210. 1831-ci il Lənkəran üsyanına rəhbərlik edirdi.
A) Mir Həsən xan
B) Mir Mustafa xan
C) Abdulla bəy
D) Hacı Məhəmməd
E) Məşədi Məhəmməd
211. XIX əsrin 30-cu illərində baş vermiş üsyanlardan ən güclüsü idi.
A) Quba üsyanı
B) Lənkəran üsyanı
C) Car-Balakən üsyanı
D) Şəki üsyanı
E) Zaqatala üsyanı
212. XIX əsrin 30-50-ci illərində Şimali Azərbaycanda kəndlilərin əksəriyyətini təşkil edirdi.
A) dövlət kəndliləri
B) sahibkar kəndliləri
C) varlı kəndlilər
D) elat kəndliləri
E) təhkimli kəndlilər
213. Quba üsyanına rəhbərlik edirdi.
A) Hacı Məhəmməd
B) Həmzət bəy
C) Şeyx Şaban
D) Məşədi Məhəmməd
E) İlyas bəy
214. Rusiyanın işğal etdiyi torpaqlarda ermənilərin məskunlaşması haqqında fərman vermiş hökmdar.
A) I Nikolay
B) I Yekaterina
C) I Pyotr
D) I Pavel
E) Anna İvanovna
215. Çarizmin maarif sahəsindəki siyasətində məqsədi.
A) çarizmə sədaqətli məmurlar hazırlamalı olan təhsil sisteminin yaradılması
B) yerli təhsil sistemini daha da təkmilləşdirmək
C) Azərbaycandakı məktəb və mədrəsələrin fəaliyyətini genişləndirmək
D) maarif sistemindəki durğunluğu aradan qaldırmaq
E) maarifin normal inkişaf etməsinə kömək etmək
Dostları ilə paylaş: |