Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,95 Mb.
Pdf görüntüsü
səhifə22/45
tarix05.05.2017
ölçüsü3,95 Mb.
#16789
1   ...   18   19   20   21   22   23   24   25   ...   45

VİDEO: Gecədə Mosartdan fortepiano və violin üçün yazılan 5 müxtəlif 

kompazisiya, Qriqdən  “Kənd həyatımızın mənzərələri”,  Şostakoviçdən  4 hissəli  



 

Filologiya  məsələləri – №7, 2013

 

 



196

trio, Mosartdan  Fiqaronun toyu və Don Juan operalarından ariyaları qonaqların  

ixtiyarına  verildi.  İNTERŞUM... Günün 2-ci konserti isə məkan və miqyasca daha 

böyük, rəngarəng və geniş  tərkibli oldu. Burada da tamaşaçı axını  və  əsl festival 

havası diqqət çəkən  əsas məqamlardan biri idi. Çünki bu dəfəki konsert Dahi 

İtaliyan bəstəkarı Cüzeppe Verdinin 200 illik yubileyinə həsr olundu. “Viva Verdi”-

adlı açıq səhnə konsertində  ilk olaraq dünyaca məhşur  İsrail Radio simfonik 

orkestri olan Yerusəlim Simfonik orkestrinin konserti festival iştirakçılarına  təqdim 

olundu.  Füsünkar təbiətin Qəbələyə bəxş etdiyi gözəlliklə ahəngdarlıq  təşkil edən  

orkestrin ifası  musiqisevərlərə    əsl bayram abu-havası yaşatdı.  İNTERŞUM... 

1930-cu ildə Fələstin  Radiosu nəzdində yaradılan Yerusəlim Simfonik Orkestrinin 

repertuarı genişdir. Barokko, Romantik, Klassik dövrlərin və  müasir bəstəkarların  

müxtəlif səpkili əsərləri orkestrin  təfsirində səsləndirilir. İNTERŞUM...  Festival 

iştirakçıları 2 hissəli konsertin 1-ci hissəsində  məhşur  İtaliyalı dirijor Yader Ben-

yamininin rəhbərliyi ilə Cüzeppe Verdinin “Taleyin gücü”operasından uvertüra, 

Leonoranın ariyası, Don Karlos operasından Ebolinin ariyası, Otella operasından 

Dezdemona və Otellonun dueti, eyni operadan Otellonun ariyasını dinləmək imkanı 

qazandılar. Bir sıra beynəlxalq  festivalların iştirakçısı olan  Yader Benyaminin 

repertuarında klassik operalar  əsas  yer  tutur. İNTERŞUM..  

VİDEO: Görkəmli  İtaliyan bəstəkarı Cüzeppe Verdinin 200 illik yubileyinə 

həsr edilən konsertin 2-ci hissəsində də bir birindən gözəl klassik parçalar səslən-

dirildi. Yerli və xarici solistlərin  ifasında  Atilla, Aida, Trubadur operalarından 

müxtəlif ariya və duetlər konsert proqramına xüsusi  bir rəng  qatdı. İNTERŞUM... 



VİDEO: Unudulmaz musiqi gecəsinin ikinci gününün sonunda “Aida” opera-

sından “Amneris və Radamesin” dueti demək olar ki, festival iştirakçılarının gurul-

tulu alqışlarının sədası altında ifa olundu.  İNTERŞUM.... Bununla da  Qəbələdə 

keçirilən böyük musiqi bayramı - 5-ci Qəbələ Beynəlxalq Festivalının ikinci  günü 

də iki maraqlı konsert  proqramı  ilə yadda  qalan oldu. Festival isə  avgustun 6-dək   

davam edəcək.   

Radioda bu xəbərin mətni belə olmalıdır.  

DİKTOR: Heydər  Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən 5-ci Qəbələ 

Beynəlxalq Musiqi Festivalı  çərçivəsində dünən dahi italyan bəstəkarı Cüzeppe 

Verdinin anadan olmasının 200 illiyi münasibətilə yubiley konserti təqdim edilib. 

Məşhur italiyalı dirijor Jder Biqnamininin rəhbərliyi ilə təqdim olunan “Viva Verdi” 

adlı konsertdə Yerusəlim Simfonik Orkestri bəstəkarın əsərlərindən nümunələr səs-

ləndirib. Çıxışlar yerli və xarici ölkə tamaşaçılarının böyük marağına səbəb olub. 

Yerusəlim Simfonik Orkestri 1930-cu ildə Fələstin radiosunun nəzdində yaradılıb. 

Musiqi kollektivi Avropa və ABŞ-ın bir çox şəhərlərində, ən məşhur salonlarında 

geniş konsert proqramları ilə çıxış edib... 

Xəbərin mətnini hazırlayarkən mürəkkəb cümlələrdən istifadə etmək düzgün 

deyil. Alimlər dünya radio təcrübəsinə istinadən bildirirlər ki, ən peşəkar diktor belə 

mürəkkəb cümləli xəbərləri oxuyanda çətinlik çəkir, sadə tərzdə desək, dili dolaşır. 

Xəbər diktoru ilə bədii verilişin diktoru səs ahənginə görə fərqlənirlər. Unikal səs 

tembrinə malik olan diktorların sayı isə çox azdır. Bütün janrlara səsi uyğun gələn 

diktorların fonem qabiliyyəti üzə çıxanda, belə peşəkarlara radio mühitində xüsusi 

diqqət yetirilir. (Azərbaycan radiosunda belə diktorlara önəm verildiyindən, onlara  



 

Filologiya  məsələləri – №7, 2013

 

 



197

“nadir səs”li insanlar deyilir, milyonların içərisindən seçilən bu səs sahibləri minlər-

lə sənət nümunələrini canlandırıblar.) 

Bütün hallarda radio mətnlərini yazan jurnalist yazısını oxuyacaq diktoru və 

dinləyicini nəzərə alaraq elə dil üslubu seçməlidir ki, hər üç tərəf sonda məmnun 

qalsın. Mətnin dili mənasız və  ağır olsa, diktor həmin materialı özünküləşdirə 

bilməzsə, təbii ki, dinləyici xoşa gəlməyən bir söhbəti eşitmək istəməyəcək. Rus ali-

mi Leonid Azarx danışığı radionun əsas amili hesab edərək haqlı olaraq yazır ki, 

“mənim dilim, mənim dostumdur. Efirin  müxtəlif obrazlarını  yaradan dilimdir.” 

(1.s.9) 


Professor Nəsir Əhmədli yazır: “ Radionun bütün uğurları, çoxsaylı müasir in-

formasiya vasitələri sırasında onun ömrünü uzadan başlıca cəhət audiosəsin imkan-

larından nə dərəcədə  istifadə olunması ilə bağlıdır. Radioda getmiş ən yaxşı veriliş-

lərin mətnləri zaman-zaman qəzetlərdə, jurnallarda, kitablarda çap olunur, amma 

onların heç biri radiodakı verilişlərin effektini verə bilmir. Bütün deyilənləri ağıza 

köçürmək mümkün olsa da, canlı sözlə yazılmış söz arasında böyük bir uçurum du-

yulur.” (3.s.11). Radio jurnalistinin də mətbuatdan istifadə etməsi məqbuldur. An-

caq əldə etdiyi məlumatı öz dilində mənimsəməsi, danışıq dilinə çevirməsi zəruri-

dir. Gündəlik mətbuatı uzun illər dinləyiciyə çatdıran Azərbaycan Radiosunda  

“Qəzetlərdən Özəklər” səslənirdi. Ən maraqlı ictimai-siyasi və mədəni hadisələr ba-

rəsində qəzetlərin əsas səhifəsində yer alan yazılar radio dilində təqdim olunurdu.  

Radio verilişlərinin mətnləri  ədəbi redaktədən sonra tam hazır vəziyyətdə efi-

rə  vəsiqə qazanır. Bu verilişlər “mikrafon qovluğu”nda efir koordinatoruna təhvil 

verilir. Yazılmış  mətnlər Azərbaycan dilinin orfoqrafik lüğətinə uyğun olmalıdır. 

Diktor, aparıcı isə onu danışıq dilində, peşəkar oxumalıdır. Diktorun mətni üzündən 

oxumasını dinləyici hiss etməməlidir.  Əgər efirdə tez-tez çaşarsa, sözləri düzgün 

tələffüz etməzsə, onun başqasının cümlələrini oxuduğu məlum olar. Bu zaman efir 

mədəniyyətinə xələl gətirən diktor özünü də çıxılmaz vəziyyətə salır. Belə halların 

qarşısını almaqdan ötrü dil məsələsinə xüsusi həssaslıqla yanaşılır. 

Erik Fichtelius “Jurnalistikanın On Qızıl Qaydası” kitabında yazır: “Radioda 

işləməyə hazırlaşan adamlar öz səsinə hakim olmağı bacarmalıdırlar. Bu məharəti 

yalnız dərsliklər vasitəsi ilə qazanmaq mümkün deyil.  Səs repartyorun alətidir, 

onun cilalanması üçün ciddi şəkildə işləmək və səsin bütün imkanlarından istifadə 

etmək lazımdır. Elə buna görə də başlanğıc mərhələsində peşəkarın köməyi, yalnız 

vacib deyil, həm də zəruridir.”(2.s.119) 

                                         

Ədəbiyyat 

 

1.



 

Азарх Л. О Ремесле Радиожурналистика и не толко. с. 9. 

2.

 

Erik Fichtelius. Jurnalistikanın On Qızıl Qaydası. AYB-nin nəşri, Bakı, 2001. 



3.

 

Əhmədli N. Jurnalistin Nitq Mədəniyyəti.Bakı, 2005. sə. 115 



4.

 

Xudiyev N. Radio, Televiziya və Ədəbi dil. Azərbaycan Dövlət Nəşriyyatı,                  



2001, s. 92 

5.

 



Xəlilzadə F. Söz ustalığı, Azərbaycan qəzeti, 2011, 9 iyun, s.11 

6.

 



Məhərrəmov Q. Radiodramaturgiya dili, Bakı, 1990. s. 190 

7.

 



Məhərrəmli Q. Radio Dərsləri, Bakı, 2007, s.279 

8.

 



Rüstəmov T. Ədəbi Redaktə Təcrübəsi və Nəzəriyyəsi, Bakı. 1981. s. 7 

 

Filologiya  məsələləri – №7, 2013

 

 



198

9.

 



 Шерель А.А. Радиожурналистика. Издательство Московского 

университета., 2000. – 368с. 

10. Зарва М. Слова в ефире. 1971, с. 41-41 

 

Ш.Кулиева 



«Язык Радио»- есть главная составляющая культуры  аудиоречи  

(то есть речи, которую мы слышим) 

Резюме 

 

Радио, являющееся коммуникационным средством, в точнее язык радио  



содержит в себе  некий языковой жанр. Сегодня  культуры речи на радио 

независимо от того, устная она или письменная, всеми своими возможностями 

обогащается. Голоса на радио могут создавать «разноцветные портреты». 

Чем  же отличается  язык  радио от языка других коммуникационных 

средств ? 

Как используется на радио языки газет, журналов и книг? 

Репортер,  редактор, ведущий, диктор:  Каковы их функции на 

пространстве радио ?  

 

Sh.Kuliyeva 



"Audiospeech" is the basis of "radio language" culture 

Summary 


 

Radio is a means of mass communication in the language of the area which 

encompasses all of the requirements. However, in both written and spoken language 

with a rich culture and all shades of sound,heard the radio that every member of 

society, has managed to create a portrait of the colourful world of sounds.What lan-

guage should the radio.This language differs other communication means (tools). 

Newspapers, magazines (journals) and books on how language is used on the 

radio.  


 

Rəyçi:                  Nəsir  Əhmədli 

                filologiya  elmləri doktoru,  professor                                                

 

 



 

 

Filologiya  məsələləri – №7, 2013

 

 



199

ŞƏFİQƏ HEYDƏROVA 

ELLADA  HACIYEVA 

AzTU 


 

İNGİLİS DİLİNİN SÖZ YARADICILIĞINDA ÖN ŞƏKİLÇİLƏRİN 

ROLU VƏ ƏHƏMİYYƏTİ  

 

Açar sözlər: söz yaradıcılığı, suffiks, prefiks, kök, linqvistika, söz. 

Key words: word-formation, suffix, prefix, stem, linguistics, word. 

Ключевые слова: словообразование, суффикс, префикс, корень, лингвистика, 

продуктивный.  

 

Artıq çoxdan sübut olunmuşdur ki, dünyada heç bir dil şüşə qapaq altında 



inkişaf etmir. Xarici aləm daim ona təsir edir və onun müxtəlif sahələrində diqqəti 

cəlb edən izlər buraxır. Bu o deməkdir ki, dillərin qarşılıqlı əlaqə və münasibətləri 

hələ qədim zamanlardan, hətta ibtidai icma qurluşu dövründən başlayaraq mövcud 

olmuşdur. Dünyada başqa xalqlardan tam təcrid olunaraq yaşamış xalq təsəvvürə 

gətirmək çətindir. Cəmiyyət yaranandan müxtəlif tayfa, qəbilə, xalq və millətlər hə-

mişə bir-biri ilə təmasda olmuşdur. Bu təmasın forma və məzmunundan asılı olma-

yaraq, güclü etnik birləşmələr zəif etnik birləşmələri özünə tabe etmiş, müxtəlif xal-

qlar arasında ticarət və s. əlaqələri yaratmışlar. Bütün bunların nəticəsində xalqlar, 

onların dilləri qaynayıb-qarışmış, bir-birinə qarşılıqlı təsir və bir-birindən sözalma 

prosesləri baş vermişdir. Ona görə  də, xalqların həyatında dil əlaqələrinin rolu 

inkaredilməz dərəcədə böyükdür. Dil əlaqələrini xalqlar və millətlər arasındakı di-

gər əlaqələrdən ayırmaq mümkün deyil. 

Dil əlaqələri dil tarixinin mərkəzi problemlərindən biridir. Dil əlaqələrinin üç 

növünü müəyyənləşdirmək mümkündür. 

a)

 

qohum dillər arasında əlaqələr; 



b)

 

qohum olmayan dillər arasında əlaqələr; 



c)

 

qarışıq əlaqələr. 



Hər üç növün özündə daxili ayırma aparmaq imkanı vardır. 

Əlaqədə olan dillər bir-birindən ilk növbədə ehtiyac duyduqlarını, ünsiyyəti 

təmin edə bilmək üçün özündə olmayanları alır. Xalqlar arasında baş vermiş dil 

əlaqələri, ikidillik və çoxdillik genişlənib inkişaf etdikcə və bu təsir nəticəsində bir 

dildən başqa dilə keçən alınmaların xarakteri də  dəyişir. Burada söz yaradıcılığı 

xüsusi əhəmiyyət kəsb edir. Çünki söz yaradıcılığı dilçiliyin şöbələri, daha doğrusu 

dil səviyyələri içərisində xüsusi yer tutur. Belə ki, bütün dil səviyyələri öz xüsusi 

vahidinə malik olduğu halda, söz yaradıcılığının özünə aid olan xüsusi vahidləri 

yoxdur. Bu baxımdan o bazissiz dil səviyyələrindən sayılır. 

Söz yaradıcılığı dilçilik elminin yeni sözlərin yaranması ilə  məşğul olan 

sahəsidir. Söz yaradıcılığının aşağıdakı üsulları vardır: 

a)

 



Söz kökünə müxtəlif şəkilçilər artırmaqla söz düzəldilməsi; 

b)

 



Söz kökünə söz artırmaqla söz düzəldilməsi; 

c)

 



Sözün bir nitq hissəsindən başqa nitq hissəsinə keçməsi ilə söz düzəldilməsi; 

d)

 



Sözə yeni məna verməklə söz dözəldilməsi. 

 

Filologiya  məsələləri – №7, 2013

 

 



200

Bunlardan birincisi, dilçilik ədəbiyyatında morfoloji üsulla söz yaradıcılığı da 

adlanır. Müxtəlif dillərdə şəkilçilər müxtəlif olduğundan bu üsulun müxtəlif növləri 

vardır: 


a)

 

son şəkilçili söz yaradıcılığı; 



b)

 

iç şəkilçili (infeksial) söz yaradıcılığı; 



c)

 

önşəkilçili (prefiksal) söz yaradıcılığı. 



Bəzən söz müxtəlif  şəkilçilərdən (prefiks, infiks, posfikslərin) birgə  iştirakı 

nəticəsində yarana bilər. Məsələn, rus dilində зарисовка sözündə olduğu kimi. Belə 

söz yaradıcılığı, adətən flektiv dillərə aiddir. Söz kökünə şəkilçi artırmaqla yaranan 

sözlər dözəltmə sözlər adlanır. 

Söz yaradıcılığının ikinci üsulu, yəni söz kökünə söz artırmaq yolu ilə söz 

yaradılması dilçilik ənənəsində daha çox sintaktik yolla söz yaradıcılığı adlanır. Bu 

əsasən mürəkkəb sözlərdə özünü biruzə verir. Mürəkkəb sözlərin yaranma üsulları 

müxtəlif dillərdə müxtəlif şəkillərdə təzahür edir. 

Üçüncü növ söz yaradıcılığı, yəni sözün bir nitq hissəsindən başqasına keçmə-

si ilə söz düzəltmə nitq hissələrinin xüsusi morfoloji əlamətləri, daha doğrusu söz-

düzəldici şəkilçiləri olmayan dillərdə geniş yayılmışdır. Söz yaradıcılığının bu üsu-

luna konversiya da deyilir. 

Söz yaradıcılığının dördüncü növü əvvəlki üsuldan kəskin fərqlənir. Belə ki, 

birinci üsul söz yaradıcılığının qrammatika ilə əlaqəsinə əsaslanırsa, dördüncü üsul, 

daha doğrusu, sözə yeni məna verməklə söz düzəldilməsi söz yaradıcılığının seman-

tika sahəsi ilə əlaqəsinə dəlaət edir. Söz yaradıcılığının bu üsulunu semantik yolla 

söz yaradıcılığı da adlandırmaq olar. Məsələn, Azərbaycan dilində yoldaş sözünün 

aldığı yeni ictimai məna dilimizə yeni bir söz vermişdir. 

Yuxarıda qeyd edildiyi kimi söz yaradıcılığında, ingilis dilinin lüğət ehtiyatı-

nın zənginləşməsində prefikslərin də xüsusi yeri, əhəmiyyəti vardır. 

Prefikslərin təsviri zamanı  bəzən belə bir vaxtı xüsusilə vurqulayaraq qeyd 

edirlər ki, suffikslərdən fərqli olaraq, guya prefikslərin bir nitq hissəsini digərinə 

nəql etmə xüsusiyyətləri yoxdur və onlar yalnız sözlərin mənalarını dəyişməyə xid-

mət edirlər. Müəlliflərin bəziləri bu barədə kəskin şəkildə fikir yürüdərək deyirlər 

ki, prefikslərlə suffikslər arasında prinsipial fərq mövcuddur. Bu təkcə onunla izah 

olunur ki, suffikslər söz kökündən sonra, prefikslər isə bundan əvvələ qoyulur. Əsas 

fərq ondan ibarət olur ki, suffikslər bu və ya digər nitq hissəsinin kökünə qoşularaq, 

onları digər qrammatik kateqoriyalara (to eat-eatable) aid edə bildikləri halda, pre-

fikslər bu cür xüsusiyyətlərə malik deyil (to like-dislike, comfortable-uncomfortab-

le). “İngilis dilində prefikslər yalnız və yalnız sözlərin leksik mənasını yenidən qur-

ma vasitəsi olma funksiyasını yerinə yetirirlər”.  

Digər linqvistlər isə prefikslərin bir nitq hissəsini digərinə  nəql etmə xüsu-

siyyətlərinə malik olduğunu qəbul edirlər, lakin belə hesab edirlər ki, bu funksiyada 

prefikslər yalnız istisna hallarda çıxış edirlər. Prefikslərlə suffikslər arasındakı fərqli 

fikirlərə biz K.A.Levsovskayanın fikirlərində də rast gələ bilərik. O da digər linq-

vistlər kimi prefikslərin nəqletmə qabiliyyətinin olmaması haqqında (alman dilində) 

danışır. Bundan əlavə K.A.Levkovskaya digər fərqləri də göstərməyə çalışır, lakin 

onlar qısaca və dürüst ifadə olunmamış qalır: “Söz kökünə qoşulan prefikslər adətən 

müəyyən bir qismdə qorunub saxlanırlar, və tam olaraq prefiks mənasına qarışmır-

lar. Prefiksal adlar (isimlər və sifətlər) aid olduqları nitq hissələrinin hüdudları xa-



 

Filologiya  məsələləri – №7, 2013

 

 



201

ricində qalır”. Levkovskaya K.A. “sözdüzəltmə sistemində prefikasiyanın spesifikli-

yi haqda alman dilinin materialı əsasında. “Qrammatik qurluşun sualları”, M, 1955, 

səh 312-313)”. 

Prefikslər elə sözdüzəldici morfemlər adlanır ki, onlar söz kökündən əvvəl gə-

lir və sözün leksik mənasını dəyişdirir və əksər hallarda onun bu və ya digər leksik-

qrammatik sinfə məxsus olmasına təsir göstərmir. Bu cür prefikslər “konversiyaedi-

ci” prefikslər adlandırılır və ingilis dilinin prefiksial sistemində bu cür 25 prefiks ol-

duğu göstərilir. 

İsmin felə prefiks vasitəsilə konversiyası zamanı təkcə prefiksasiya deyil, həm 

də konversiyanın yeri olur, bu zaman prefiks semantikanı  dəyişir, konversiya isə 

kökün qrammatik mənasını dəyişir. 

-out prefiksin “to surpass, excel or outdo” (a parson) in the action of the simp-

le word, mənası var: outclimb, outdance, etc. Yuxarıda göstərilən sözdüzəltmə sxe-

mində outmachine sözü “daha çox istehsal etmək mənasını verməli idi”. Əslində 

“outmachine” sözündə ismin felə çevrilməsi “out” prefiksi hesabına baş verir. 

Ümumiyyətlə, linqvistikadakı digər anlayışlar kimi prefiksin də şərhi çoxsa-

həlidir. 

Müasir ingilis dilinin prefikslərinin tədqiqinin müəllifi K.V.Piottux prefiks-

lərin geniş təsnifatını verir: “Prefiks-prepozitiv morfemlə əlaqəsi olan kökün müstə-

qil hissəsinin önünə qoşulan geniş leksik mənaya malik olan, sözdüzəltmə  təkrar 

olunan, söz kökünün leksik-qrammatik əsasına  əsaslanan morfemdir”. (Пиоттух  

К.В. «Принципы выделения системы префиксиальных структурно – семанти-

ческих моделей в современном английской языке». Москва, 1970, стр 57-60).  

 Hər iki halda prefiks sözün bir hissəsi kimi şərh olunur və göstərilir ki, onlar 

müstəqil işlənmirlər. Bu cür morfemlərə, əgər onlar tam mənalı sözlər hesab edilir-

lərsə, -out, -over, -under kimi morfemləri aid etmək olar.  

Əgər nəzərə alsaq ki, -out, -over, -under komponentləri prepozitiv morfem 

rolunda rast gəlinir, onlar müxtəlif mahiyyətə, xassəyə malik ola bilər: onlar 

omonimlərə parçalanır: out

1

, out


2

, over


1

, over


2

, under


1

, under


2

. Onlardan biri tam 

mənalı sözlər, söz önləridir və mürəkkəb sözlər düzəldir, məsələn: an outdoor, an 

overlight, underclothes. Digərləri isə prefikslər hesab olunur və prefiksial törəmə 

sözləri yaradılır, məsələn: to outdance, to overheat, to undervaule. Mürəkkəb sözlər-

dən fərqli olaraq prefiksial sözlər söz birləşmələrində söz önləri ilə tərkib hissələri-

nə ayrılmırlar. 

Bu kimi tərifin, (şərhin) digər ümumi momenti ondan ibarətdir ki, prefiks sözə 

qoşulan morfemdir. “Adjacent” sözünün analizi zamanı sözün bir hissəsi kimi “ad” 

prefiks statusundan mərhum olduğunu şərh etməliyik, belə ki, müasir ingilis dilində 

“jacent” kimi söz yoxdur. Digər tərəfdən adjoin, admix, adverb sözlərində ad-pro-

feksi seçilir, belə ki, onun çıxılması zamanı- join, mix, verb kimi təmənnalı kök 

sözləri qalır. 

Bu kimi təsnifatlara əsaslanaraq, biz heç də prefiksin “apogee” sözünün birin-

ci hissəsi olduğunu qəbul etməliyik. Lakin “apochomotic” tipli sözlərdə “apo” 

prefiks hesab edilir. 

K.V.Piottuxun fikirlərinin ətraflı şərhi, təsnifatı zamanı digər iki ana da diqqət 

yetirirlər. Təsnifat genetik anı xüsusi olaraq qeyd edilir, belə ki, prefiks sonuncu 

derivasiya aktına, yəni bir kökdən ayrı-ayrı sözlərin düzəlməsinə qoşulan morfem 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



202

kimi müəyyənləşdirilir. Bununla razılaşmaq olmaz, belə ki, bu halda “disseminati-

on” sözündə “dis” prefiks kimi qəbul edilə bilməz, çünki o sonuncu derifasiya aktı-

na (disseminate+tion) qoşulmur. Buna görədə prefiksin statusunu sözün genezisin-

dən asılı qoymaq olmaz. Başqa sözlə, “dissemination” sözü prefiksal yaranmış söz 

hesab edilə bilməz. Sonuncu söz düzəltmə aktı burada prefiksə yox, suffiksə qoşu-

lan hesab edilir. Lakin bu suffiksal düzəlmənin tərkibində sözsüz ki “-dis” prefiksi 

də vardır. Bu ziddiyət, “sözdüzəldici prefiks” terminin tətbiq edilməsi hesabına 

məhz K.V.Piottuxun özü tərəfindən qaldırılmışdır. O deyir: “Sözdüzəltmə prefiksi 

sonuncu aktda istehsaledici əsasa qoşulan və onunla törədici söz yaratma münasi-

bətində olan affiksal morfemdir. (Пиоттух К.В. «Принципы выделения системы 

префиксиальных  структурно – семантических    моделей  в  современном  ан-

глийском языке». Москва, 1970, стр 57-60). 

Prefikslərin növbəti cür təsnifatı mümkündür: ən köhnə, çoxdankı-alınmış, 

iqtibas edilmiş, yerdəyişdirici, köçürülmüş-yerdəyişdirilməmiş, köçürülməmiş, 

mənfi, inkar-qeyri mənfi, qeyri inkar, birvalentli-çoxvalentli. 

İngilis dilində ən köhnə prefikslər müxtəlif dillərdən, xüsusilə də latın, yunan, 

fransız dillərindən müxtəlif dövrlərdə götürülmüş prefikslərdən daha azlıq təşkil 

edir. Alınmış, iqtibas edilmiş prefikslərin siyahısı tamamilə fərqlidir. Xarici dillər-

dən törəyən ingilis prefikslərinin aşağıdakı siyahısını təqdim etmək olar: -a, -ant, -

arch, -bi, -circum, -cis, -co, -contra, -counter, -de, -demi, -dis, -en, -epi, -ex, -extra, -

hemi, -hiper, -hypo, -in, -inter, -intro, -mal, -meso, -meto, -mono, -non, -pan, -pant-

ro, -para, -peri, -poly, -post, -pre, -pro, -proto, -re, -retro, -semi, -sub, -super, -sur, -

syn, -trans, -tri, -ultra, -uni, -vice. 

Valentlik nöqteyi nəzərdən bir qisim prefikslər yalnız bir nitq hissəsinin əsası 

ilə uyğunlaşa, birləşə bilər. Məsələn: “-arch” prefiksi yalnız isim ilə isim (archbis-

hop, archenemy), “-dis” prefiksi ilə həm fel (disagree, discover) və həm də isimlərlə 

(dismember, discourage) birləşə bilər. 

Prefikslər həm də onların hansı nitq hissəsini düzəltmək qabiliyyətinə görə də 

fərqlənirlər. Bu səbəbdən qırx iki sözdüzəldici prefikslərdən beşi (-be, -de, -en, -out, 

-un) yalnız fellərin; biri (-cis) yalnız sifətlərin; beşi (-ex, -arch, -ana, -dys, -per) yal-

nız isimlərin; biri (-a) yalnız zərfin; on dördü (-a

2, 

-anti, -demi, -epi, -hemi, -hypo, -



hyper, -im/in, -non, -pro, -pan, -subter, -supra, -un) həm isim həmdə sifətlərin; üçü 

(-for, -sur, -ne) fel və isimlərin; biri (-circum) fel və sifətlərin; on ikisi (-co, -contra, 

-counter, -dis, -intra, -mis, -post, -pre, -sub, -trans, -over, -under) fellərin, isimlərin 

və sifətlərin düzəlməsində iştirak edirlər. 

 

Ədəbiyyat 



 

1. L.Banketitch. English word-building. Leningrad, 1961.       

2. О.Д.Мешков. «Словообразование современного английского языка». Изда-

тельство, «Наука», Москва, 1976, стр. 90-119. 



 

Filologiya  məsələləri – №7, 2013

 

 



203

Ş.Heydarova 

E.Haciyeva 

Prefixes and their role in the word-formation 

Summary 

 

Word-formation is of great importance in the branches of the linguistic, 



especially in the language leves. So all language levels have their own unit, but 

word-formation doesn’t have any special units. From this point of view it is 

considered as one of the baseless language levels. Word-formation is a branch of 

linguistic which is busy with the formation of the new words. 

Prefixes also are great importance in the word-formation and enriching 

English vocabulary. Hence, the article deals with the prefixes borrowed from other 

languages and their role in the word-formation widely. 

Ш.Гейдарова 

Э.Гаджиева 

Префиксы и их роль в словообразовании 

Резюме 


Yüklə 3,95 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin