Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda


İnsan resurslarının idarə edilməsi



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə19/39
tarix14.05.2023
ölçüsü0,79 Mb.
#113526
1   ...   15   16   17   18   19   20   21   22   ...   39
abdurahmanov meftun

İnsan resurslarının idarə edilməsi. İnsan resurslarının idarə edilməsi müəssisənin 
işçi qüvvəsi ilə bağlı müxtəlif fəaliyyətlərin (işçinin işə qəbul edilməsindən təqaüdə 
çıxmasına qədər) idarə edilmə prosesidir. 
İnsan resursları funksiyasına daxildir: 
- İşçi heyəti və onların ixtisas dərəcələri ilə bağlı ehtiyacların müəyyən edilməsi 
- İşə qəbul siyasəti ilə bağlı qərar qəbul etmək 
- Daimi və ya müvəqqəti vəzifəyə işçilərin qəbul edilməsi ilə bağlı qərar vermək 
- İşçilərin təlimə olan ehtiyaclarını müəyyən etmək və təlim proqramlarını işləyib 
hazırlanmaq 
- Bərabər iş imkanları ilə bağlı qanunvericiliyin tələblərinə riayət etmək 
- Ödəniş, tətillər və digər faydalarla bağlı strategiyalar üzrə qərar qəbul etmək 
- Bacarıqlı işçi heyətini saxlamaq 
İnsan resurslarının idarə olunması ilə bağlı risklər: 
- Doğru işçinin işə götürülməsində uğursuzluq 
- İşçilərin saxlanmasında uğursuzluq 
- Fəaliyyət üzrə əks-məlumatlandırmanın əldə edilməsində uğursuzluq 
- Təlimlərin icrası ilə bağlı uğursuzluq 
- Müvafiq nəzarət strategiyalarının icrası ilə bağlı uğursuzluq 
İnsan resursları ilə bağlı risklərin aradan qaldırılması üçün nəzarət metodları: 
- İşə götürməzdən öncə rəsmi tələbnamənin əldə edilməsi 
- Vəzifəli şəxsləri işə yerləşdirməzdən əvvəl onların bacarıqlarının müəyyən 
edilməsi 
- Yeni işçilərə iş müddətində təlimlər keçmək 


52 
Yekun olaraq qeyd etmək olar ki, əməliyyat auditi məhsuldarlığı və səmərəliliyi 
qiymətləndirmək məqsədilə təsərrüfat sisteminin fəaliyyət prosedurları və metodlarının 
hər hansı bir hissəsinin yoxlanılmasıdır. Bu audit başa çatdıqdan sonra adətən menecerə 
əməliyyatları təkmilləşdirməyə dair tövsiyyələr verilir. 
Bu auditdə yoxlamalar mühasibat uçotu ilə məhdudlaşmır. Yoxlamalar təşkilat 
sturukturunun, kompüter əməliyyatlarının, istehsal metodlarının, marketinq və auditorun 
ixtisaslı olduğu hər hansı başqa sahənin qiymətləndirilməsini əhatə edə bilər. 
Auditorlar (auditor təşkilatları) auditor yoxlamaları keçirməklə yanaşı, təsərrüfat 
subyektlərinə, sahibkarlara və fiziki şəxslərə məsələlərin geniş dairəsi üzrə məsləhətlər 
verilməsi şəklində xidmətlər göstərə bilər. 
Məsləhətlərin keçirilməsi praktikası göstərir ki, auditora müraciət olunan 
məsələlərin ən çoxu vergi qanunvericiliyi ilə bağlıdır. 
Hüquq məsələləri üzrə məsləhətlər verilməsi auditor xidmətlərinin xüsusi növüdür. 
Auditor firmaları qeyri-düzgün məsləhət üçün qanunvericiliyə görə əslində heç bir 
məsuliyyət daşımasalar da sifarişçiyə qeyri düzgün məsləhət verilməsi və bunun 
nəticəsindəki səhv sifarişçidə hər hansı nöqsanın yaranması auditor firmasının icminə 
mənfi təsir göstərir (əgər müqavilə yoxdursa). 

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin