39
Əmək haqlarını ödəmək üçün
Embawood MMC şirkətinin aşağıdakı qaydaları
vardır:
Fabrik binasına girərkən və binadan çıxarkən bütün işçilər vəsiqələrini
göstərməlidir. Bu sistem təhlükəsizlik baxımından kimin işdə olduğunu yoxlayır. Hər ay
sistemdən hesabat götürülür və işçilərin davamiyyəti bu əməkhaqqı hesabatında qeyd
olunur. Əməkhaqqı hesabatı işçi heyəti bölməsinin əməkdaşı tərəfindən hazırlanır.
Şirkətin
işə davamiyyət, əmək haqlarının ödənişi və s. ilə bağlı qaydaların qeyd
olunduğu kadr heyəti ilə bağlı qaydalar toplusu vardır. Kompyuter sistemi, həmçinin
əlavə hesabat da hazılayır. Bu hesabatda əsas əməkhaqqı və hər ay işçilərin müxtəlif
müavinətləri ilə bağlı informasiyaya hansısa dəyişikliyin
edilib-edilməməsi öz əksini
tapır. Əlavə hesabat və əsas faylda dəyişikliyə icazə verən sənədlərlə birlikdə
əməkhaqqı ilə bağlı hesabat mühasibat şöbəsi tərəfindən yoxlanılır. Bu sistem maaşlarla
bağlı yazılış və hesabatların dəqiq, eləcə də rəhbərliyin siyasətinə uyğun olduğuna dair
zəmanət verir. Bu da öz növbəsində maliyyə hesabatlarında maaşlarla bağlı məlumatlar
üzrə rəhbərlik va auditorların əminliyini təmin edir.
Etibarlılıq dərəcəsini müəyyən etməkdə auditorlara imkan yaratmaq üçün onları
müxtəlif sistemlərə yerləşdirmək lazımdır. Bu, auditorlara maliyyə hesabatlarının
düzgün, həqiqi və ədalətli olmasını qiymətləndirməkdə kömək edəcək.
Təşkilatın auditini həyata keçirərkən auditorlar alqı-satqı, nağd pul əməliyyatları,
bank əməliyyatları, istehsalat,
keyfiyyətə nəzarət, planlaşdırma və s. kimi müxtəlif
sahələrdə, fəaliyyətlərdə daxili nəzarətin dəyərləndirilməsini aparırlar. Auditor müxtəlif
sahələrdə daxili nəzarati yoxladıqdan sonra maliyyə hesabatlarının düzgün və ədalətli
olması ilə bağlı rəy verə bilər.
-
Düzgün addımın atılması üçün rəhbərliyi daxili nəzarətdə olan çatışmazlıqlarla
bağlı məlumatlandırmaq.
Daxili nəzarət metodlarını öyrənmək auditora müvafiq şəkildə auditi planlaşdırmaq
və yerinə yetiriləcək yoxlamaların mahiyyətini, vaxtını və miqyasını
müəyyən etmək
imkanı verir.
Auditorlar müəssisənin maliyyə hesabatlarına təsir edəcək nəzarət metodları ilə
daha dərindən maraqlanmalıdırlar. Məsələn, auditor satıcılarla əlaqə saxlayan müştərilər
40
barədə təfsilatların əks olunduğu yazılışlarla daha az maraqlanmalıdır, çünki burada
müəssisənin maliyyə hesabatlarına təsir edəcək bir şey yoxdur. Lakin maliyyə hesabat-
larına birbaşa təsir edə biləcəyi üçün auditor xərclər,
gəlirlər, aktivlər və passivlərlə
daha dərindən maraqlanmalıdır.
Müəssisələrin strukturu çox zaman böyük və mürəkkəb olur. Buna görə də
auditorların bütün əməliyyatları yoxlaması mümkünsüzdür. Buna görə də auditorlar
müəssisənin müxtəlif fəaliyyətlərinin yoxlanmasında daxili nəzarət metodlarından asılı
olurlar. Daxili nəzarət metodlarını öyrənmək auditorlara hesabatlarda xəta ehtimalını
aradan qaldırmaq üçün yerinə yetiriləcək yoxlamaların ölçüsünü müəyyən etmək imkanı
yaradır.
Audit planlaşdırarkən auditor daxili nəzarət sisteminin
müxtəlif komponentlərini
bilməlidir. Bununla o:
- yanlış hesabatların mümkün növlərini müəyyənləşdirəcək;
- yanlış hesabat təhlükəsi yaradan faktorları nəzərə alacaq;
- səmərəli substantiv yoxlanışlar həyata keçirəcək.
Müəssisənin auditorlarından maliyyə hesabatlarının müəssisənin maliyyə vəziyyəti
baxımından düzgün və ədalətli olub-olmamasını bildirmək tələb olunur. Proses zamanı
auditor maliyyə hesabatlarının dəqiqliyinə təsir edə biləcək bütün mümkün sahələri
aşkar etməlidir.
Daxili nəzarət sistemi aşağıdakı tərkib hissələrindən ibarətdir:
- nəzarət mühiti;
- müəssisədə risklərin qiymətləndirilməsi prosesi;
- maliyyə hesabatları və kommunikasiya ilə əlaqəli biznes proseslərinin də daxil
olduğu informasiya sistemi;
- auditə uyğun nəzarət fəaliyyətləri;
- nəzarət sistemlərinin monitorinqi. (Beynəlxalq Mühasiblər Federasiyasının
(BMF) terminlər lüğəti)
Dostları ilə paylaş: