Düzəldici fəaliyyətlər
Düzəldici fəaliyyətlər etik davranış qaydalarına əməl edən insanların mükafatlandırılmasını,
uymayan işçilərin cəzalandırılması prinsipi əsasında həyata keçirilir. İşləyənlərin etik
qaydalara əməl etmə cəhdləri qiymətləndirilir. Pul mükafatı, vəzifə artımı kimi addımlarla
mükafatlandırılır. Əməl etməyən işçilər töhmət ala bilərlər, başqa bir vəzifəyə (daha aşağı)
keçirilə bilərlər və ya işdən uzaqlaşdırıla bilərlər.
Müəssisədə etik davranışların möhkəmlənməsində ən böyük səbəb işləyənlərin müəssisəyə
bağlılıdır. Bunun da əsas səbəbi işləyənlərin rəhbərliyə güvən duymasıdır.
Dostları ilə paylaş: |