87
Mal-material ehtiyatları günü= mal-material ehtiyatları / satışın maya dəyəri
x 365 gün
Mal-material ehtiyatları günlərinin sayı yüksək olduqda anbarda da bir o qədər
çox məhsul toplanır və bu məhsulları satmaq da çətin olur.
Bu zaman mal-material
ehtiyatlarının qiymətləndirilməsi diqqətlə araşdırılmalıdır.
Orta borc yığımı dövru = debitor borcu/kreditlə satış x 365 gün
Orta borc yığım, dövrü müştərinin kredit ödənişini etməsi üçün tələb olunan
günlərin sayıdır.
Bu əmsal orta debitor borclarından istifadə etməklə hesablana bilər.
Bu halda
əmsal borcları ödəmək üçün orta müştəriyə lazım olan günlərin sayını göstərir.
Orta ödəmə müddəti = kreditor borcları/kreditlə alışlar x 365 gün
Orta ödəmə müddəti hesabları ödəmək üçün müəssisəyə lazım olan günlərin sayını
göstərir və aşağıdakı kimi hesablanır.
Bu əmsal orta kreditor borclarından istifadə etməklə də hesablana bilər. Bu zaman
həmin əmsal hesabları ödəmək üçün müəssisəyə lazım olan günlərin orta sayını
göstərəcək.
Öhdəliklərin kapitala nisbəti = borc / (borc + səhm kapitalı) x 100
Öhdəliklərin kapitala nisbəti = ümumi uzunmüddətli borc/istifadə edilən kapital x
100
Bu əmsal müəssisənin
riskini və sabitliyini ölçür, çünki bu əmsal müəssisənin
borcları və öz kapitalı arasındakı əlaqəni ifadə edir. Öhdəliklərin
kapitala nisbətinin
yüksək səviyyədə olması müəssisənin yüksək faizli borcları ödəməli olduğunu göstərir.
Burada səhmdarlar üçün ən az mənfəət vardır və bu mənfəət ani olaraq dəyişə bilər.
Öhdəliklərin kapitala nisbəti yüksək olduqda müəssisə faizi ödəməkdə çətinlik çəkə
bilər.
Dostları ilə paylaş: