Azərbaycan texniKİ universitetiNİN nəzdində baki texniKİ kolleci “ÜmumiXTİsas” fənn birliyi



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə16/54
tarix20.01.2023
ölçüsü1,07 Mb.
#79871
1   ...   12   13   14   15   16   17   18   19   ...   54

a
P2 
J b 
P3 
J c 
P4 

d
- Məsələ yekunlaşdıqdan sonra boş və boş olmayan oblastlar cədvəlini korrektə etmək. 
Bu üsulun çatışmayan cəhəti yaddaş çox kiçik ölçülü böş yerlərin qalmasıdır. Yeni 
məsələ bu boş yerlərin heç birinə yerləşməyə bilər. Ayrıca boş yerlərin ümumi cəmi boş 
ola bilər. 
Yaddaşın yerini dəyişən bölmələrə paylanması. Fraqmentləşmə ilə mübarizə 
üsullarından biri boş olmayan sahələrin yerini dəyişərək ya böyük ünvanlarda, və ya kiçik 
ünvanlarda yerləşdirilməsidir. Bu halda yaddaşın boş qalan sahələri vahid oblast əmələ 
gətirirlər. 
Yaddaşın yerini dəyişən bölmələrə paylanması
Yaddaşın dinamik bölmələrə paylanması 
Sıxma 
prosedurası 


18 
Əməliyyat sisteminin dinamik bölmələrə yaddaşın paylanması zamanı olan 
funksiyalarına əlavə olaraq, burada əməliyyat sistemi həm də hər bir anda yaddaşın boş və 
boş olmayan oblastlar cədvəlini korrektə etməklə bölmələrin məzmununu yaddaşın bir 
hissəsindən digər hissəsinə köçürməlidir. Bu proses “sıxma” adlanır. Sıxma ya məsələlər 
yekunlaşdıqdan sonra və ya yeni daxil omuş məsələ üçün boş yer çatmadıqda yerinə 
yetirilir. Bu üsulda proqram yerinə yetirildiyi zaman operativ yaddaş da öz yerini dəyişdiyi 
üçün virtual ünvanların fiziki ünvanlara çevrilməsi dinamik üsulla yerinə yetirilir. Sıxma 
proseduru yaddaşdan çox səmərəli istifadə etməyə imkan verir. Lakin xeyli əlavə vaxt tələb 
edir. 
Proqramın həcmi boş olan yaddaş sahəsindən çox olarsa onun yaddaşda 
yerləşdirilməsi problemi yaranır. Bu problemin həlli xarici yaddaşdan istifadə etməklə 
yaddaşın paylanması üsullarının köməyi ilə olur. Xarici yaddaşdan istifadə etməklə 
hesablama proseslərinin təşkili üsullarının inkişafı virtual yaddaş üsulunun meydana 
gəməsinə səbəb oldu. Virtual yaddaşın ən geniş yayılan növləri yaddaşın səhifələrə, 
seqmentlərə və səhifə-seqmentlərə təşkilidir. 
Proqramın həcmi boş olan yaddaş sahəsindən çox olarsa onun yaddaşda 
yerləşdirilməsi problemi yaranır. Bu problemin həlli xarici yaddaşdan istifadə etməklə 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin