Вывод. Таким образом, нами определены дифференциале признаки
выявлены разновидности и функциональные особенности устойчивых сло-
восочетаний фразеологизированного и нефразеологизированного характера.
Обозначены коммуникативные особенности субстантивированных словосоче-
таний валентности -дистрибутивные особенности некоторых устойчивых иза-
фетных словосочетаний.
Перспектива. Перспектива. Материал настоящей статьи не исчерпы-
вав! всех возможностей описания рассматриваемых синтаксических азербайд-
жанского предложения . Перспективным представляется изучение мантичес-
ких структурных и позиционных особенностей рассматриваемых словосоче-
таний
Filologiya məsələləri – №7, 2013
181
Литературa
1. Представление устойчивых лексических сочетаний в компьютерной
тезаурусе RussNet [Електронний ресурс] / Азарова И. В. [та ш.] Режим
доступу :
http://m)rts.forum2x2.ru/forum-f28tema-t266.htm.
2. Столярова Л.П. Имя существительное в малом синтаксисе современного
русского литературного языка : субстантивная конструкция : Дис ...д-ра.
Филол.наук : 10.02.04 [Текст]/ ДГУ им 300-летия воссоединения Украины с
Россией.-Днепропетровск 1990.-384с.
3. Абакумов СИ. Устойчивые сочетания слов [Текст]// Русский язык в
школе, 1936.-No1.-C.58.
4. Кульчицкая П.М. Устойчивые словосочетания в функции сказуемого в
современном русском языке. Дис... канд филол.н [Текст] / .-к.:1953.-210c.
5. Существительное [Текст]// лингвистический энциклопедический словарь
Гл.ред. В.Н. Ярцева.-М .:СЭ ,1990.-C.499-500 [Текст]//
Xavər Hacıyeva
Frazeloji və qeyri frazeloji vahidlərin yaranması
Xülasə
Bu məqlədə frazeloji birləşmələrin struktur semantik xüsusiyyətləri göztərilir
həmçinin frazeliji birləşmələrin xarici qurluşu əsasında sxematik şəkildə mo-
delleşdirilməsi nəzərə alınır. Məqalədə frazeloji birləşmələrin əmələ gətirdiyi
kanstruksiyaların emosianallıq və ekspresivlik göstəricisi səviyyəsindən danışı-
lır. Frazeloji birləşmələrdə yaranmış vahidlərin tutumu ikiqat zəngin şəkildə gös-
tərilir.
Shver Hadjıyeva
Functions of solid word-combinotions
Summary
In the article differencial sings are difined which stated various and functi-
onal peculiarities of solid word-combination which phraselogismed and
non-phraselogismed character. Communicative picularities of sumbstantivized
word-combination valenty is meaned – distributive specification of some solid attri-
butive word – combination .
Rəyçi: B/m Nuriyyə Rzayeva
Filologiya məsələləri – №7, 2013
182
AYSU HÜSEYNOVA
AAHM
MÜASİR AZƏRBAYCAN VƏ İNGİLİS DİLLƏRİNDƏ SADƏ CÜMLƏ
TƏRKİBİNDƏ ƏVƏZLİKLƏRİN ROLU
Açar sözlər:əvəzlik, mətnyaratma, işarə əvəzlikləri, şəxs əvəzlikləri, postpozisiya,
propozisiya, ismi əvəzliklər, sifəti əvəzliklər, mətn,əlaqə, sintaktik, bütöv, dil,mürək
kəb cümlə
Key words: pronoun, text-forming, demonstrative pronouns,personal pronouns,
postposition, preposition, nominal pronouns, adjectival pronouns, text, relation,
paragraph, language, complex sentence
Ключвые слова: местоимение, текстообразование, указателные местоимения,
личные местоимения,постпозиция, пропозиция, местоимении.
Mətnə daxil olan cümlələr arasında əlaqə yaratmaq üçün bir sıra vasitələrdən
istifadə edilir.Bu vasitələr arasında əsas nitq hissələri mühüm yer tutur.Doğrudur
mətnin qurulmasında əsas nitq hissələrindən bəziləri daha çox rol oynayır.Bu zaman
müxtəlif morfoloji göstəricilərdən,məsələn nitq hissələrindən, həmçinin sintaktik
elementlərdən istifadə olunur. Morfoloji vasitələr mətnin hüdudlarının müəyyənləş-
məsində əhəmiyyətli rol oynayır.Bu məsələ ilə əlaqədar Ə.Xəlilov yazır ki,sintaktik
bütövə daxil plan cümlələr ya bu vahidin daxilindəki morfoloji elementlərin ya da
sintaktik vahidlərin (söz birləşmələrinin,cümlənin)mənasını, orada ifadə olunmuş
fikrin tam açılmasına xidmət edir.Ona görə də sintaktik bütövün sərhədləri həmin
vəzifəni ödəmək üçün mətnin lazım olan hissəsinin haradan başlayıb harada qurtar-
ması ilə müəyyənləşir.(1,s.39). Əsas nitq hissələrinin aktuallaşması və onların mət-
nyaratma imkanları arasında əvəzliklər daha çox rol oynayır desək yanılmarıq.Bu
məsələ ilə əlaqədar azərbaycanlı dilçilər Ə.Xəlilov, K.Abdullayev və digərlərinin
xüxuxi rolunu qeyd etmək lazımdır. İlk əvvəl Azərbaycan dilində bəzi əvəzliklərin
mətnyaratmada rolunu nəzərdən keçirək.Məsələn,özü qayıdış əvəzliyi. Bu qayıdış
əvəzliyi mətnlərin düzəlməsində çox rol oynayır.Məlumdur ki, Azərbaycan dilində
qayıdış əvəzliyi əlaqəli öz təyini əvəzliyinə bütün şəxslər üzrə mənsubiyyət şəkilçisi
artırmaqla əmələ gəlir. Bu əvəzlik mətndə subyektlə birlikdə işlənərək, subyekti
daha da konkretləşdirir və onunla birlikdə cümlənin mürəkkəb üzvü olur (2,s.117-
118 ). Özü əvəzliyi mətndə propozisiyada də xəbərdən əvvəl işlənir və subyekti
daha da konkretləşdirməyə xidmət edir.Nümunəyə baxaq:Zülfiyyə qapını özü açdı.
Kərimov görüb bir müddət onu süzdü,nəzərini onun baxışında saxladı (Tahir Kazı-
mov. Qisas.Bakı,1990,s.61).
Amma bu hal həmişə belə olmur.Yəni mətndə elə hallara rast gəlmək olar ki,
özü əvəzliyi postpozisiyada,yəni xəbərdən sonra da işlənə bilər. O bu halda da su-
byekti konkretləşdirir. Məsələn: Sən deyən yaxşı adam deyil.Şəkinin Oxud
kəndindəndir özü.
İndi isə nümunəyə ingilis dilində baxaq:I myself opened the door and lit the
candle. Rose followed me in and Iheld it up so that she should be able to see
herself.
Filologiya məsələləri – №7, 2013
183
Azərbaycan dilində də özü əvəzliyi bağlayıcı ilə birləşərək mətndə onu təşkil
edən cümlələr arsında aktualizator kimi çıxış edə bilər. Məsələn, Hamı sevinirdi.
Səməd özü də sevincini gizlədə bilmirdi. Keçən bahar uşaq bağçasında reportaj
hazırlayan bir tərbiyyəçi qızla tanış oldum. Adı Gözəldi.
Belə hallara da rast gəlmək olar ki,özü sözü mənsubiyyət şəkilçisi ilə
işlənməsinə baxmayaraq,də bağlayıcısı ilə birlikdə şəxs bildirmir və həm də
bağlayıcısının məzmununu ifadə edir (2,s.120 ). Qeyd edək ki,həmin bağlayıcı da
bədii mətnin yaranmasında mühüm rol oynayır. Bu halda əvəzliyin işlədilməsi
mətndəki mənanı intensiv nəzərə çatdırır. Numunələrə baxaq; Bakıya az-az qar
yagır. Amma yağanda üzünü görmə. Bax belə bir qar yağmışdı Bakıya. Özü də
novruzun astanasında. Lətifə qara bugdayı Bakı gözəllərindəndir. Özü də bu
gözəlliyi sanki Saleh indi görürdü.Müşahidələr göstərir ki özü də mürəkkəb bağla-
yıcısı azərbaycan dili mətinlərində daha çox parsell cümlələrdə rast gəlmək
olar.Çünki parselyet cümlələr ikinci hissəni-ayrılan hissəsini təşkil edir. Bu zaman
formalaşan mətinlər postpozisiyada reallaşır. Məsələn, Hələki orta dalğadan ancaq
musiqi eşidmək olur. Özü də elansız. Göründüyü kimi,musiqinin orta dalgada elan-
sız eşidilməsi özü də bağlayıcısı vasitəsiylə məlum olur. Məlum olan hissədə mət-
nin mənası üzə çıxır. Ümumiyyətlə,mətinlər arasındakı əlaqə əsas hesab olunur. Bu
zaman təkcə sözlərin cümlə daxilindəki əlaqədən deyil,ayrı-ayrı cümlə qurupları da
öz aralarında müxtəlif vasitələrlə əlaqələnir və bir-biriylə münasibətdə olurlar.
Mətndə əsas hesab olunan bir cümlə mövcud olunur həmin cümlənin içərisində
kankret məna ifadə edən söz və ya ifadə yerləşir. Mətnin bu və ya digər cümləsi
kankret mənasi olmayan sözü və ya ifadənimüəyyənləşdirməlidir. Bu cümlə həmin
cümlədən əvvəldə də, sonra da yerləşdirilə bilər. Ə.Xəlilov yazırki əsas mənanı
ifadə edən cümlə müəyyənləşən kimi digər cümlələr onun mənasının açılmasına
xidmət göstərmək üçün fəaliyyətə keçirlər. (1,s.67).. M.Z. Zəkiyev yazır ki,əsas mə-
sələ cümlələr arasındaki əlaqələri,onların birləşmə üsullarını hər tərəfli öyrənmək-
dir. Müstəqil cümlələr arasındaki əlaqələri oyrənmək üçün lazım olan tələblərə
əlaqənin nitqin hansı hissəsi cavab verirsə ,mətnin də hüdudları ondan aslı olaraq
müəyyən olunur. (3,s.360). Türk dillərində mətnin sərhədlərini müəyyənləşdirmək
üçün müəllif öz meyarıni təklif edir. O yazır; “ Çox mümkündür ki bu xüsusiyyətlər
hər hansı bir dərəcədə başqa qohum türk dilləri üçün də səciyyəvi ola bilər və təbii
ki, bizim təklif etdiyimiz meyar müəyyən mənada başqa türk dillərindəki mürəkkəb
sintaktik bütöv sərhədlərinin müəyyənləşdirilməsinə də tətbiq edilmə imkanina
malikdir.(4.s.12) Türk dillərində cümlənin strukturunun aşılmasında tərkib vahidlə-
rinin dəqiq ardıcıllığının olması vacibdir.Bu o deməkdir ki,türk dillərində cümləni
bitirmək üçün qrammatik(morfoloji) cəhətdən başlanğıca qayıtmaq lazımdır. Yəni
türk dillərində mübtəda,ikinci dərəcəli üzvlər, xəbər, mübtəda və s.kimi ardıcıllığa
əməl etmək lazımdır.K.Abdullayevin fikrincə,bu çərçivəliyin əsasında təkrar prinsi-
pi durur. O yazır:” Yəni türk cümləsinin sonunda əslində mübtədanı təkrarlanması
özünü göstərir.Bu təkrar ya tam şəkildə olur,yada ki,bəzi müassir türk dillərində bu
təkrar natəmam şəkildə özünü göstərir.Yalnız güclü təkrar elementlərinə malik
olduqdan sonra,yəni özünəməxsus sintaktik çərçivəlilik yarandıqdan sonra türk
cümləsi monopredikatiz quruluşa çevrilə bilir”.(4.s.203) F.Veysərli “dilçiliyin
əsasları” kitabında mətnin sərhədlərini müəyyənləşməsi barədə yazır:”Əslində bu,o
qədər geniş sahədir ki,bütün abzas,periyod və mürəkkəb cümlələri vahid ad altında
Filologiya məsələləri – №7, 2013
184
birləşdirmək olduqca çətin məsələdir. Dil strukturunun aşağı səviyyələrində müəy-
yən dəqiqlik vardır. Fone, morfem, leksem terminləri çox konkret və aydındır. An-
caq mürəkkəb sintaktik bütövlərin ardıcıllığı həm də mətn yaradır. Diskursu konkret
bir məqamda verilmiş mövzu ilə bağlı şifahi performans hesab etsək,yenə də
sərhədlər dəqiq müəyyənləşməmiş qalır”.
(5,s.349 ) Odur ki,mətnlərin həcmindən asılı olmayaraq onun başlanğıcının və
sonunun olması vacibdir.Bu cür mətlərin tərkibində işlənən əvəzliyin mənası nə
vaxt açılarsa,həmin mətni bitmiş hesab etmək olar.Mətnin mənasının açılmasında
əvəzliklərin rolu meydana çıxır.Müşahidələr göstərir ki,əvəzliyin mənasının açıl-
ması özündən əvvəlki cümlənin məmasından asılıdır.Mətndəki cümlələrin birinin
əvəzliklə başlanması onun özüdən əvvəlki cümlələrlə daha yaxından olduğunu gös-
tərən faktdır.(6.s.133) İngilis dilində də əvəzlik əsas nitq hissələrindən biri olub,
malik olduğu leksik-qrammatik məna baxımında digər nitq hissələrindən fərqlənir.
Müassir ingilis dilində əvəzliklər ismi əvəzliklər və sifəti əvəzliklər deyə iki qrupa
bölünür (7.s.79).İsmi əvəzlik isim kimi hal və kəmiyyət kateqoriyasına malikdir.
Lakin əvəzliklər hal kateqoriyası baxımından isimlərdən fərqlənir:isim-lər ümumi
və yiyəlik hala malik olduğu halda,əvəzliklərin bir qismi adlıq və obyekt hala, di-
gərləri isə ümumi və yiyəlik hala malikdir.O.Musayev yazır ki, müasir ingilis dilin-
də mövcüd olan əvəzliklərin bir qismi,xüsusən işarə əvəzlikləri (this,these,thad,
tuhose, such,the same) və III şəxs əvəzlikləri (he,she,it) ingilis dilində mətn yarat-
mada iştirak edirlər. Dilin komminativ funksiyası baxımından hər bir əvəzliyin
işlənməsi üçün mütləq müəyyən şərait olmalıdır. Əks halda dilin komminativ
funksiyası baxımından onların işlənməsi səhv məna yarada bilər. Əvvəldə qeyd et-
diyimiz kimi əvəzliklərin işlənməsi üçün mütləq məna və ya mənalar əvvəlki
cumlədən oxucuya malik olmalıdır. Əks tədqirdə,yuxarıda deyildiyi kimi işarə
əvəzliyinin ( həm təkdə həm də cəmdə) ifadə etdiyi məna aydın olmayacaq odur ki
əvəzliklərin mətinyaratmada rolu cümlənin əvvəlində içlənən söz və ya ifadədən
aslıdır. Muasir ingilis dilində mövcüd olan bütün işarə əvəzliklərinin mətinyaratma-
da rolu haqqında eyni sözləri demək olar. Qeyd edəkki ingilis dilində III şəxs şəxs
əvəzlikləri də mətnyaratmada demek olar ki , bu xususiyyətlərə malikdir. Bu əvəzli-
klərin mətin yaratması üçün mütləq hər hansı bir makromətin olmalıdir. Məsələn,
He has gone to the cinema-cümləsin işlətmək üçün mütləq hər hansı bir makromətin
olmalıdır. Məsələn,Where is John? He has yone to the cinema. Yaxud; No I haven
“ t heart aboud John since he left our country cümləsini işlətmək üçün belə bir
makromətin quraq: Have you heart anything about John? Və ya : Do you kıno
Where İ can see John? Bu kimi cümlələrdə əgər əvvəl məlumat verilməsə söhbətin
nədən getdiyini bilmək olmaz. Belə numunələrin sayını artirmaq olar.Qeyd edək ki
adını çəkdiyimiz ingilis dili əvəzlikləri anaforik işlənmə xususiyyətlərinə də malik-
dirlər. Onların anaforik xüsusiyyətləri mətin yaratmada xidmət gostərirlər, eyni za-
manda, əvəzliklər sonraki cümləyə də baglanaraq kataforik xüsusiyyətlərə də malik-
dirlər. Dediklərimizdən bu nəticəyə gəlirik ki əvəzliklərin mətinlərin yaranmasında
rolu aşağıda ki 4 funksiya ilə müəyyən olunur. (6.s.136)
1.
Əvəzlik semantik kataqoriyanı təmsil edir və onun pronominal
Xüsiyyəti sözlər arasında deyil,cümlələr arasında əlaqələri şərtləndirir.
2. Əvəzlik məlum olanı bildirir.
Filologiya məsələləri – №7, 2013
185
3.Əvəzlik həm anaforik(əvvəlki cümləyə bağlılıq),həm də katoforik(sonrakı
cümləyə bağlılıq)funksiyalarını yerinə yetirir.
4.Əvəzlik yalnız sintaktik “donuq” yox,həmçinin dinamik (dəyişkən)
funksiyasını da yerinə yetirir.
Qeyd etdiyimiz kimi əvəzlik artıq qeyd olunanı bildirir,çünki o artıq məlum
olanı əvəz edir.Yəni kontekstdən məlum olur ki,dinləyənin (oxucunun) işarə edilən
predmet haqqında artıq müəyyən məlumatı var.
Mətnyaratmada xüsusi rolu olan birinci və ikinci şəxs əvəzlikləri(I.you)
yalnız praqmatik nöqteyi nəzərdən işlədildiyi halda qayıdış əvəzlikləri ancaq
anoforik funksiya yerinə yetirir.Üçüncü şəxs əvəzlikləri(he,she,it)mətndə həm
proqmatik,həm də anoforik vəzifədə işlədilir(6,s.137).
Sarah was laughing when she was reading a book.
An placet her book on the desk.
İngilis dilində əvəzliklər promonimal funksiyada əsasən iki cür fəaliyyət
göstərir.
1.Vəziyyətdən asılı olan pronominal funksiya ( eksofolik)
Məsələn, Mary wanted to give a book on history to Ann, but she had already
bought it herself.
2.Mətindən aslı olan pronominal funksiya (endoforik). Bu cur pronominal
funksiya öz nöbəsində iki növə bölünür:
a)anoforik
b)katoporik (6.s.138)
Müxtəlif məqamlarda işlədilən əvəzliklərin ancaq bir funksiyası var -mətnin
müxtəlif hissələrini bir-birinə baglamaq.
Nümunələrə baxaq:
1.One thingwas certain,that the white kitten had nothing to do with it – it was
the black kitten”s fault ettirely(kataforik əlaqə)
2.A few doors away was the English Bridge and down in trams were
clanging,vinging their bells as they went,motor buses were lumbering along,taxis
were tooting their horns.Mrs.Hudson heard it,it was London she heard.
Qeyd etdiyimiz kimi,ingilis dilində əvəzliyin mətnyaranmasında əsas v-
əzifələrindən biri onun dinamikliyi,mətn daxilində daim hərəkət etməsidir.
Məsələn, John can open Bill”s safe.He is an interesting fellow.Mətn daxilində
nəzərdən keçirsək görərik ki,he şəxs əvəzliyi cümlədəki John sözünü mətnin müx-
təlif yerlərində əvəz edir. Bu əvəzetmə halı mətn boyu inkişaf edir,mətndəki hadisə-
ri özündə cəmləşdirir. Müşahidə olunur ki, Mətnlərdə əvəzliklərin yığcamlığı həm
ingilis, həm də Azərbaycan mətnlərində onların tez-tez işlədilməsini şərtrləndirir.-
Əvəzliklər mətnlərdə təkrarlandıqca onların göstərdikləri hadisə,proses mətn
daxilində irəliləyir,inkişaf edir.Və bu halla da onlar mətnyaratmada əlaqələndirici
funksiyanı yerinə yetirirlər (6,s.138) Bu məsələni də vurğulamaq lazımdır ki,mətnin
məzmun cəhəti ilə əvəzliyin mətndaxiuli fəaliyyəti arasında qırılmaz əlaqə olur.Belə
ki,mətnin məzmununu onun semantikasını müəyyənləşdirirsə, əvəzlik işarə etmə
formasıdır ki, bu da semantik bütövlüyü ifadə edir. İngilis dilində əvəzliyin mətnda-
xili fəaliyyətini şərtləndirən müxtəlif vasitələr var(6,s.138).Bunlardan biri it is
.....who (that)..... birləşməsidir.Məsələn, My father,he is cutting trees.
Filologiya məsələləri – №7, 2013
186
It is my father who is cutting the trees. Beləliklə,məlum olur ki,əvəzlik həm
ingilis,həm də Azərbaycan dilində şşəxsləri,əşyaları və ya onlara xas olan əlamət və
keyfiyyətləri adlandırmadan bildirən əsas nitq hissəsidir. Əvəzliklər ismi əvəzliklər
və sifəti əvəzlik olmaqla iki qrupa bölünür.Müasir ingilis dilində mövcud olan
əvəzliklərin bir qismi, xüsusən işarə əvəzlikləri və üçüncü şəxs şəxs əvəzlikləri
mətnyaratma xüsusiyyətlərinə malikdir.
Ədəbiyyat
1.Xəlilov Ə.Ə.Sintaktik bütövlərin əmələ gəlməsində morfoloji elementlərin
rolu.Azərbaycan dili morfologiyasının aktual məsələləri.Azərbay-
can Dövlət Universiteti.Bakı,1987.
2.Hüseynzadə M.Müasir Azərbaycan dili.Maarif,Bakı,1983.
3.Закиев М.З.Актуалъные проблемы сложных предложений в тюркских яз-
ыках СТ,1983.№3.
4.Abdullayev K.M.,Məmmədov A.Y.,Musayev M.M. və digərləri.Azərbaycan
dilində mürəkkəb sintaktik bütövlər.”Mütərcim”,
Bakı,2012
A.Hüseynova
The actualization of text-forming opportunities of pronouns in Azerbaijani
and English languages
Summary
The article deals with the pronouns in Azerbaijani and English langua-
ges.Investigating the article,it /s/been proved that the pronoun is a part of speech
pointing out objects and their qualities without naming them in both languages.
Pronouns are divided into two groups” nominal pronouns and adjectival pronouns.
Some pronouns ,namely the personal pronouns in the third person singular heve the
text-forming character in the English language.
А.Гусейнова
Текстообразующие возможности актуализацицией местоимений в
современном азербайджанском и английском языках
Резюме
В статъе речъ идет о местоимениях, существующих азербайджанском и
английском языках.После анализа статъи стоновитъся ясно,гто местоимения
как в азербайджанском,так и в
английском языке является основной частъю речъю,служашей наимено-
ванию предметов,лиц или присущие им признаков и качеств. Местоимения
делятся на две подгруппы-местоимения сущест-
вителные и местоиментя прилагателъные. Частъ местоимения,особенно ука-
зателъные и местоимения третъего лица,обладают текстообразую-
щими свойствами.
Rəyçi: B/m Hamlet Süleymanov
Filologiya məsələləri – №7, 2013
187
SEVİNC BAĞIROVA
ADİU
İNGİLİS DİLİNDƏ MƏCAZİ MƏNALI SÖZLƏR
Açar sözlər: İngilis dili, Azərbaycan dili, məcazi sözlər, metafora, növ, heyvan
adları, quş adları, üslubi xüsusiyyət
Ключевые слова: английский язык, азербайджанский язык, метафорические
слова, вид, животные имена, имена птиц, стилстические особенности
Key words: The English language, Azerbaijan language, the words with figuratve
meaning, metaphor, kind, the names of animals, the names of birds, stylistic feature
Tarixi kateqoriya olan söz nəinki dildə fikri ifadə edir, həmçinin obyektiv
varlığın obrazlı təsvirinə də xidmət edir. Söz əsasən dil tarixinin müəyyən dövründə
yaranıb formalaşır. Danışanlar ondan hazır şəkildə istifadə edir. Dildə sözlər real
şəkildə mövcuddur, obrazlı olur, hadisələrə subyektiv qiymət verir, incə hisslər
ifadə edir, emosional təsir göstərir. Sözün bu cür səviyyəsi onun semantikasında
olan müxtəlif hadisələrdir ki, bu semantik hadisələrdən biri də məcazi mənalardır.
B.Meylaxın qeyd etdiyi kimi, məcaz dildə daim obrazlılıq yaradan kateqo-
riyalardandır (1, 197). Məcazlar sözün əsas mənasından törəyir və dilin lüğət tərki-
binin zənginləşməsində fəal rol oynayır. Bunlar da sözün çoxmənalılığı prosesində
baş verir.
Ə.Dəmirçizadə belə sözlərin əvəzçilik vəzifəsi daşıdığını qeyd edərək yazır:
“Diqqətlə yoxladıqda aydın olur ki, bu əlavə mənaların əslində sözün ilk mənası ilə
uzaq və ya yaxın əlaqəsi də vardır və məhz belə əlaqələr nəticəsində həmin sözlər
əvəzçilik vəzifəsi daşıyır” . buradan belə bir nəticəyə gəlirik ki, sözün əsas mənası
ilə əlaqədar dolayı mənası da ola bilər və sözlərin belə əlavə-dolayı mənalarda
işlədilməsi mümkündür, hətta zəruridir (2, 152). Müəllif bundan nəticə çıxardaraq
məcazi mənalı sözlərə aşağıdakı kimi tərif verir: “Sözün əlavə vəzifədə dolayı yolla
ifadə etdiyi məna məcazi məna adlanır (yenə orada)
Çoxmənalı sözün əksəriyyətinin mənalarından biri həqiqi olduğu halda, digər
mənaları ikinci dərəcəli və ya məcazi mənada olur. Bu cür xüsusiyyət bütün dillərə,
o cümlədən də İngilis dilinə xasdır.
Məsələn, “ Azərbaycan dilinin İzahlı Lüğətində “alçaq” sözünün 5 mənası
göstərilmişdir ki, bunun da 2 mənası məcazi məfhum bildirir:
Alçaq sif.
1.
Hündürlüyü, ucalığı az olan, hər hansı bir səviyyədən azacıq hündür olan...
2.
Bəstəboy, boyu gödək...
3.
m. (məcazi) pis, xarab, keyfiyyətsiz...
4.
m. (məcazi) rəzil, şərərfsiz, namərd, çox pis...(3, 50)
“İngiliscə-Azərbaycanca lüğət”də isim kimi “charge” sözünün 9 mənası
verilmişdir ki, burada da axırıncı mənanın məcazda da işlədilməsi göstərilmişdir:
Charge n.
1)
Ödəmə, vermə, qiymət (xidmət və s.):pl. Xərc, məxaric; ~for admission-
giriş üçün ödəmə; free of ~ pulsuz; extra ~ əlavə xidmətlər üçün ödəniş;
2)
Ittiham, təqsirləndirmə; on a ~ of it- ittihama görə (bir şeydə)
Filologiya məsələləri – №7, 2013
188
3)
Məsuliyyət (vəzifəyə); vəzifə, birc; who is in ~ here? Burada başçı
kimdir?; to take ~ of- nəzarət altına almaq, nəzarətində saxlamaq (nəyisə), idarə
etmək, baxmaq (nəyəsə);
4)
Baxım, qayğı, himayə; to be in ~ of – baxmaq, qayğı göstərmək (kiməsə);
to leave children in smb s ~ uşaqlari kiminsə himayəsi altinda qoymaq; to give
smb.in charge – kimisə polisə təslim etmək;
5)
Qəyyumluq altında olan; yetişdirmə, şagird,
6)
Hərb, hücüm; hücum siqnalı, göstəriş;
7)
Tex. Yükləmə, yüklənmə;
8)
Barıt, partlayıcı maddə; enerji, doldurma (silahı):
9)
Yük; məc. ağırlıq (4, 140)
Dildə məcazın əsasən, metafor, metonomiya, sinektoxa, alleqoriya, epitet və s.
kimi növləri fərqləndirilir ki, bunlar da hələlik polemika doğurur.
Qeyd edək ki, məcazın növləri içərisində ən geniş yayılanı metafordur.
Yığcamlıq və ifadəlilik cəhətdən metafor ən qüvvətli vasitədir.
Metafor əşya və hadisələr arasında mövcud olan qarşılıqlı əlaqələrin
dərkedilməsi təffəkürlə bağlıdır. Bu da onunla əlaqədardır ki, bir çox əlamətlərin,
məsələn, predmetlər arasında oxşarlıq, bənzəyiş, müqayisə kimi əlamətlərin varlığı
həmin predmetin adı başqası üçün işlədilir.
Məsələn, “meymun” heyvan adıdır; İngilis dilində “ape”, “monkey” kimi söz-
lərlə ifadə olunur. Bu heyvana məxsus başqasını yamsılama, təqlid etmə, ağız əymə,
əzilib-büzülmə və s. kimi səciyyəvi xüsusiyyətlər onun adının metafora
çevrilməsinə zəmin yaradır.
“Meymun” sözün həm Azərbaycan dilində, həm də İngilis dilində eyni məf-
humu, eyni mənanı ifadə edir. Hər iki dildə “meymun” sözündən meymunluq etmək
(ape, to act\to play the ape) ifadəsi də işlədilir ki, bu da-“yamsılamaq,” “təqlid et-
mək”, “oyun göstərmək”, “ağzını əymək” və s. kimi mənaları bildirir. Həmin söz və
ifadə Azərbaycan və İngilis dillərində tez-tez işlədilir.
Bəzi məcazi sözün özünün də məntiqi bir mənası var. Məsələn “lair” İngilis
sözünün isim kimi əsqas məna kimi “mağara”, “yuva” (vəhşi heyvanların məskun-
laşdıqları yer), “adamım gizləndiyi, daldalandığı yer”, fel kimi “mağaraya girmək”
mənalarını bildirir. Məcazi mənada isə “qış yuxusuna girmək” ifadəsi kimi işlədilir
– yəni çox yatmaq, heç nədən xəbəri olmamaq.
Qeyd edək ki, “mağara” dedikdə ilk olaraq ayı yuvası nəzərdə tutulur. Ayı da
çox yatanda (bütün qış yatır) qış yuxusuna gedib-deyirlər.
Metaforun yaranma xüsusiyyətləri rəngarəngdir, onlar müxtəlif yollarla əmələ
gəlir. Onlar ilk növbədə bənzəyiş əlamətləri nəticəsində yaranır.
Metaforlar zahiri cəhətdən oxşarlıqla əlaq\ədae, daxili əlamətlərinə görə
oxşarlıq nəticəsində, canlılara məxsus hərəkətlər əşyaların üzərinə keçirilməklə və
s. yollarla əmələ glir.
Deməli, metafor müxtəlif əşyalar arasında müqayisə prinsipi əsasında yaranır.
Yaranan metaforlar mənalı və ifadəli olur.
Dildə həm ümumişlək, həm də üslubi metaforlar vardır. Üslubi metaforlar
poetik metaforlar da adlanır.
Ümumişıək metafor sözün məcazi mənasından törənir və dildə sabitləşir.
Üslubi mütafor isə, əsasən, kontekstlə bağlıdır, ən çox bədii dildə işlədilir. Üslubi
Filologiya məsələləri – №7, 2013
189
metafor bədii əsərlərlə bağlı əmələ gəlir və obrazlı təfəkkürün məhsuludur. Bu
sənətkarın yaradıcı qabiliyyətindən irəli gəlir. Yaradıcı sənətkar sözün
semantikasına görə metafor yaradır və üslubi xarakter daşıyır.
Dilçilikdə metaforları quruluş etibari ilə sadə və mürəkkəb – deyə iki qrupa
ayırırlar. Ayrı-ayrı sözlərin məcazlaşması sadə metaforlardır. Bunlar, sadəcə olaraq,
leksik metaforlardır. Həmin metaforlar müxtəlif qruplardan əmələ gəlir ki, bunların
da bir qismi aşağıdakılardan ibarətdir:
1.
Daxili əlamətlərinə görə yaranan metaforlar. Buraya, əsasən, aşağıdakı
sözlər daxildir:
a)
Heyvan adlarını insan üzərində yönəldilən sözlər. Məsələn:
Həqiqi mənası Məcazi mənası
Dostları ilə paylaş: |