Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda


Ümumi mənfəət əmsalı = ümumi mənfəət / satış gəliri x 100



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə34/39
tarix14.05.2023
ölçüsü0,79 Mb.
#113526
1   ...   31   32   33   34   35   36   37   38   39
abdurahmanov meftun

Ümumi mənfəət əmsalı = ümumi mənfəət / satış gəliri x 100 
Bu əmsala aşağıdakılar təsir edə bilər: 
- satış qiymətində və çeşidində dəyişiklik; 
- satınalmalar nəticəsində ümumi mənfəətdə dəyişiklik, yəni satınalma xərclərində 
artma və ya azalma; 


86 
- digər birbaşa məsrəflərdə dəyişiklik. 
Ümumi mənfəət əmsalında qeyri-adi artım auditora aşağıdakılardan şübhələnməyə 
əsas verir: 
- satışın həddən artıq şişirdilməsi; 
- alışların realda olduğundan az göstərilməsi; 
- digər birbaşa xərclərin realda olduğundan az göstərilməsi; 
- mal-matenal ehtiyatlarının qeyri-münasib formada dəyərləndirilməsi. 
Ümumi mənfəət əmsalında əhəmiyyətli azalma olduqda deyilənlərin əksi barədə 
şübhələnməyə əsas yaranır. 
Müəyyən xərc satışın faiz nisbəti kimi = müəyyən xərc / satış gəliri x 100 
Bu əmsalda hər hansı əhəmiyyətsiz azalma və ya artım auditorda həmin xərc 
növünün doğruluğuna inanmaqla bağlı şübhə yaradır. 
Cari əmsal = cari aktivlər / cari öhdəliklər
Bu əmsal ödəniş müddətində cari aktivlərin cari öhdəlikləri ödəmək üçun kifayət 
qədər nağd maliyyə vəsaiti ortaya çıxarmaq qabiliyyətinə malik olub-olmayacagını 
müəyyən edir. 
Cari əmsalda artım artan mal-material ehtiyatları, maliyyə vəsaiti və ya debitor 
borclarına işarə edir. Buna səbəb müəssisənin böyüməsi, ticarətdə problemlər yaşaması 
və öz mal-material ehtiyatlarını sata bilməməsi ola bilər. Bu artım həm də ticarət 
ödənişlərində və digər cari öhdəliklərdə azalmaya görə də baş verə bilər. 
Ani likvidlik əmsalı = (cari aktivlər - mal-material ehtiyatları) / cari öhdəliklər 
Bir qayda olaraq, qəbul olunur ki. mal-material ehtiyatlarını tez bir şəkildə satmaq 
çətindir. Buna qörə də maliyyə vəsaitinə çevrilə bilən aktivlər daha məntiqəuyğun 
şəkildə qiymətləndirildikdə mal-material ehtiyatlan nəzərə alınmır. Bu əmsal ehtiyac 
olduqda ani aktivlərin cari öhdəlikləri ödəməsi üçün müəssisənin kifayət qədər nağd 
maliyyə vəsaiti təmin edə biləcəyini müəyyən edir. 

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin