88
Faizin ödənilmə əmsalı = faiz və vergi çıxılmamış mənfəət / faiz xərcləri
Faizin ödənilmə əmsalı müəssisənin faizi ödəmə qabiliyyətini göstərir. Bu,
müəssisənin faizi neçə dəfə ödəmə imkanı olduğunu əks etdirir. Əmsal nə qədər
yüksəkdirsə, müəssisə də sabit faizin xərclərini ödəmək üçün bir o qədər yaxşı
durumdadır.
Faizin ödənilməsində artım göstərir ki, müəssisə faizin müəyyənləşdirilmiş
xərclərini ödəmək üçün yaxşı durumdadır. Yüksək faiz ödəməsi kreditor borcları və
təmin edilməmı kreditorların sahibləri üçün daha münasibdir.
Auditor mənfəətin dəqiq
hesablandığı və heç bir xərcin diqqətdən kənarda qalmamasım təmin etməlidir. Yalnız o
zaman auditor faizin ödənilməsi əmsalındakı artımın doğruluqundan əmin ola bilər.
Qeyd etmək vacibdir ki, əmsal üçün dəqiq vahid bir dəyər yoxdur. Müəyyən əmsal
üçün dəyərin çox yüksək, çox aşağı və ya normada olmasının müşahidə olunması
analitik baxışdan və biznesin mahiyyətindən asılıdır.
Həmçinin, maliyyə əmsalları
yalnız müəyyən standartla məsələn, digər sahəvi meyil və ya əmsal meyli ilə müqayisə
olunduqda əhəmiyyət kəsb edirlər.
Əmsal təhlilinin etibarlılığı aşağıdakılardan asılıdır:
- Baza maliyyə informasiyasının keyfiyyəti
- İnformasiya ardıcıl şəkildə müqayisə məqsədi ilə hesablanmalıdır.
-
Əmsalı hesablamaq üçün istifadə olunan iki ədəd məntiqi surətdə əlaqəli
olmalıdır.
Cari əmsal - cari aktivlər və cari öhdəliklərin əsasında hesablanır. Bu iki ədəd ona
görə
əlaqəlidir ki, onlar cari aktivlərin carı öhdəlikləri ödəmək üçün lazım gəldikdə
kifayət qədər nağd maliyyə vəsaiti hasil edə bilib-bilməyəcəyini müəyyən edir.
-
Əmsallar maliyyə hesabatlarının dəqiqliyinin qəti yoxlanması deyil. Məsələn:
Şirkətinin 2009-cu il üçün cari əmsalı "2.1 "-dir. Göründüyü kimi, əmsal idealdır,
çünki orta cari əmsal olan “2"-yə yaxındır.
Sonradan müəyyən olundu ki, ideal
göstəricinin əldə olunması üçün mal-material ehtiyatlarının və debitor borclarının
dəyərləri təhrif olunmuşdur.
Dostları ilə paylaş: