Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə18/39
tarix14.05.2023
ölçüsü0,79 Mb.
#113526
1   ...   14   15   16   17   18   19   20   21   ...   39
abdurahmanov meftun

Marketinq. Marketinq - müəssisə və onun səhmdarlarına mənfəət qazandırmaq 
məqsədi ilə müştərilər üçün dəyərin yaradılması, əlaqələndirilməsi, bölüşdürülməsi və 
müştəri xidmətlərinin idarə edilməsi ilə bağlı təşkilatı funksiya və proseslər toplusudur.
Hədəf olaraq seçilmiş bazar tələbinin qiymətləndirilməsi və müəssisənin məhsulu 
ilə bağlı tələbin təchiz olunması da marketinqə daxildir. Marketinq funksiyasına 
aşağıdakı fəaliyyətlər daxildir 
Tədqiqat: məhsul və ya xidmət üçün potensial tələbin qiymətləndirilməsi, müvafiq 
məhsul və xidmətlərin hazırlanması. 
Reklam: məhsula tələb yaratmaq üçün məhsul və onun xüsusiyyətlərinin bazarda 
təqdim edilməsi. 
Satışdan sonrakı xidmət: müəssisənin nüfuzunun qorunması və gələcək xoş 
məramın inkişaf etdirilməsi. 
Daxili auditor aşağıdakıları icra etməlidir. 


50 
- Marketinq prosedurunun adekvat olmasının qiymətləndirilməsi 
- Marketinq proseduru ilə bağlı risklərin və həmin risklərə nəzarətin 
qiymədəndirilməsi 
- Marketinq funksiyasının səmərəlilik, effektivlik və qənaətlilik aspektlərinin 
müəyyən edilməsi 
Marketinq funksiyasının auditini aparmaq üçün daxili auditor marketinq 
prosedurlarını başa düşməli, müəssisənin strategiyalarını, müştəri şərhlərini və s. 
nəzərdən keçimirməlidir. 
Marketinq riskləri: 
- Şişirdilmiş marketinq məsrəfləri 
- Müvafiq qanunun pozulmasına səbəb olan reklam 
- Marketinq riskləri üzrə nəzarət metodları: 
- Meydana çıxan məsrəflərdən əvvəl büdcənin hazırlanması 
- Məsrəflərin faydalılğı ilə bağlı təhlil aparılmalıdır 
- Reklam nəzarətinə bağlılıq
- Səlahiyyətli şəxslər tərəfindən marketinq xərclərinə icazə verilməsi 
Xəzinədarlıq. Müəssisənin xəzinədarlıq funksiyasına pul ehtiyatlarının axını, işlək 
kapitalın tənzimlənməsi, mümkün ola biləcək ən aşağı məsrəflər üçün pul ehtiyatlarının 
tənzimlənməsi, optimal nağd pul balansının müəyyən edilməsi, artıq pul vəsaitlərinin ən 
doğru şəkildə investisiya edilməsi və xarici mübadilə riskinin idarə edilməsi daxildir. 
Xəzinədarlıq təşkilatda çox əhəmiyyətli funksiyadır, çünki bu mexanizm təşkilatın 
rifahını artırmaq üçün mümkün pul vəsaitlərin ən doğru şəkildə istifadə olunması ilə 
bağlı metodları aşkara çıxarmaqla məşğul olur Xəzinədarlıq funksiyası effektiv şəkildə 
həyata keçirilməməsi müəssisə üçün itkilərə səbəb olacaq və müəssisənin gəlir əldə 
etmək üçün etdiyi bütün cəhdlər boşa çıxacaq. Müəssisənin pul vəsaitləri tükəndikdə 
müflisləşmə və likvidasiya qaçılmaz olur. 
Daxili auditor dövriyə kapitalının cəlb edilməsi və hər hansı aktiv saldonun 
investisiya edilməsi ilə bağlı müəssisənin strategiyalarını qiymətləndirməlidir. 
Auditor müəssiənin pul ehtiyatlarının idarə edilməsi üçün yaradılmış strategiyalarla 
bağlı riskləri qiymətləndirməlidir. 


51 
- Mümkün ən ucuz mənbədən pul vəsaitlərinin əldə edilməməsi riski 
- Qeyri-adekvat investisiya mənfəətindən əmələ gələn risk 
- İnvestisiya təhlükəsizliyi 
- Xarici valyuta riski və s. 
Müəssisə ilə bağlı riskləri aşkara çıxardıqdan sonra auditor risklərin effektiv 
şəkildə idarə edilib- edilmədiyini müəyyən etməlidir. 

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin