55
- Auditin planlaşdırılması prosesi zamanı - xüsusi diqqət tələb edən sahələri
müəyyən etməkdə kömək etmək üçün.
- Yekun yoxlama mərhələsi zamanı - audit nəticələrini təhlil etmək və
əsaslandırmaq üçün.
- Faktiki audit yoxlaması zamanı - mahiyyəti üzrə yoxlama prosedurları kimi
Analitik prosedurlar vasitəsilə yoxlanılan
müddəalara
tamlıq, dəqiqlik,
qiymətləndirmə və təsnifat aiddir.
Üstünlükləri
- Məlumatların məqbulluğunu müəyyən etmək üçün sağlam zəmin yaradır.
- Sonrakı yoxlamaların zəruriliyini qiymətləndirməkdə kömək edir.
- Yaxşı audit planlaşdırılma vasitəsi ilə təmin edir, belə ki, auditora müxtəlif
bəndlərin nisbi əhəmiyyəti və prioritetləri ilə bağlı qərar qəbul etmək imkanı verir.
Çatışmazlıqları
- Qeyrı-stabil əməliyyat mühiti əlaqələrin öncədən görülməsini çətinləşdirir.
- Etibarlı məlumatların çatışmaması analitik prosedurlarından
istifadə etmək
qabiliyyətini məhdudlaşdıra bilər.
Auditorun audit rəyinin əsaslanacağı ağlabatan qənaətlərə gələ bilmək üçün kifayət
qədər uyğun auditor sübutu əldə etməsi lazımdır.
“Kifayət qədər” anlayışı audit sübutunun kəmiyyət ölçüsüdür. "Uyğun" anlayışı
audit sübutunun keyfiyyət ölçüsüdür. (500 saylı BAS)
Audit sübutu auditor rəyini və hesabatını dəstəkləmək üçün zəruridir. Audit
sübutunun keyfiyyəti onun uyğunluğu ilə, yəni ondan gözlənilən funksiyanın
müddəalari dəstəkləmək və ya inkar etmək funksiyasını yetirib-yetirməməsindən asılı
olaraq müəyyən edilir.
Sübutun keyfiyyəti və ya onun uyğunluğu aşağıdakılardan asılıdır:
- onun uyğunluğu və
- əməliyyatların
sinifləri, hesablar, açıqlamalar və əlaqəli müddəaların dəstəklən-
məsində və ya onlarda təhriflərin aşkar edilməsində onun etibarlılığı.
a) Sübutun uyğunluğu
Audit sübutu auditor rəyinin formalaşmasına töhfə verən nəticələrin çıxarılmasına
56
kömək etdikdə uyğun hesab edilir.
Əvvəlki audit yoxlamalarında yerinə yetirilən audit prosedurları
iqtisadi subyektin
işgüzar fəaliyyəti, təşkilati strukturu və nəzarət mexanizmlərii ilə bağlı auditor sübutunu
təqdim edir. Buna baxmayaraq, müəssisədə və ya onun mühitində belə sübut uyğun
olmaya bilərdi. Auditor bu cür sübutun uyğunluğunu yoxlamalıdır. Məsələn,
auditdən
əvvəlki ilin satışları müstəqil distribyutorlar vasitəsilə həyata keçirilib. Audit keçirilən
ildə şirkət özünün satış ofislərini açmışdır. Satış sahəsi üzrə
nəzarət mexanizmləri
yenidən yoxlanılmalı idi; əvvəlki ilin yoxlaması uyğun olmaya bilərdi.
b) Sübutun etibarlılığı
- Sübut müəssisədən kənar müstəqil mənbələrdən əldə edildikdə daha etibarlıdır,
məsələn, müştəri tərəfindən qalıqların təsdiqlənməsi.
- Daxili sübut (müəssisə daxilində yaranan sübut) əlaqəli nəzarət mexanizmləri
effektiv olduqda daha etibarlıdır.
Satış hesab-fakturaları şirkət daxilində yaranan sənədlərdir. Onlar satış üzrə daxili
nəzarət mexanizmləri effektiv olduqda sübut kimi daha etibarlı ola bilər.
- Auditor tərəfindən birbaşa əldə olunan sübut dolayısı ilə və ya nəticə çıxarılması
yolu ilə əldə olunan sübutdan daha etibarlıdır.
Auditor əmək haqları ilə bağlı ödəniş prosedurlarını şəxsən müşahidə etdikdə,
nəzarət mexanizmlərilə bağlı əldə olunan sübut sadəcə müştərinin işçi heyətinə sorğu
göndərməklə əldə olunan sübutdan daha etibarlı sayılır.
- Sübut sənəd formasında (yazılı şəkildə) yəni kağız, elektron və ya digər formada
mövcud olduqda daha etibarlıdır.
Auditor göruşun protokollarını
tapa bilər, bu görüşdə baş verənlərin şifahi
təsvirindən daha etibarlıdır.
- Orijinal sənədlərdə təqdim olunan sübutlar sürəti çıxarılmış və ya faksimil
sənədləri vasitəsilə təqdim olunan sübutdan daha etibarlıdır.
Dostları ilə paylaş: