38
Ancaq yoxlanılan materiallar istehsalatda
istifadə olunacaqdır.
Alınan malların çekləri alış sifarişləri ilə
qəbul hesabatları müqayisə olunduqdan
sonra hazırlanır.
3. Müvafiq qaydalara və qanunlara riayət etmək
Daxili nəzarət müvafiq qanun və qaydalara uyğunluğu təmin etməlidir. Bəzən
qanun və qaydalarla uyğunsuzluğu aşkar etmək üçün hazırlanmış nəzarət sistemləri
maliyyə hesabatlarına birbaşa və müsbət təsir göstərə bilər.
Daxili nəzarət sahəsinə sadəcə mühasibat nəzarəti deyil, eyni zamanda keyfiyyətə
nəzarət, büdcəyə nəzarət (məsələn, bütün xərclərin, aktivlərin büdcəyə uyğun olub-
olmamasını yoxlamaq), kəmiyyətə nəzarət (faktiki hasilatın / maşından çıxan istehsalın
gözlənilən istehsalata uyğun gəlməsi), daxili yoxlamalar (bir şəxsin işinin başqa bir
vəzifəli şəxs tərəfindən yoxlanmasına zəmanət vermək) və s. əməliyyat nəzarətləri də
daxildir.
Bu səbəbdən də daxili nəzarət rəhbərliyi maliyyə sənədlərinin doğruluğu barədə,
yəni müəssisədəki əməliyyatların işgüzarlıqla aparıldığına və müəssisənin müvafiq
bütün qayda və qanunlara əməl etdiyinə dair rəhbərliyi əmin edir.
Dostları ilə paylaş: