Azərbaycan texniKİ universitetiNİN nəzdində baki texniKİ kolleci “ÜmumiXTİsas” fənn birliyi



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə17/54
tarix20.01.2023
ölçüsü1,07 Mb.
#79871
1   ...   13   14   15   16   17   18   19   20   ...   54
yaddaşın paylanması üsullarının köməyi ilə olur. Xarici yaddaşdan istifadə etməklə 
hesablama proseslərinin təşkili üsullarının inkişafı virtual yaddaş üsulunun meydana 
gəməsinə səbəb oldu. Virtual yaddaşın ən geniş yayılan növləri yaddaşın səhifələrə, 
seqmentlərə və səhifə-seqmentlərə təşkilidir. 
7. Fayl sistemi və onun təşkili 
Fayl üzərində müəyyən bir əməliyyatın (məsələn, açmaq, saxlamaq, köçürmək, yerini 
dəyişmək) icra olunması üçün Windows sistemi xüsusi bir vasitədən - fayl sistemindən 
istifadə edir. 
Fayl sistemi - əməliyyat sisteminin bir hissəsi olub diskdə fayllara və qovluqlara girişi 
və onların yerləşməsini idarə edir. Fayl sistemi formatlaşdırma ilə bağlıdır. Diskin 
formatlaşdırılması prosesində yaradılır. 
Kompüterlə iş prosesində diskin məzmunu dəyişir. Yəni, yeni fayllar əlavə olunur, 
lazımsız fayllar silinir, faylların tutumu dəyişir və s. bu əməliyyatları yerinə yetirmək üçün 
fayllar arasının disk yaddaşının paylanmasına faziləsiz nəzarət olunmalıdır. Bu məsələ 
faylların yerləşmə cədvəlinin (FAT-File Allocation Table) köməyilə həll olunur. Hər bir 
fayl üçün FAT-da elementlərin (klasterlərin) zənciri yaradılır. Bunların hər biri sabit 
uzunluqlu sahəni göstərir ki, diskdə faylın bir hissəsi burada yerləşir. Faylın adı yerləşən 
kataloqda zəncirin başlanğıc göstəricisi (1-ci klasterin nömrəsi) olur. Faylın silinməsində 
FAT-ın elementləri və onlara ünvanlanan verilənlər sahəsi boşalır ki, bu sahədən digər 
fayllar üçün istifadə etmək mümkündür. 
Bu cür təşkilin əsas üstünlüyü ondadır ki, fayllara birbaşa müraciət mümkün olur. 
Çatışmayan cəhəti isə faylların silinməsi, yaradılması və tutumunun dəyişdirilməsində 
diskin fraqmentasiyasıdır (boş sahələrin yaradılması). Fraqmentasiya diskdəki verilənlərə 
müraciət vaxtının artmasına səbəb olur. Fraqmentasiyanı aradan qaldırmaq üçün DEFRAG 
proqramından istifadə olunur. 
Fayl sistemi verilənlər sahəsindən bir və ya bir neçə ardıcıl sektorlar qrupunu ayırır ki, 
bu da klaster adlanır. Sektorun ölçüsü 512 bayt təşkil edir. 


19 
Klasterin ölçüsü, yəni sektorların sayı məntiqi diskdən asılı olaraq ƏS tərəfindən təyin 
olunur. Faylların yerləşmə cədvəlinin elementlərinin uzunluğu 12, 16 və 32 bit olur. 
MS DOS və Windows ƏS üçün FAT16 və FAT32 fayl sistemindən istifadə edilir. 
Fayla müraciətdə istifadəçi onun yalnız yolunu və adını göstərməlidir. Əməliyyat 
sistemi əvvəl fayl-kataloqa müraciət edərək faylın diskdə yerləşməsi haqqındakı məlumatı 
tapır, sonra isə tələb olunan əməliyyatı yerinə yetirir. 
Diskdəki verilənlərə müraciətdə ƏS burada yerləşən faylların yerləşmə cədvəlindən 
(FAT), baş kataloq və altkataloqdan istifadə edir. Başlanğıc sektor (yükləyici yazı), faylların 
yerləşmə cədvəli, baş kataloq və verilənlər sahəsi (boş yaddaş sahəsi) birlikdə diskin fayl 
strukturunun elementlərini təşkil edir. 
Yükləyici yazı (Boot Record) hər bir məntiqi diskin 0 nömrəli sektorunda yerləşir. 
Burada diskin formatı haqqında verilənlər və əməliyyat sisteminin başlanğıc yüklənmə 
prosedurunu yerinə yetirən qısa proqram yerləşir. 
Bildiyimiz kimi, Windows 2000 FAT16, FAT32 və NTFS (New Technology File 
System) fayl sistemlərini dəstəkləyir. 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin