45
infrastruktur, nə də proqram təminatı mövcud olmur.
Mühasibat sistemi də daxil
olmaqla maliyyə hesabatlarının məqsədlərinə uyğun informasiya sistemi aşağıdakıları
həyata keçirmək üçün hazırlanan uçot və prosedurlardan ibarətdir:
- müəssisədə olan əməliyyatlar (həmçinin, müəyyən tədbirlər və vəziyyətlər)
barədə hesabat vermək, onları qeydiyyata almaq, yeniləmək və istifadə etmək üçün;
- aktivlər, öhdəliklər və kapitalla bağlı hesabat vermək.
4. Nəzarətlə bağlı fəaliyyətlər
Rəhbərliyin birbaşa tapşırıqlarının icrasini təmin etməkdə bizə yardım edən siyasət
və prosedurlar nəzarətlə bağlı fəaliyyətlər adlanır. Nəzarət fəaliyyətləri həm İT, həm də
əllə idarə olunan sistemlərə tətbiq olunur. Nəzarət fəaliyyəti müxtəlif növ təşkilatı və
funksional səviyyələrdə tətbiq olunur.
Yanlış hesabat riskini qiymətləndirmək və risklərin dəyərləndirilməsi ilə əlaqədar
növbəti audit prosedurlarını hazırlamaq üçün auditor nəzarət fəaliyyətləri barədə kifayət
qədər anlayışa sahib olmalıdır.
Auditor müxtəlif növ əməliyyatlar üçün lazım olan fəaliyyət və əməliyyat axınını
bilməlidir. Onlar nəzarət fəaliyyətlərinin düzgün və yerində olduğunu bilmək üçün
seçmə yoxlamalar aparmalıdırlar. Əgər seçmə yoxlamalar
bir çox hallarda sənədlərin
hüquqi qüvvəsinin şirkətin siyasətinə uyğun gəlmədiyini göstərərsə, bu hal yüksək
səviyyədə yanlış bəyanat riskinin mövcudluğu anlamına gəlir.
Belə olduqda auditorlar
daha çox əməliyyatı təsdiq etmək üçün öz planlarını yenidən gözdən keçirməlidirlər.
5. Nəzarət mexanizmlərinin monitorinqi
Nəzarət mexanizmlərinin monitorinqi daxili nəzarət fəaliyyətinin effektivliliyinin
müəyyən müddət ərzində dəyərləndirilməsi prosesidir. Buraya nəzarət fəaliyyəti və
əməliyyatların vaxtında
dəyərləndirilməsi, eləcə də müəyyən vəziyyətlərdə dəyişikliklə
bağlı zəruri tədbirlərin görülməsi daxildir. Nəzarət metodlarının monitorinqi daxili
nəzarətin tərkib hissəsidir. (Beynəlxalq Mühasiblər Federasiyasının (BMF)
terminlər
lüğəti)
Daxili nəzarət mexanizmlərinin monitorinqinə daxildir:
- Maliyyə hesabatları üzərində daxili nəzarətin monitorinqi üçün lazım olan əsas
fəaliyyət növlərinin başa düşülməsi.
46
- Daxili nəzarət fəaliyyətinin effektivliliyini vaxtaşırı dəyərləndirimək.
Bildiyimiz kimi auditorlar öz işlərini səmərli yolla və müəyyən olunan vaxt
çərçivəsində tamamlaya bilmək üçün müəssisənin daxili nəzarət sisteminə kifayət qədər
güvənməlidirlər.
Müəssisənin daxili nəzarət sistemini qiymətləndirərkən
auiditor onu analiz etməli
və əgər hər hansısa bir çatışmazlıq varsa bu çatışmazlığı aşkar etməlidir. Bu
çatışmazlıqlar auditorların daxili nəzarət sisteminə olan etibarı azalda bilər. Əgər daxili
nəzarət sistemi etibar olunacaq şəkildə deyilsə, o zaman çox sayda substantiv
yoxlamalar aparılmalı olacaqdır.
BAS 315-ə əsasən daxili nəzarət sistemi maliyyə hesabatlarının etibarlılığı
baxımından
müəssisə fəaliyyətlərinə, əməliyyatların effektivlilik və səmərəliliyinə,
müvafiq qayda və qanunlara riayət edildiyinə dair əsaslı zəmanət vermək üçün rəhbərlik
tərəfindən səlahiyyət verilmiş şəxslərin və rəhbərliyin əlində cəmləşən bir alətdir.
Müəssisənin səmərəli şəkildə idarə olunması üçün daxili nəzarət çox vacibdir.
Bundan başqa, daimi faylda daxili nəzarət və auditorun bu barədə
dəyərləndirilməsi saxlanılır Müvəqqəti fayllarda daxil nəzarət
sistemi üzrə anketlər və
rəhbərliyin bu anketə olan cavabları saxlanılır.
Daxili nəzarət sistemini qiymətləndirərkən aşağıdakı metodlardan istifadə olunur:
-
Dostları ilə paylaş: