Azərbaycan texniKİ universitetiNİN nəzdində baki texniKİ kolleci “ÜmumiXTİsas” fənn birliyi


Start (Пуск (Başlat)) menyusunun strukturu və istifadəsi -



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə28/54
tarix20.01.2023
ölçüsü1,07 Mb.
#79871
1   ...   24   25   26   27   28   29   30   31   ...   54
Start (Пуск (Başlat)) menyusunun strukturu və istifadəsi - Windows əməliyyat 
sisteminin əvvəlki versiyalarında da ən əsas obyektlərdən biri də Start (Пуск (Başlat)) 
düyməsidir. Windows 7 əməliyyat sistemində bu düymənin daxilində adı yazılmır, 
formasıda dəyişdirilmişdir və dairəvi şəklə salınmışdır, lakin öz funksiyasını saxlamışdır. 
Windows 7- də Start (Пуск (Başlat)) menyusu iki sütundan ibarətdir. Sol sütunda tez-tez 
istifadə edilən proqramların nişanları, həmçinin Windows-un bir sıra xidməti 
proqramlarının (Kalkulyator, ekranın çəkilişlərini yaratmaq üçün Ножницы (Shipping Tool 
(Qayçılar)), Paint (Boyama) qrafiki redaktoru, Windows Media Player ifaedicisi) nişanları 
yerləşir. Bu sütundakı nişanların altında Все программы (All Programs (Bütün 
proqramlar)) yazısı yerləşir. Bu bölmə kiçik oxla təhciz olunmuşdur. Burada kompüterdə 
quraşdırılmış bütün proqramların nişanları yerləşir. Bu bölmənin aşağısında isə həmçinin 
axtarış sətri də yerləşir. Bunun vasitəsilə kompüterdə açar sözlər əsasında istənilən sənədi 
asanlıqla tapmaq olur. 
Sağ sütunda isə ən faydalı qovluqlara istinadlar və Windows əməliyyat sisteminin 
idarəedici modulları yerləşir. Sağ sütunun bölmələri aşağıdakılardır: 
❖ All Proqrams (Все программы/Bütün Proqramlar) - proqram qruplarını saxlayan 
qovluqlara daxil olmaqla müxtəlif proqramların adlarını daxil edən menyunu açır. 
❖ Documents (Документы /Sənədlər) - Windows-da sənədlərin saxlanması üçün 
nəzərdə tutulan sənədlər kitabxanasıdır (Documents library/Библиотека). Bu əmr 
istifadəçinin sənədləri saxlanan qovluğu tez açmağa imkan verir. 
❖ Pictures (Изображения/Şəkillər)-müxtəlif qrafiki faylları saxlamaq üçün şəkillər 
kitabxanasıdır (Pictures libraries /Библиотека “Изображения”). 
❖ Music (Музыка/Musiqi) musiqi faylları saxlanılan kitabxanadır. 
❖ Games (Игры-Oyunlar) sistemdə quraşdırılmış oyunlar saxlanılan qovluğu açır. 
❖ Computer (Компьютер/Kompüter) mühüm sistem qovluqlarından biridir. Bu 
qovluğun pəncərəsində kompüterdə olan bütün disklər və digər qurğuların işarələri 
əks olunur. 
❖ Network (Сеть-Şəbəkə) lokal şəbəkəyə qoşulmuş kompyuterlərin əks olunmasını 
təşkil edir. 


28 
❖ Control Panel (Панель управления/İdarəetmə paneli) mühüm qovluqlarından 
biridir. Kompüterdə müxtəlif sazlama işləri ilə bağlı nəzərdə tutulan bütün 
elementlər bu qovluqda yerləşir. 
❖ Devices and printers (Устройства и принтеры/Qurğular və pirinterlər) sistem 
qovluğudur. Kompüterə qoşulmuş xarici qurğular: printerlər, skanerlər, kameralar 
və s. bu qovluğun pəncərəsində əks olunur. 
❖ Default Programs (Программы по умолчанию/Susmaya görə proqramlar) əmri 
icra olunan kimi müxtəlif tipli faylların emalı üçün susmaya görə nəzərdə tutulan 
proqramların seçim pəncərəsi açılır. 
❖ Help and Support (Справка и поддержка/Kömək və dəstək) əmri icra olunarkən 
eyni adlı dialoq pəncərəsi açılır. Bu pəncərə cürbəcür sorgu məlumatlarının 
tapılmasına imkan verir. 
❖ Run (Выполнить/İcra et) - Start menyusunda olmayan hər hansı bir proqramı 
işlətmək və ya sənədləri (faylları) açmaq üçün bu əmrdən istifadə olunur. 
❖ Shut down (Завершение работы/Söndür) əmrini seçdikdə Windows əməliyyat 
sisteminin özü ilə bərabər bütün açıq pəncərələr bağlanır və kompüter sönür


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin