Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 3,95 Mb.
Pdf görüntüsü
səhifə20/45
tarix05.05.2017
ölçüsü3,95 Mb.
#16789
1   ...   16   17   18   19   20   21   22   23   ...   45

Вывод.  Таким  образом,  нами  определены  дифференциале  признаки  

выявлены  разновидности  и  функциональные  особенности  устойчивых  сло-

восочетаний  фразеологизированного  и  нефразеологизированного    характера. 

Обозначены коммуникативные особенности субстантивированных словосоче-

таний валентности -дистрибутивные  особенности некоторых устойчивых иза-

фетных словосочетаний. 



Перспектива.    Перспектива.  Материал  настоящей  статьи  не  исчерпы-

вав! всех возможностей описания рассматриваемых синтаксических азербайд-

жанского  предложения . Перспективным  представляется  изучение  мантичес-

ких  структурных и позиционных особенностей рассматриваемых словосоче-

таний 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



181

Литературa 

 

1.  Представление  устойчивых  лексических  сочетаний  в  компьютерной 



тезаурусе RussNet [Електронний  ресурс] / Азарова  И.  В. [та  ш.]  Режим 

доступу :   

http://m)rts.forum2x2.ru/forum-f28tema-t266.htm. 

2.  Столярова  Л.П.  Имя  существительное  в  малом  синтаксисе  современного 

русского литературного языка : субстантивная конструкция : Дис ...д-ра.  

 

Филол.наук : 10.02.04    [Текст]/ ДГУ им 300-летия воссоединения Украины с 



Россией.-Днепропетровск 1990.-384с. 

3.  Абакумов  СИ.  Устойчивые  сочетания  слов      [Текст]//   Русский  язык  в 

школе, 1936.-No1.-C.58. 

4.  Кульчицкая  П.М.  Устойчивые  словосочетания  в  функции  сказуемого  в 

современном русском языке. Дис... канд филол.н [Текст] / .-к.:1953.-210c. 

5. Существительное  [Текст]//   лингвистический энциклопедический словарь 

Гл.ред. В.Н. Ярцева.-М .:СЭ ,1990.-C.499-500 [Текст]//    

 

Xavər Hacıyeva 



Frazeloji və qeyri frazeloji vahidlərin yaranması 

Xülasə 


 

Bu məqlədə  frazeloji birləşmələrin struktur semantik xüsusiyyətləri göztərilir 

həmçinin  frazeliji birləşmələrin  xarici qurluşu  əsasında  sxematik şəkildə mo-

delleşdirilməsi  nəzərə alınır. Məqalədə  frazeloji birləşmələrin  əmələ  gətirdiyi   

kanstruksiyaların   emosianallıq və  ekspresivlik  göstəricisi  səviyyəsindən danışı-

lır. Frazeloji birləşmələrdə  yaranmış vahidlərin tutumu ikiqat zəngin şəkildə gös-

tərilir.  

 

Shver Hadjıyeva 



Functions of solid word-combinotions 

Summary 


 

In the article differencial sings are difined  which stated various and functi-

onal peculiarities of solid word-combination which phraselogismed  and                        

non-phraselogismed character. Communicative picularities of sumbstantivized  

word-combination valenty is meaned – distributive specification of some solid attri-

butive word – combination . 

           

Rəyçi: B/m Nuriyyə Rzayeva  

               

              



 

 

 

 

 

Filologiya  məsələləri – №7, 2013

 

 



182

AYSU HÜSEYNOVA 

AAHM 


 

MÜASİR AZƏRBAYCAN VƏ İNGİLİS DİLLƏRİNDƏ SADƏ CÜMLƏ 

TƏRKİBİNDƏ ƏVƏZLİKLƏRİN ROLU  

 

Açar sözlər:əvəzlik, mətnyaratma, işarə əvəzlikləri, şəxs əvəzlikləri, postpozisiya, 

propozisiya, ismi əvəzliklər, sifəti əvəzliklər, mətn,əlaqə, sintaktik, bütöv, dil,mürək 

kəb cümlə  

Key words: pronoun, text-forming, demonstrative pronouns,personal pronouns, 

postposition, preposition, nominal pronouns, adjectival pronouns, text, relation, 

paragraph, language, complex sentence 

Ключвые слова: местоимение, текстообразование, указателные местоимения, 

личные местоимения,постпозиция, пропозиция, местоимении.  

 

  Mətnə daxil olan cümlələr arasında əlaqə yaratmaq üçün bir sıra vasitələrdən 



istifadə edilir.Bu vasitələr arasında  əsas nitq hissələri  mühüm yer tutur.Doğrudur 

mətnin qurulmasında əsas nitq hissələrindən bəziləri daha çox rol oynayır.Bu zaman 

müxtəlif morfoloji göstəricilərdən,məsələn nitq hissələrindən, həmçinin sintaktik 

elementlərdən istifadə olunur. Morfoloji vasitələr mətnin hüdudlarının müəyyənləş-

məsində əhəmiyyətli rol oynayır.Bu məsələ ilə əlaqədar Ə.Xəlilov yazır ki,sintaktik 

bütövə daxil plan cümlələr ya bu vahidin daxilindəki morfoloji elementlərin ya da 

sintaktik vahidlərin (söz birləşmələrinin,cümlənin)mənasını, orada ifadə olunmuş 

fikrin tam açılmasına xidmət edir.Ona görə  də sintaktik bütövün sərhədləri həmin 

vəzifəni ödəmək üçün mətnin lazım olan hissəsinin haradan başlayıb harada qurtar-

ması ilə müəyyənləşir.(1,s.39). Əsas nitq hissələrinin aktuallaşması və onların mət-

nyaratma imkanları arasında  əvəzliklər daha çox rol oynayır desək yanılmarıq.Bu 

məsələ ilə  əlaqədar azərbaycanlı dilçilər  Ə.Xəlilov, K.Abdullayev və digərlərinin 

xüxuxi rolunu qeyd etmək lazımdır. İlk əvvəl Azərbaycan dilində bəzi əvəzliklərin 

mətnyaratmada rolunu nəzərdən keçirək.Məsələn,özü qayıdış  əvəzliyi. Bu qayıdış 

əvəzliyi mətnlərin düzəlməsində çox rol oynayır.Məlumdur ki, Azərbaycan dilində 

qayıdış əvəzliyi əlaqəli öz təyini əvəzliyinə bütün şəxslər üzrə mənsubiyyət şəkilçisi 

artırmaqla  əmələ  gəlir. Bu əvəzlik mətndə subyektlə birlikdə  işlənərək, subyekti 

daha da konkretləşdirir və onunla birlikdə cümlənin mürəkkəb üzvü olur (2,s.117-

118 ). Özü  əvəzliyi mətndə propozisiyada də  xəbərdən  əvvəl işlənir və subyekti 

daha da konkretləşdirməyə xidmət edir.Nümunəyə baxaq:Zülfiyyə qapını özü açdı. 



Kərimov görüb bir müddət onu süzdü,nəzərini onun baxışında saxladı (Tahir Kazı-

mov. Qisas.Bakı,1990,s.61). 

Amma bu hal həmişə belə olmur.Yəni mətndə elə hallara rast gəlmək olar ki

özü əvəzliyi postpozisiyada,yəni xəbərdən sonra da işlənə bilər. O bu halda da su-

byekti konkretləşdirir. Məsələn:  Sən deyən yaxşı adam deyil.Şəkinin Oxud 

kəndindəndir özü. 

İndi isə nümunəyə ingilis dilində baxaq:myself opened the door and lit the 



candle. Rose followed me in and Iheld it up so that she should be able to see 

herself. 

 

Filologiya  məsələləri – №7, 2013

 

 



183

Azərbaycan dilində də özü əvəzliyi bağlayıcı ilə birləşərək mətndə onu təşkil 

edən cümlələr arsında aktualizator kimi çıxış edə bilər. Məsələn,  Hamı sevinirdi. 

Səməd özü də sevincini gizlədə bilmirdi. Keçən bahar uşaq bağçasında reportaj 

hazırlayan bir tərbiyyəçi qızla tanış oldum. Adı Gözəldi. 

Belə hallara da rast gəlmək olar ki,özü sözü mənsubiyyət  şəkilçisi ilə 

işlənməsinə baxmayaraq,də bağlayıcısı ilə birlikdə  şəxs bildirmir və  həm də 

bağlayıcısının məzmununu ifadə edir (2,s.120 ). Qeyd edək ki,həmin bağlayıcı da 

bədii mətnin yaranmasında mühüm rol oynayır. Bu halda əvəzliyin işlədilməsi 

mətndəki mənanı intensiv nəzərə çatdırır. Numunələrə baxaq; Bakıya az-az qar 



yagır. Amma yağanda üzünü görmə. Bax belə bir qar yağmışdı Bakıya.  Özü  də 

novruzun astanasında. Lətifə qara bugdayı Bakı gözəllərindəndir.  Özü  də bu 

gözəlliyi sanki Saleh indi görürdü.Müşahidələr göstərir ki özü də mürəkkəb bağla-

yıcısı azərbaycan dili mətinlərində daha çox parsell cümlələrdə rast gəlmək 

olar.Çünki parselyet cümlələr ikinci hissəni-ayrılan hissəsini təşkil edir. Bu zaman 

formalaşan mətinlər postpozisiyada reallaşır. Məsələn, Hələki orta dalğadan ancaq 



musiqi eşidmək olurÖzü də elansız. Göründüyü kimi,musiqinin orta dalgada elan-

sız eşidilməsi özü də bağlayıcısı vasitəsiylə məlum olur. Məlum olan hissədə mət-

nin mənası üzə çıxır. Ümumiyyətlə,mətinlər arasındakı əlaqə əsas hesab olunur. Bu 

zaman təkcə sözlərin cümlə daxilindəki əlaqədən deyil,ayrı-ayrı cümlə qurupları da 

öz aralarında müxtəlif vasitələrlə  əlaqələnir və bir-biriylə münasibətdə olurlar. 

Mətndə  əsas hesab olunan bir cümlə mövcud olunur həmin cümlənin içərisində 

kankret məna ifadə edən söz və ya ifadə yerləşir. Mətnin bu və ya digər cümləsi 

kankret mənasi olmayan sözü və ya ifadənimüəyyənləşdirməlidir. Bu cümlə həmin 

cümlədən  əvvəldə  də, sonra da yerləşdirilə bilər.  Ə.Xəlilov yazırki  əsas mənanı 

ifadə edən cümlə müəyyənləşən kimi digər cümlələr onun mənasının açılmasına 

xidmət göstərmək üçün fəaliyyətə keçirlər. (1,s.67).. M.Z. Zəkiyev yazır ki,əsas mə-

sələ cümlələr arasındaki əlaqələri,onların birləşmə üsullarını hər tərəfli öyrənmək-

dir. Müstəqil cümlələr arasındaki  əlaqələri oyrənmək üçün lazım olan tələblərə 

əlaqənin nitqin hansı hissəsi cavab verirsə ,mətnin də hüdudları ondan aslı olaraq 

müəyyən olunur. (3,s.360). Türk dillərində  mətnin sərhədlərini müəyyənləşdirmək 

üçün müəllif öz meyarıni təklif edir. O yazır; “ Çox mümkündür ki bu xüsusiyyətlər 

hər hansı bir dərəcədə başqa qohum türk dilləri üçün də səciyyəvi ola bilər və təbii 

ki, bizim təklif etdiyimiz meyar müəyyən mənada başqa türk dillərindəki mürəkkəb 

sintaktik bütöv sərhədlərinin müəyyənləşdirilməsinə  də  tətbiq edilmə imkanina 

malikdir.(4.s.12) Türk dillərində cümlənin strukturunun aşılmasında tərkib vahidlə-

rinin dəqiq ardıcıllığının olması vacibdir.Bu o deməkdir ki,türk dillərində cümləni 

bitirmək üçün qrammatik(morfoloji) cəhətdən başlanğıca qayıtmaq lazımdır. Yəni 

türk dillərində mübtəda,ikinci dərəcəli üzvlər, xəbər, mübtəda və s.kimi ardıcıllığa 

əməl etmək lazımdır.K.Abdullayevin fikrincə,bu çərçivəliyin əsasında təkrar prinsi-

pi durur. O yazır:” Yəni türk cümləsinin sonunda əslində mübtədanı təkrarlanması 

özünü göstərir.Bu təkrar ya tam şəkildə olur,yada ki,bəzi müassir türk dillərində bu 

təkrar natəmam  şəkildə özünü göstərir.Yalnız güclü təkrar elementlərinə malik 

olduqdan sonra,yəni özünəməxsus sintaktik çərçivəlilik yarandıqdan sonra türk 

cümləsi monopredikatiz quruluşa  çevrilə bilir”.(4.s.203) F.Veysərli “dilçiliyin 

əsasları” kitabında mətnin sərhədlərini müəyyənləşməsi barədə yazır:”Əslində bu,o 

qədər geniş sahədir ki,bütün abzas,periyod və mürəkkəb cümlələri vahid ad altında 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



184

birləşdirmək olduqca çətin məsələdir. Dil strukturunun aşağı səviyyələrində  müəy-

yən dəqiqlik vardır. Fone, morfem, leksem terminləri çox konkret və aydındır. An-

caq mürəkkəb sintaktik bütövlərin ardıcıllığı həm də mətn yaradır. Diskursu konkret 

bir məqamda verilmiş mövzu ilə bağlı  şifahi performans hesab etsək,yenə  də 

sərhədlər dəqiq müəyyənləşməmiş qalır”. 

(5,s.349 ) Odur ki,mətnlərin həcmindən asılı olmayaraq onun başlanğıcının və 

sonunun olması vacibdir.Bu cür mətlərin tərkibində  işlənən  əvəzliyin mənası  nə 

vaxt açılarsa,həmin mətni bitmiş hesab etmək olar.Mətnin mənasının açılmasında 

əvəzliklərin rolu meydana çıxır.Müşahidələr göstərir ki,əvəzliyin mənasının açıl-

ması özündən  əvvəlki cümlənin məmasından asılıdır.Mətndəki cümlələrin birinin 

əvəzliklə başlanması onun özüdən əvvəlki cümlələrlə daha yaxından olduğunu gös-

tərən faktdır.(6.s.133)  İngilis dilində  də  əvəzlik  əsas nitq hissələrindən biri olub, 

malik olduğu leksik-qrammatik məna baxımında digər nitq hissələrindən fərqlənir. 

Müassir ingilis dilində əvəzliklər ismi əvəzliklər və sifəti əvəzliklər deyə iki qrupa 

bölünür (7.s.79).İsmi  əvəzlik isim kimi hal və  kəmiyyət kateqoriyasına malikdir. 

Lakin  əvəzliklər hal kateqoriyası baxımından isimlərdən fərqlənir:isim-lər ümumi 

və yiyəlik hala malik olduğu halda,əvəzliklərin bir qismi adlıq və obyekt hala, di-

gərləri isə ümumi və yiyəlik hala malikdir.O.Musayev yazır ki, müasir ingilis dilin-

də mövcüd olan əvəzliklərin bir qismi,xüsusən işarə  əvəzlikləri (this,these,thad, 

tuhose, such,the same) və III şəxs əvəzlikləri (he,she,it) ingilis dilində mətn yarat-

mada iştirak edirlər. Dilin komminativ funksiyası baxımından hər bir əvəzliyin 

işlənməsi üçün mütləq müəyyən  şərait olmalıdır.  Əks halda dilin komminativ 

funksiyası baxımından onların işlənməsi səhv məna yarada bilər. Əvvəldə qeyd et-

diyimiz kimi əvəzliklərin işlənməsi üçün mütləq məna və ya mənalar  əvvəlki 

cumlədən oxucuya malik olmalıdır.  Əks tədqirdə,yuxarıda deyildiyi kimi işarə 

əvəzliyinin ( həm təkdə həm də cəmdə) ifadə etdiyi məna aydın olmayacaq odur ki 

əvəzliklərin mətinyaratmada rolu cümlənin  əvvəlində içlənən söz və ya ifadədən 

aslıdır. Muasir ingilis dilində mövcüd olan bütün işarə əvəzliklərinin mətinyaratma-

da rolu haqqında eyni sözləri demək olar. Qeyd edəkki ingilis dilində III şəxs şəxs 

əvəzlikləri də mətnyaratmada demek olar ki , bu xususiyyətlərə malikdir. Bu əvəzli-

klərin mətin yaratması üçün mütləq hər hansı bir makromətin olmalıdir. Məsələn, 

He has gone to the cinema-cümləsin işlətmək üçün mütləq hər hansı bir makromətin 

olmalıdır. Məsələn,Where is John? He has yone to the cinema. Yaxud; No I haven 



“ t heart aboud John since he left our country cümləsini işlətmək üçün belə bir 

makromətin quraq: Have you heart anything about John?  Və ya : Do you kıno 

Where İ can see John? Bu kimi cümlələrdə əgər əvvəl məlumat verilməsə söhbətin 

nədən getdiyini bilmək olmaz. Belə numunələrin sayını artirmaq olar.Qeyd edək ki 

adını çəkdiyimiz ingilis dili əvəzlikləri anaforik işlənmə xususiyyətlərinə də malik-

dirlər. Onların anaforik xüsusiyyətləri mətin yaratmada xidmət gostərirlər, eyni za-

manda, əvəzliklər sonraki cümləyə də baglanaraq kataforik xüsusiyyətlərə də malik-

dirlər. Dediklərimizdən bu nəticəyə gəlirik ki əvəzliklərin mətinlərin yaranmasında 

rolu aşağıda ki 4 funksiya ilə müəyyən olunur. (6.s.136) 

1.

 



Əvəzlik semantik kataqoriyanı təmsil edir və onun pronominal  

Xüsiyyəti sözlər arasında deyil,cümlələr arasında əlaqələri şərtləndirir. 

2.  Əvəzlik məlum olanı bildirir. 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



185

3.Əvəzlik həm anaforik(əvvəlki cümləyə bağlılıq),həm də katoforik(sonrakı 

cümləyə bağlılıq)funksiyalarını yerinə yetirir. 

4.Əvəzlik yalnız sintaktik “donuq” yox,həmçinin dinamik (dəyişkən) 

funksiyasını da yerinə yetirir. 

 Qeyd etdiyimiz kimi əvəzlik artıq qeyd olunanı bildirir,çünki o artıq məlum 

olanı əvəz edir.Yəni kontekstdən məlum olur ki,dinləyənin (oxucunun) işarə edilən 

predmet haqqında artıq müəyyən məlumatı var. 

Mətnyaratmada xüsusi rolu olan  birinci və ikinci şəxs  əvəzlikləri(I.you) 

yalnız praqmatik nöqteyi nəzərdən işlədildiyi halda qayıdış  əvəzlikləri ancaq 

anoforik funksiya yerinə yetirir.Üçüncü şəxs  əvəzlikləri(he,she,it)mətndə  həm 

proqmatik,həm də anoforik vəzifədə işlədilir(6,s.137). 



Sarah was laughing when she was reading a book. 

An placet her book on the desk. 

İngilis dilində  əvəzliklər promonimal funksiyada əsasən iki cür fəaliyyət 

göstərir. 

1.Vəziyyətdən asılı olan pronominal funksiya ( eksofolik) 

Məsələn, Mary wanted to give a book on history to Ann, but she had already 

bought it herself. 

2.Mətindən aslı olan pronominal funksiya (endoforik). Bu cur pronominal 

funksiya öz nöbəsində iki növə bölünür:  

a)anoforik 

b)katoporik (6.s.138) 

Müxtəlif məqamlarda işlədilən  əvəzliklərin ancaq bir funksiyası var -mətnin 

müxtəlif hissələrini bir-birinə baglamaq. 

Nümunələrə baxaq: 

1.One thingwas certain,that the white kitten had nothing to do with it – it was 

the  black kitten”s fault ettirely(kataforik əlaqə) 

2.A few doors away was the English Bridge and down in trams were 

clanging,vinging their bells as they went,motor buses were lumbering along,taxis 

were tooting their horns.Mrs.Hudson heard it,it was London she heard. 

Qeyd etdiyimiz kimi,ingilis dilində  əvəzliyin mətnyaranmasında  əsas v-

əzifələrindən biri onun dinamikliyi,mətn daxilində daim hərəkət etməsidir. 

Məsələn, John can open Bill”s safe.He is an interesting fellow.Mətn daxilində 

nəzərdən keçirsək görərik ki,he şəxs əvəzliyi cümlədəki John sözünü mətnin müx-

təlif yerlərində əvəz edir. Bu əvəzetmə halı mətn boyu inkişaf edir,mətndəki hadisə-

ri özündə cəmləşdirir. Müşahidə olunur ki, Mətnlərdə əvəzliklərin yığcamlığı həm 

ingilis, həm də Azərbaycan mətnlərində onların tez-tez işlədilməsini  şərtrləndirir.-

Əvəzliklər mətnlərdə  təkrarlandıqca onların göstərdikləri hadisə,proses mətn 

daxilində irəliləyir,inkişaf edir.Və  bu  halla da onlar mətnyaratmada əlaqələndirici 

funksiyanı yerinə yetirirlər (6,s.138) Bu məsələni də vurğulamaq lazımdır ki,mətnin 

məzmun cəhəti ilə əvəzliyin mətndaxiuli fəaliyyəti arasında qırılmaz əlaqə olur.Belə 

ki,mətnin məzmununu onun semantikasını müəyyənləşdirirsə,  əvəzlik işarə etmə 

formasıdır ki, bu da semantik bütövlüyü ifadə edir. İngilis dilində əvəzliyin mətnda-

xili fəaliyyətini  şərtləndirən müxtəlif vasitələr var(6,s.138).Bunlardan biri it is 

.....who (that)..... birləşməsidir.Məsələn, My father,he is cutting trees. 



 

Filologiya  məsələləri – №7, 2013

 

 



186

It is my father who is cutting the trees. Beləliklə,məlum olur ki,əvəzlik həm 

ingilis,həm də Azərbaycan dilində şşəxsləri,əşyaları və ya onlara xas olan əlamət və 

keyfiyyətləri adlandırmadan bildirən əsas nitq hissəsidir. Əvəzliklər ismi əvəzliklər 

və sifəti  əvəzlik olmaqla iki qrupa bölünür.Müasir ingilis dilində mövcud olan 

əvəzliklərin bir qismi, xüsusən işarə  əvəzlikləri və üçüncü şəxs  şəxs  əvəzlikləri 

mətnyaratma xüsusiyyətlərinə malikdir. 

 

Ədəbiyyat 



 

1.Xəlilov  Ə.Ə.Sintaktik bütövlərin  əmələ  gəlməsində morfoloji elementlərin 

rolu.Azərbaycan dili morfologiyasının aktual məsələləri.Azərbay- 

can Dövlət Universiteti.Bakı,1987. 

2.Hüseynzadə M.Müasir Azərbaycan dili.Maarif,Bakı,1983. 

3.Закиев  М.З.Актуалъные  проблемы  сложных  предложений  в  тюркских  яз-

ыках СТ,1983.№3.  

4.Abdullayev K.M.,Məmmədov A.Y.,Musayev M.M. və digərləri.Azərbaycan 

dilində mürəkkəb sintaktik bütövlər.”Mütərcim”, 

Bakı,2012 

         A.Hüseynova 

The actualization of text-forming opportunities of pronouns in Azerbaijani 

and English languages 

Summary 


 

 The article deals with the pronouns in Azerbaijani and English langua-

ges.Investigating the article,it /s/been proved that the pronoun is a part of speech 

pointing out objects and their qualities without naming them in both languages. 

Pronouns are divided into two groups” nominal pronouns and adjectival pronouns. 

Some pronouns ,namely the personal pronouns in the third person singular heve the 

text-forming character in the  English language. 

А.Гусейнова 

Текстообразующие возможности актуализацицией местоимений в 

современном азербайджанском и английском языках 

Резюме 

 

         В статъе речъ идет о местоимениях, существующих азербайджанском и 



английском  языках.После  анализа  статъи  стоновитъся  ясно,гто  местоимения 

как в азербайджанском,так и в 

английском языке является основной частъю речъю,служашей наимено- 

ванию  предметов,лиц  или  присущие  им  признаков  и  качеств.  Местоимения 

делятся на две подгруппы-местоимения сущест- 

вителные  и  местоиментя  прилагателъные.  Частъ  местоимения,особенно  ука-

зателъные и местоимения третъего лица,обладают текстообразую- 

щими свойствами. 

 

Rəyçi: B/m Hamlet Süleymanov 



 

 

Filologiya  məsələləri – №7, 2013

 

 



187

SEVİNC BAĞIROVA 

ADİU 

 

İNGİLİS DİLİNDƏ MƏCAZİ MƏNALI SÖZLƏR 

 

Açar sözlər:  İngilis dili, Azərbaycan dili, məcazi sözlər, metafora, növ, heyvan 

adları, quş adları, üslubi xüsusiyyət 



Ключевые слова: английский  язык, азербайджанский  язык, метафорические 

слова, вид, животные имена, имена птиц, стилстические особенности 



Key words: The English language, Azerbaijan language, the words with figuratve 

meaning, metaphor, kind, the names of animals, the names of  birds, stylistic feature 



 

Tarixi kateqoriya olan söz nəinki dildə fikri ifadə edir, həmçinin obyektiv 

varlığın obrazlı təsvirinə də xidmət edir. Söz əsasən dil tarixinin müəyyən dövründə 

yaranıb formalaşır. Danışanlar ondan hazır  şəkildə istifadə edir. Dildə sözlər real 

şəkildə mövcuddur, obrazlı olur, hadisələrə subyektiv qiymət verir, incə hisslər 

ifadə edir, emosional təsir göstərir. Sözün bu cür səviyyəsi onun semantikasında 

olan müxtəlif hadisələrdir ki, bu semantik hadisələrdən biri də məcazi mənalardır. 

B.Meylaxın qeyd etdiyi kimi, məcaz dildə daim obrazlılıq yaradan kateqo-

riyalardandır (1, 197). Məcazlar sözün əsas mənasından törəyir və dilin lüğət tərki-

binin zənginləşməsində fəal rol oynayır. Bunlar da sözün çoxmənalılığı prosesində 

baş verir. 

Ə.Dəmirçizadə belə sözlərin  əvəzçilik vəzifəsi daşıdığını qeyd edərək yazır: 

“Diqqətlə yoxladıqda aydın olur ki, bu əlavə mənaların əslində sözün ilk mənası ilə 

uzaq və ya yaxın  əlaqəsi də vardır və məhz belə əlaqələr nəticəsində həmin sözlər 

əvəzçilik vəzifəsi daşıyır” . buradan belə bir nəticəyə gəlirik ki, sözün əsas mənası 

ilə  əlaqədar dolayı  mənası da ola bilər və sözlərin belə  əlavə-dolayı  mənalarda 

işlədilməsi mümkündür, hətta zəruridir (2, 152). Müəllif bundan nəticə çıxardaraq 

məcazi mənalı sözlərə aşağıdakı kimi tərif verir: “Sözün əlavə vəzifədə dolayı yolla 

ifadə etdiyi məna məcazi məna adlanır (yenə orada) 

Çoxmənalı sözün əksəriyyətinin mənalarından biri həqiqi olduğu halda, digər 

mənaları ikinci dərəcəli və ya məcazi mənada olur. Bu cür xüsusiyyət bütün dillərə, 

o cümlədən də İngilis dilinə xasdır. 

Məsələn, “ Azərbaycan dilinin İzahlı Lüğətində “alçaq” sözünün 5 mənası 

göstərilmişdir ki, bunun da 2 mənası məcazi  məfhum bildirir: 



Alçaq sif.  

1.

 



Hündürlüyü, ucalığı az olan, hər hansı bir səviyyədən azacıq hündür olan... 

2.

 



Bəstəboy, boyu gödək... 

3.

 



m. (məcazi) pis, xarab, keyfiyyətsiz... 

4.

 



m. (məcazi) rəzil, şərərfsiz, namərd, çox pis...(3, 50) 

“İngiliscə-Azərbaycanca lüğət”də isim kimi “charge” sözünün 9 mənası 

verilmişdir ki, burada da axırıncı mənanın məcazda da işlədilməsi göstərilmişdir: 

Charge n.  

1)

 



Ödəmə, vermə, qiymət (xidmət və s.):pl. Xərc, məxaric; ~for admission-

giriş üçün ödəmə; free of ~ pulsuz; extra ~ əlavə xidmətlər üçün ödəniş; 

2)

 

Ittiham, təqsirləndirmə; on a ~ of it- ittihama görə (bir şeydə) 



 

Filologiya  məsələləri – №7, 2013

 

 



188

3)

 



Məsuliyyət (vəzifəyə); vəzifə, birc; who is in ~ here? Burada başçı 

kimdir?; to take ~ of- nəzarət altına almaq, nəzarətində saxlamaq (nəyisə), idarə 

etmək, baxmaq (nəyəsə); 

4)

 



Baxım, qayğı, himayə; to be in ~ of – baxmaq, qayğı göstərmək (kiməsə); 

to leave children in smb s ~ uşaqlari kiminsə himayəsi altinda qoymaq; to give 

smb.in charge – kimisə polisə təslim etmək; 

5)

 



Qəyyumluq altında olan; yetişdirmə, şagird, 

6)

 



Hərb, hücüm; hücum siqnalı, göstəriş; 

7)

 



Tex. Yükləmə, yüklənmə; 

8)

 



Barıt, partlayıcı maddə; enerji, doldurma (silahı): 

9)

 



Yük; məc. ağırlıq (4, 140) 

Dildə məcazın əsasən, metafor, metonomiya, sinektoxa, alleqoriya, epitet və s. 

kimi növləri fərqləndirilir ki, bunlar da hələlik polemika doğurur. 

Qeyd edək ki, məcazın növləri içərisində  ən geniş yayılanı metafordur. 

Yığcamlıq və ifadəlilik cəhətdən metafor ən qüvvətli vasitədir. 

Metafor  əşya və hadisələr arasında mövcud olan qarşılıqlı  əlaqələrin 

dərkedilməsi təffəkürlə bağlıdır. Bu da onunla əlaqədardır ki, bir çox əlamətlərin, 

məsələn, predmetlər arasında oxşarlıq, bənzəyiş, müqayisə kimi əlamətlərin varlığı 

həmin predmetin adı başqası üçün işlədilir. 

Məsələn, “meymun” heyvan adıdır; İngilis dilində “ape”, “monkey” kimi söz-

lərlə ifadə olunur. Bu heyvana məxsus başqasını yamsılama, təqlid etmə, ağız əymə, 

əzilib-büzülmə  və  s.  kimi  səciyyəvi xüsusiyyətlər onun adının metafora 

çevrilməsinə zəmin yaradır. 

“Meymun” sözün həm Azərbaycan dilində, həm də İngilis dilində eyni məf-

humu, eyni mənanı ifadə edir. Hər iki dildə “meymun” sözündən meymunluq etmək 

(ape, to act\to play the ape) ifadəsi də işlədilir ki, bu da-“yamsılamaq,” “təqlid et-

mək”, “oyun göstərmək”, “ağzını əymək” və s. kimi mənaları bildirir. Həmin söz və 

ifadə  Azərbaycan və İngilis dillərində tez-tez işlədilir. 

Bəzi məcazi sözün özünün də məntiqi bir mənası var. Məsələn “lair” İngilis 

sözünün isim kimi əsqas məna kimi “mağara”, “yuva” (vəhşi heyvanların məskun-

laşdıqları yer), “adamım gizləndiyi, daldalandığı yer”, fel kimi “mağaraya girmək” 

mənalarını bildirir. Məcazi mənada isə “qış yuxusuna girmək” ifadəsi kimi işlədilir 

– yəni çox yatmaq, heç nədən xəbəri olmamaq. 

Qeyd edək ki, “mağara”  dedikdə ilk olaraq ayı yuvası nəzərdə tutulur. Ayı da 

çox yatanda (bütün qış yatır) qış yuxusuna gedib-deyirlər. 

Metaforun yaranma xüsusiyyətləri rəngarəngdir, onlar müxtəlif yollarla əmələ 

gəlir. Onlar ilk növbədə bənzəyiş əlamətləri nəticəsində yaranır. 

Metaforlar zahiri cəhətdən oxşarlıqla  əlaq\ədae, daxili əlamətlərinə görə 

oxşarlıq nəticəsində, canlılara məxsus hərəkətlər əşyaların üzərinə keçirilməklə və 

s. yollarla əmələ glir. 

Deməli, metafor müxtəlif əşyalar arasında müqayisə prinsipi əsasında yaranır. 

Yaranan metaforlar mənalı və ifadəli olur. 

Dildə  həm ümumişlək, həm də üslubi metaforlar vardır. Üslubi metaforlar 

poetik metaforlar da adlanır. 

Ümumişıək metafor sözün məcazi mənasından törənir və dildə sabitləşir. 

Üslubi mütafor isə, əsasən, kontekstlə bağlıdır, ən çox bədii dildə işlədilir. Üslubi 



 

Filologiya  məsələləri – №7, 2013

 

 



189

metafor bədii  əsərlərlə bağlı  əmələ  gəlir və obrazlı  təfəkkürün məhsuludur. Bu 

sənətkarın yaradıcı qabiliyyətindən irəli gəlir. Yaradıcı  sənətkar sözün 

semantikasına görə metafor yaradır və üslubi xarakter daşıyır. 

Dilçilikdə metaforları quruluş etibari ilə sadə və mürəkkəb – deyə iki qrupa 

ayırırlar. Ayrı-ayrı sözlərin məcazlaşması sadə metaforlardır. Bunlar, sadəcə olaraq, 

leksik metaforlardır. Həmin metaforlar müxtəlif qruplardan əmələ gəlir ki, bunların 

da  bir qismi aşağıdakılardan ibarətdir: 

1.

 

Daxili  əlamətlərinə görə yaranan metaforlar. Buraya, əsasən, aşağıdakı 



sözlər daxildir: 

a)

 



Heyvan adlarını insan üzərində yönəldilən sözlər. Məsələn: 

 

Həqiqi mənası                                                     Məcazi  mənası 



Yüklə 3,95 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin