edilmiş eyniləşdirmə nömrələri və yerləşmə
yerlərinə görə fiziki
cəhətdən yoxlanırlar.
c) Müşahidə
Auditorların başqaları tərəfindən yerinə yetirilən prosesə və ya prosedura baxması
müşahidə adlanır. Məsələn, inventarizasiyanın və əmək haqqlarının işçilərə
paylanmasının müşahidəsi, auditor müxtəlif tapşırıqların
kimlər tərəfindən yerinə
yetirilməsini və icra edilməsini və riayət olunan müxtəlif prosedurların nədən ibarət
olmasını müşahidə edir.
O, digər müddəaların, məsələn tamlıq, qiymətləndirmə,
hesabat dövrü və
digərlərinin yoxlanılmasında dolayısı ilə kömək etməklə nəzarət mexanizmlərinin işi ilə
bağlı sübut təqdim edir.
d) Sorğu
Sorğu müəssisə daxilində və ya müəssisədən kənarda məlumatlı və bilikli şəxsdən
həm maliyyə və qeyri-maliyyə məlumatlarının soruşulması deməkdir.
Bu növ sübut hər hansı müddəanı yoxlamaq üçün istifadə edilə bilər. Bununla belə,
o, köməkçi sübutdur və digər sübutun əsasında gəlinən qənaətləri və nəticələri
dəstəkləyir.
Auditor
mal-material ehtiyatlarının
qiymətləndirilməsi
metodu haqqında
müştəridən məlumat alır. Auditorlara deyilir ki, dəyəri müəyyən etmək üçün İMİM (İlk
mədaxil ilk məxaric) metodundan istifadə olunur və mal-material ehtiyatlan ilkin dəyər
54
və xalis satış dəyərinin daha kiçik olanı ilə qiymətləndirilir.
e) Kənar təsdiq
Təsdiq - müəyyən informasiya və ya mövcud vəziyyət
barədə bilavasitə üçüncü
şəxsdən yazılı təqdimatın əldə edilməsi prosesidir.
- Verilən tarixə olan qalıqları təsdiq edən bank məktubu.
- Debitor borclarının sirkulyasiyası ki, bu zaman qalıqların təsdiqlənməsi üçün
müştərilərə sorğular göndərilir.
- Şərti öhdəliklərlə bağlı ekspert hüquqşünasların təsdiqi.
- Üçüncü tərəflərə məxsus olan mal-material ehtiyatları və ya investisiyalann
təsdiqlənməsi.
- Müqavilə şərtlərinə və ya iqtisadi subyektin üçüncü tərəflə birgə əməliyyatlarına
edilən dəyişikliklərin təfərrüatları barədə təsdiq.
f) Təkrar hesablama
Təkrar hesablama sənədlərin və qeydlərin riyazi dəqiqliyinin yoxlanılmasını
daxil
edir. O, əl usulu və ya (CAAT - computer-assited audit tecnniques) Kompüterləşdirilmiş
audit metodları vasitəsilə yerinə yetirilə bilər. Məsələn: Amortizasiya hesablamaları
auditorun işçi heyəti tərəfindən təkrar hesablamaqla yoxlanılır
Dostları ilə paylaş: