89
Nəticə
Müstəqil Azərbaycanın demokratik inkişaf yoluna qədəm qoyması, ölkə
iqtisadiyyatında
bazar
münasitlərinin
formalaşması,
sahibkarlıq
fəaliyyətinin
məqsədyönlü şəkildə genişlənməsi və bununla bağlı bazar iqtisadiyyatına xas olan
təsərrüfat subyektlərinin yaranması maliyyə nəzarəti sisteminin də yenidən və müasir
tələblər əsasında qurulmasını zərurətə çevirmişdir. Dünya təcrübəsində maliyyə
nəzarətinin ən geniş yayılmış mütərəqqi forması kimi audit çıxış edir. Azərbaycanda
audit sisteminin təşkili və tənzimlənməsinin əsaslan «Auditor xidməti haqqında»
Azərbaycan Respublikasının Qanununda öz əksini tapmışdır. Azərbaycanda audit
sisteminin formalaşması prosesi ölkənin maliyyə həyatına şəffaflıq gətirməklə, iqtisadi
məcraya yönələn mütərəqqi nəzarət qurumuna xas olan keyfiyyətləri özündə əks etdirir.
Beləliklə, audit sisteminin bir qolu kimi, daxili audit müasir daxili nəzarət forması
və müəssisənin daxili nəzarət sisteminin tərkib hissəsi olaraq aktivlərin və uçot
məfhumlarının qorunmasını, əks etdirilmiş maliyyə-təsərrüfat əməliyyatlarının
düzgünlüyünü, tamlığını və müvafiqliyini, həmçinin vaxtında düzgün maliyyə
hesabatının hazırlanmasını təmin edir və məqsədi müəssisənin idarəetmə sisiteminin
səmərəliliyinin qiymətləndirilməsidir. Daxili auditorlar həm dövlət sektorunda, həm də
özəl sektorda fəaliyyət göstərirlər.
Müasir audit maliyyə nəzarətin xüsusi təşkilati formasıdır. O, inkişaf etmiş bazar
iqtisadiyyatı şəraitində, hətta hazırda Azərbaycanda formalaşan yeni iqtisadi şəraitdə də
özünü müsbət tərəfdən göstərir. Başqa sözlə desək, müasir audit - bazar
infrastrukturunun ayrılmaz elementidir, onun xüsusiyyəti də məhz buradan yaranır.
Dissertasiya işinin məzmunundan irəli gələn nəticələr aşağıdakılardan ibarətdir.
1.
Təsərrüfat subyektində daxili auditin tətbiqi nəticəsində idarəetməyə böyük
diqqət; riskin qiymətləndirilməsinin təkmilləşmiş metodları; qanun pozuntusu hallarının
azalması; səmərəliyin artması; vəsaitlərə qənaət olunması; maliyyə hesabatlarının
yüksək etibarlılığı və aktivlərin qorunması kimi nəticələr əldə edilir.
2.
Müasir auditin növlərini onun əhəmiyyətliliyi və iqtisadiyyatda oynadığı
rola görə aşağıdakı kimi təsnifləşdirmək məqsədəuyğundur: maliyyə auditi; əməliyyat
90
auditi; uyğunluq auditi; ilkin audit; dövrü audit; təsdiqedici audit; sistemli-istiqamətli
audit; riskli sahənin auditi.
Bazar münasibətləri şəraitində təsərrüfat subyektlərinin fəaliyyəti ilə bağlı audit
əsasən ilk növbədə iki istiqamətdə fərqlənir:
-
kənar audit;
-
daxili audit.
Müasir iqtisadi şəraitdə idarəetmə fəaliyyətinin aktuallığının artdığı bir vaxtda
müəssisənin idarə edilməsində daxili audit əsasverici rol oynamaqla təsərrüfat
subyektinin idarəetmə sistemində aparıcı yer tutur, həmçinin təsərrüfat fəaliyyətini
reallaşdıran obyektin əməkdaşlarının fəaliyyətinin norma və standartlardan kənarlaşma
hallarına da nəzarət edir. Bununla yanaşı, daxili audit strukturlarının müstəqil fəaliyyəti
bir qayda olaraq müəssisədə fəaliyyəti yoxlanılan struktur bölmələrə nisbətən
mümkündür. Kənar auditor və ya auditor təşkilatlarına gəldikdə isə onlar audit keçirilən
müəssisələrdən həm maddi, həm də təşkilati cəhətdən asılı deyillər və öz fəaliyyətlərini
yalnız müqavilə əsasında həyata keçirirlər.
Daxili audit xidmət sahəsi kimi iqtisadi proseslərin iqtisadi, hüquqi əsaslarla
tənzimlənməsinə, hər bir təsərrüfat subyektinin fəaliyyətinin səmərəli təşkilinə,
cəmiyyətdə iqtisadi qanunvericiliyə, maliyyə intizamına riayət olunmasına, təsərrüfat
subyektlərinin maliyyə sisteminin şəffaflığının təmin olunmasına təsir göstərir. Belə ki,
müəssisənin maliyyə vəziyyətinin, bazardakı mövqeyinin müəyyənləşdirilməsində,
onun taktiki və strateji inkişaf planlarının (biznes-plan) hazırlanmasında daxili audit
əhəmiyyətli dərəcədə rol oynayır. İnkişaf etmiş ölkələrin təcrübəsi bir daha göstərir ki,
auditor
fəaliyyəti
iqtisadiyyatın
inkişafında,
müəssisələrin
fəaliyyətinin
tənzimlənməsində iqtisadi - maliyyə tənzimləyici funksiyasını həyata keçirən vacib bir
struktur kimi səciyyələnir.
Daxili auditin əsas məqsədi - müəssisənin ali rəhbərliyinin, təsisçilərin,
mülkiyyətçilərin maraqlarına xidmət edərək, idarəetmə funksiyasının səmərəliliyini
artırmaq, maliyyə - təsərrüfat fəaliyyətinin müvafiq qanunvericilik və normativ - hüquqi
bazaya uyğun şəkildə həyata keçirilməsinə köməklik göstərməkdir.
91
3.
Daxili nəzarət dedikdə ictimai orqanlar və struktur bölmələr tərəfindən
cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin həyata keçirilməsinə nəzarət başa düşülür.
Daxili nəzarət proseduruna maliyyə-təsərrüfat planı çərçivəsində əməliyyatların həyata
keçirilməsi proseduru, həmçinin qeyri-standart əməliyyatların aşkarlanması və yerinə
yetirilməsi üzrə prosedurlar daxildir. Daxili nəzarət proseduruna riskləri idarəetmə də
daxildir.
Daxili nəzarət maliyyə və əməliyyat risklərini, həmçinin vəzifəli şəxslər tərəfindən
hər cür sui-istifadə etmə hallarını operativ sürətdə aşkar etmək, onların qarşısını almaq
və məhdudlaşdırmaq imkanı yaradır. Bununla belə lazımi qaydada təşkil olunmuş daxili
nəzarət cəmiyyətin xərclərini azaldır və onun resurslarının səmərəli şəkildə idarə
olunmasına kömək edir.
Cəmiyyətdə onun maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət üzrə qüvvədə olan sistem
investorların cəmiyyətə və onun idarə orqanlarına etibarının təmin olunmasına
yönəldilmişdir. Belə nəzarətin əsas məqsədi səhmdarların kapitalının və cəmiyyətin
aktivlərinin müdafiəsidir.
Audit
sistemi
bazar
münasibətləri
şəraitində
iqtisadi-hüquqi
nəzarətin
təkmilləşməsinə daha əlverişli zəmin yaradaraq, iqtisadiyyatın inkişafı üçün zəruri
şəffaf, sivil maliyyə nəzarətinin, formalaşmasına güclü təkan verir. Bu nəzarətin, əsas
vəzifəsi yeni yaranmış iqtisadi münasibətləri qeyri-sağlam sahibkarlıq fəaliyyətindən
müdafiə etmək, iqtisadiyyat sahəsində iqtisadi, hüquq və maliyyə pozuntularına qarşı
mübarizə və profilaktik tədbirlər aparmaqla bitməyərək, həm də daha yüksək səviyyədə
ictimai iqtisadi hüquqi şüurun formalaşmasına yardım etməkdir.
Səmərəli daxili nəzarət sisteminin qurulması və tətbiqi müəssisənin rəhbərliyinə
aşağıda göstərilənlərə nail olmaq üçün imkan verir:
1. İdaəetmə qərarlarının qəbulu üçün vacib olan etibarlı məlumatların alınması;
2. Müəəssisənin aktivlərinin və sənədlərinin qorunması (müvafiq nəzarət sistemi
Dostları ilə paylaş: |