ÜDM-da XTD-nın, İdxal və İxracın xüsusi çəkisi (faizlə) [1].
İllər
2007
2008
2009
2010
2011
2012
2013
ÜDM-da XTD-nin payı
35,6
112,4
47,0
52,8
55,1
48,8
46,3
ÜDM-da idxalın payı
17,3
14,7
13,8
12,5
14,8
14,0
14,3
ÜDM-da ixracın payı
18,3
97,8
33,2
40,4
40,3
34,8
32,0
Xarici ticarət əlaqələrinin coğrafi quruluşunu da qənaətbəxş saymaq olmaz. Belə ki, 2013-ci ildə Azərbaycan dünyanın 129 dövləti ilə ticarət əlaqələrinə girməsinə baxmayaraq, xarici ticarət dövriyyəsinin 81,9 %-i cəmi 19 ölkənin payına düşür. (cədvəl 3.)
Cədvəl 2.3.
Azərbaycanın xarici ticarət əlaqələrinin coğrafi quruluşunda
əsas yer tutan ölkələrin XTD-də xüsusi çəkisi (faizlə)
Ölkələr
2007
2008
2009
2010
2011
2012
2013
Rusiya Federasiyası
13,0
3,5
8,7
6,9
7,8
7,0
7,4
Almaniya
4,2
1,5
3,1
2,2
3,8
5,2
6,3
Amerika Birləşmiş Ştatları
4,2
11,4
9,6
6,6
6,7
6,9
3,9
Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığı
3,5
2,4
2,3
1,1
1,4
2,5
5,2
Braziliya
1,6
0,5
0,6
0,6
0,5
0,5
1,1
Çin
2,5
1,8
3,0
3,3
1,8
2,4
1,9
Fransa
3,1
4,5
7,1
7,1
12,8
5,8
4,5
Gürcüstan
3,5
1,0
2,2
1,7
1,7
2,1
1,9
Hindistan
1,8
4,6
1,5
1,2
1,1
5,8
3,3
İndoneziya
3,4
2,6
3,2
2,8
2,6
5,3
8,1
İran İslam Respublikası
4,6
0,8
0,8
0,9
0,8
0,8
0,8
İsrail
3,4
6,7
6,3
6,5
2,4
5,1
3,7
İsveçrə
0,4
0,1
0,5
0,7
1,0
0,6
0,7
İtaliya
9,2
35,3
18,8
25,6
26,4
17,3
18,0
Koreya Respublikası
1,8
1,6
1,3
1,3
1,8
0,7
0,8
Tailand
0,1
0,2
0,0
0,7
0,4
1,1
4,9
Tayvan
0,0
0,7
3,3
1,1
0,1
2,0
1,4
Türkiyə
14,3
2,6
4,9
3,4
4,8
6,3
5,7
Yunanıstan
1,2
0,5
0,9
1,0
0,6
2,5
2,3
Cəmi
75,8
82,3
78,0
74,6
78,5
80,2
81,9
2.2 ÜDM-də gizli iqtisadiyyatın həcminin statistik təhlili Gizli iqtisadiyyat – ya qeyri-qanunidir, ya da qanuni olsa belə vergi orqanlarından gizli fəaliyyət göstərir.
İqtisadiyyatın qeydiyyata alınmayan hissəsinin müxtəlif formalar ilə təzahür edilməsinə tez-tez rast gəlirik. Bunları təsnifat olaraq 2 hissəyə ayıra bilərik:
Birinci təsnifata uyğun olaraq sadalananları qısaca qeyri-qanuni yollarla vergi ödəmələrindən yayınma, müxtəlif qanunvericilik tələblərini pozma və s. spekulyasiyalar nəticəsində müxtəlif yollarla gəlirlərinin qeydə alınmasından imtina edilən fəaliyyət adlandıra bilərik. Lakin qara və kriminal iqtisadiyyat dediyimiz fəaliyyət növü alqı-satqı predmeti olaraq həmin mal və xidmətlərin mübadiləsini qanunvericiliklə qadağan edir, məsələn, narkotik-psixotrop maddələrin, qadın ticarətinin, bəzi ölkələrdə silah alqı-satqısı (ona görə “bəzi” ifadəsi işlədirəm ki, dünyanın, ABŞ başda olmaqla, bir qisim ölkələrində silahın alqı-satqısı leqal fəaliyyətdir) və s. Ümumilikdə kölgə iqtisadiyyatının lakonik tərifi ABŞ-ın iqtisad professoru Feige Edgar verib: “Kölgə iqtisadiyyatı rəsmi hesablanan ÜDM göstəricisinin əhatə etməli olduğu, lakin qeydə alınmayan bütün iqtisadi fəaliyyətdir”. Yəni gəlir əldə edən subyekt ( şirkətlər və fiziki şəxslər ) gəlirlərini uçotdan gizlətməklə real iqtisadiyyatın “görünməyən” hissəsində fəaliyyət göstərirlər.
Milli hesablar sistemində müşahidə olunmayan fəaliyyət növü kimi qruplar belə təsnifləşdirilir: gizli fəaliyyət növləri; qeyri-qanuni fəaliyyət növləri; qeyri-formal sektorda fəaliyyət; ev təsərrüfatlarının son istehlakları üçün şəxsi mal və xidmətlərin istehsalı üzrə fəaliyyəti; əsas statistik məlumatların yığılmasında olan qüsurlar səbəbindən müşahidələrdən kənarda qalan fəaliyyət.
ÜDM-in hesablanması zamanı qeyri-qanuni istehsalın bu növləri nəzərə alınmalıdır:
qeyri-qanuni məhsulların istehsalı və yayılması, məsələn, qadağan olunmuş narkotik maddələr, pornoqrafik materiallar;
qeyri-qanuni xidmətlərin istehsalı (məsələn, fahişəlik xidmətləri);
istehsalçılar tərəfindən xüsusi icazə (lisenziya) olmadan qanuni mal və xidmətlərin istehsalı:tibbi təcrübə; qumar oyunlarının təşkili; alkoqollu içkilərin istehsalı;qanunsuz balıq ovu, ovçuluq, meşə tədarükü (brakonyerlik); saxta malların istehsalı və satışı (saxta əmtəə nişanlı mallar) və bədii əsərlərin orijinallarının lisenziyalaşdırılmamış nüsxələri (məsələn, proqram təminatları, audio-video kassetlər və disklər); tütün, silah, alkoqollu içkilər, ərzaq mallarının qaçaqmalçılığı; qeyri-qanuni miqrantların sərhəddən keçirilməsi; oğurlanmış əşyaların saxlanması və satılması; çirkli pulların yuyulması.
İctimai təhlükəsizliyə və mənəviyyata, əhalinin sağlamlığına zərər gətirən mal və xidmətlərin istehsalı qeyri-qanuni istehsala aid olunur.
“Müşahidə olunmayan iqtisadiyyatın ölçülməsinə dair metodoloji vəsaitdə” MHS-in tələblərinə cavab verən qeyri-qanuni fəaliyyətin bəzi növləri nəzərə alınmamışdır. Bu növlərdən insan və transplantat alveri, sifarişlə adam öldürmə, saxta pulların hazırlanması kimi fəaliyyət növlərini qeyd etmək olar. Bu növ fəaliyyət, adətən alıcı və satıcı arasında qarşılıqlı razılıq əsasında, bazar qiymətləri ilə həyata keçirilir və buna görə də, MHS-in nəzəriyyəsinə uyğun olaraq ÜDM-in hesablanmasında nəzərə alınmalıdır.
Bundan əlavə, MHS-93-dən fərqli olaraq 2008-ci ilin MHS-də mal və xidmətlərin istehsalı sərhədlərinə oğurluq (müəssisəyə məxsus əmlakın oğurlanması) və rüşvət (müəssisələr tərəfindən hər hansı güzəşt və imtiyazların əldə edilməsi məqsədilə vəzifəli şəxslərə verilən rüşvət) kimi kriminal əməliyyatlar da daxil edilmişdir.
Qeyri-qanun istehsalın məlumat mənbələri və hesablama qaydalarının öz xüsusiyyətləri vardır.
Qeyri-qanuni istehsal qeyri-qanuni fəaliyyətin bir hissəsidir. ÜDM istehsalı ilə bağlı olmayan qeyri-qanuni fəaliyyət növlərinə məsələn, reketçilik, şəxsi mülkiyyətə qarşı cinayətlər və s. daxildir.
Qanunsuz qeyri-istehsal fəaliyyətinin konkret formaları özləri də müxtəlifdir. Məsələn, şəxsi mülkiyyətə qarşı bütün növ cinayətlər: oğurluq, soyğunçuluq, quldurluq, basqınçılıq, fırıldaqçılıq, xidməti vəziyyətindən istifadə edərək vəzifəli şəxsin tamahkarlıq məqsədilə əmlakı mənimsəməsi, yaxud onunla ehtiyatsız davranması; bəzi təsərrüfat cinayətləri: alıcıların və sifarişçilərin aldadılması (ölçüdə, çəkidə, hesabda aldatma), ticarət və baytarlıq qaydalarının pozulması; vəzifə cinayətləri: xidməti səlahiyyətindən yaxud vəzifədən sui-istifadə, səhlənkarlıq, rüşvət alma, antimonopol qanunvericiliyinin pozulması və vəzifə saxtakarlığı; digər cinayətlər: ziyankarlıq, odlu silahların, döyüş sursatı və ya partlayıcı maddələrin oğurlanması, girov götürmə , təsərrüfat subyektlərinin rüşvətlə təşkil edilmiş əlaqələri əsasında mənfəət və güzəştlər əldə etməsi və s.
Əmlakla bağlı cinayətlər (məsələn, pulların ya da malların oğurlanması) gəlirlərin və aktivlərin təkrar bölüşdürülməsidir, onlar qarşılıqlı razılaşma ilə həyata keçirilmir və buna görə də MHS-in istehsal sferasına daxil edilmir.
Qeyri-qanuni fəaliyyətin adi məlumat mənbələri əsasında qiymətləndirilməsi olduqca çətindir. Qeyri-qanuni fəaliyyətin elementlərinin qiymətləndirilməsinin yalnız statistika orqanlarının məlumatları ilə həll etmək mümkün deyil. Ona görə Qeyri-qanuni fəaliyyətin qiymətləndirməsi üçün statistiklər öz məlumatları ilə yanaşı DİN, Vergilər Nazirliyi, Gömrük Komitəsi, Səhiyyə Nazirliyi və digər aidiyyəti orqanların məlumatlarından, həmçinin müstəqil elmi-tədqiqat institutlarının bu sahədə apardıqları tədqiqatların nəticələrindən istifadə etməlidirlər.
Qeyri-qanuni fəaliyyətin ölçülməsi üçün istifadə edilən əsas məlumat mənbələri:
hüquq-mühafizə orqanlarının məlumatları (məsələn, növləri üzrə qeydə alınmış cinayətlərin sayı, müxtəlif cinayətlərin qeydə alınması əmsalları);
gömrük orqanlarının və sərhəd qoşunlarının dövlət sərhədinin pozulması, qaçaqmalçılıq, müsadirə edilmiş mallar barədə məlumatları;
iş qüvvəsinin və digər ev təsərrüfatlarının statistik müayinələrinin məlumatları əsasında qeyri-leqal məşğulluq və qeyri-leqal bazarda mal və xidmətlərin alınmasına dair əldə edilmiş məlumatlar;
qeyri-qanuni fəaliyyətlə bağlı qeydiyyatda olanların və müalicə alanların (məsələn, narkomanların) sayı haqqında səhiyyə orqanlarının məlumatları;
qeyri-qanuni fəaliyyətin tədqiqatı ilə məşğul olan və onun xüsusi müşahidəsini aparan elmi-tədqiqat institutlarının qiymətləndirmələri;
sığorta şirkətlərinin məlumatları, məsələn, avtomobil oğurluğu və onların dəyəri haqqında məlumatlar;
ictimai və xeyriyyə cəmiyyətlərinin qeyri-qanuni fəaliyyətlə bağlı məlumatları;
qeyri-qanuni fəaliyyət mövcud olan hər-hansı sahə və sektor haqqında respondentlərin rəyinin öyrənilməsi əsasında əldə edilmiş məlumatlar;
müxtəlif qeyri-rəsmi məlumatlar dövri mətbuatdan, İnternetdən, televiziyadan əldə etmək olar (bu məlumatlar qeyri-qanuni fəaliyyətin və pul axınlarının birbaşa qiymətləndirilməsinə imkan verməsə də, dolayı məlumat mənbəyi kimi istifadə edilə bilər);
başqa ölkələrdə qeyri-qanuni fəaliyyətin qiymətləndirməsinə dair məlumatlar.
Hesablamaları aparmaq üçün bütün məlumat mənbələrini iki qrupa bölmək olar:
- bilavasitə qeyri-qanuni fəaliyyətin qiymətləndirilməsinə istiqamətləndirilmiş göstərici və meyarlarla təmin edən mənbələr;
- ümumi vəziyyəti tamamlayan analitik - informasiya məlumatları mənbələri.
Qeyd etmək lazımdır ki, nazirlik və digər inzibati orqanlar, əsasən də hüquq-mühafizə orqanları tərəfindən qeyri-qanuni fəaliyyət üzrə aparılan hesablamalar statistika orqanlarında aparılan hesablamalardan fərqlənə bilər və buna görə də, MHS-in məqsədləri üçün istifadə olunan inzibati məlumatlara müvafiq konseptual düzəlişlər edilməlidir.
Qeyri-qanuni fəaliyyətin ÜDM-ə daxil edilməsinin bir neçə səbəbi var:
ÜDM-in tam əhatəliliyinin təmin edilməsi;
Mal, xidmət, gəlirlər və aktivlərin axınlarının ümumi uyğunluğunun təmin edilməsi;
Ölkələr arasında milli hesablar statistikası üzrə məlumatlarının müqayisəliliyinin təmin edilməsi.
MHS-də qeyri-qanuni istehsal fəaliyyətləri:
Narkobiznes
Narkotiklərə Nəzarət üzrə BMT-in Beynəlxalq Proqramı narkotiklərlə bağlı qeyri-qanuni fəaliyyətin aşağıdakı mərhələlərini müəyyən edir:
1. Xammalın qeyri-qanuni yetişdirilməsi.
2. Emal prosesi
- narkotik maddələrin qeyri-qanuni istehsalı.
3. Narkotik maddələrin daşınması / yayılması
- narkotik maddələrin və ölkə daxili xammalın qanunsuz hərəkəti (emaldan əvvəl və sonra);
- narkotik maddələrin beynəlxalq ticarəti.
4. Narkotik maddələrin istifadəçilərə satışı.
5. Əldə edilən gəlirin leqallaşdırılması.
Narkotik maddələrin son istehlakının hesablanması aşağıdakı düstur əsasında həyata keçirilir: