30
12. Windows Explorer proqramı
Fayl sistemi ilə işləmək üçün ən çox istifadə olunan vasitələrdən biri Windows Explorer
(Проводник-Bdlddçi) proqramıdır. Bu proqram fayl strukturu üzrə müxtəlif əməliyyatların
yerinə yetirilməsinə imkan verir. İstənilən qovluq pəncərəsi bu proqramın köməyi ilə açılır.
Windows Explorer-i işlətməyin bir neçə yolları vardır:
> Start menyusundan All Proqrams alt menyusundan Accessories-i, sonra da
Windows Explorer-i seçmək lazımdır.
>
Win+R klavişlərin kombinasiyasını seçməklə açılan Run (Выполнить/İcra et)
pəncərəyə «explorer.exe» əmri daxil etmək lazımdır
>
Win+E klavişlərin kombinasiyasını seçmək lazımdır
WINDOWS 7 əməliyyat sistemində
WINDOWS Explorer proqramı icra olunarkən
ekranda xüsusi pəncərə açılır və bu pəncərədə
WINDOWS əməliyyat sisteminin bir sıra
standart idarəetmə elementləri əks olunur. Bu proqram
WINDOWS qovluğunda yerləşir və
onun icra olunan modulu
explorer.exe adlanır. İstənilən qovluq pəncərəsi kimi Bələdçi
proqramının pəncərəsi də ekranda açılarkən onun əsas hissəsi müxtəlif fayl obyektləri
üzərində mümkün olan əməliyyatlar siyahısı əks olunmuş
Navigation pane (Hərəkət
paneli) sol panel və sol paneldə seçilmiş qovluğun məzmunu əks olunmuş
Work area (İşçi
sahə) sağ paneldən ibarət olmaqla iki hissəyə bölünmüş olur. Bununla yanaşı, ehtiyac olan
kimi istifadəçi çox asanlıqla sol panelin yerində disk və qovluqların ağacşəkilli (iyerarxik)
strukturunu əks etdirə bilər.
Dostları ilə paylaş: