47
DNA mövcud daxili nəzarətin dəyərləndirilməsi üçün auditorların
müştərilərə
verdiyi bir neçə sualdan ibarətdir(məsələn nəzarətlərin hazırlanması). Digər tərəfdən,
daxili nəzarət üzrə dəyərləndirilmə anketi (DNDA) nəzarət vəzifələri və onların yerinə
yetirilib-yetirilməməsi ilə bağlı sualları özündə əks etdirir.
Bunlar daxili nəzarətin dəyərləndirilməsi üçün ən çox tanınımış üsullardır. Daxilli
nəzarət üzrə anket (DNA) və daxili nəzarət üzrə dəyərləndirmə anketi (DNDA)
əhatəlidir və sistemin bütün xüsusiyyətlərinin dəyərləndirildiyindən
əmin olmaq üçün
əvvəlcədən hazırlanmış suallardan ibarətdir.
Daxili nəzarət sisteminin sözlü izah, qrafik izah,
və ya anket şəklində
sənədləşdirilməsindən asılı olmayaraq, dəqiqliyin yoxlanılması üçün izləmə testi həyata
keçirməlidir. Bu testdə auditor bir əməliyyatı seçərək onun müxtəlif mərhələlərdə hansı
nəzarət prosesindən və sistemindən keçdiyini müəyyən edib yoxlayır.
Daxili nəzarətdə çatışmazlıq aşağıdakı hallar baş verdiyi zaman mövcud olur:
- nəzarət maliyyə hesabatlarında olan təhrifləri vaxtlı-vaxtında aşkar etmək,
düzəltmək və ya qarşısını almaq gücündə olmadıqda;
- təhrifləri vaxtı vaxtında aşkar edən, düzəldən və ya qarşısını
alan nəzarət
funksiyası ümumiyyətlə olmadıqda Beynəlxalq Mühasibat Federasiyasının (BMF)
terminləri
Daxili nəzarətlərə etibar etməyi qərarlaşdırmazdan öncə, auditor daxili nəzarət
sistemində çatışmazlıqlar varsa onları aşkar etməli və daxili nəzarət sistemlərini
dəyərləndirməlidir. Sistemdəki çatışmazlıq sistemin
məqsədlərini pozan boşluq
deməkdir. Yuxarıda qeyd edildiyi kimi, sistemdə baş verən çatışmazlıqlar ya daxili
nəzarət sistemlərinin hazırlanmasındakı çatışmazlıqlar
səbəbindən, ya da mövcud
sistemin yerinə yetirilməməsi və ya düzgün yerinə yetirilməməsi səbəbindən baş verə
bilər.
Dostları ilə paylaş: