57
Etika iş yerindəki fərdi davranışlara təsir edir. Sosial öhdəlik – müəssisənin sosial mühitdəki
qruplara və fərdlərə olan münasibətini əks etdirir. Çünki müəssisələr iş dünyasında
fəaliyyətlərini davam etdirərkən cəmiyyətin də maraqlarını nəzərə almalıdırlar. Buna
müəssisənin sosial öhdəliyi deyilir.
Müəssisənin fəaliyyətini davam etdirməsində mənfəət qazanması əsas amildir. Lakin
müəssisə iqtisadi məqsədlərini həyata keçirərkən işləyənlərin, şəriklərinin və cəmiyyətin
maraqlarını da nəzərə almalıdır.
Sosial öhdəlik qanuni, etik və könüllü olaraq üç istiqamətdə həyata keçir. Müəssisənin qanuni
öhdəliyi tabe olmalı olduğu qanunlar tərəfindən tənzimlənir. Etik öhdəliyi qanun yox, cəmiyyət
tərəfindən müəssisələrdən gözlənilən davranış və fəaliyyətlər olaraq adlandırmaq olar. Könüllü
öhdəliklər isə cəmiyyətin müəssisədən istədiyi fəaliyyətlərdir. Məsələn, hər hansı müəssisənin
təhsilə, mədəniyyətə maddi dəstək verməsi könüllü öhdəliklərə aiddir. Cəmiyyət müəssisədən
bu kimi davranışları gözləyir, lakin müəssisənin könüllü öhdəliyi yerinə yetirməməsi qeyri-etik
davranış sayılmır.
Könüllü öhdəliklər
Könüllü fəaliyyətlər, həyat
keyfiyyətini artırmağa çalışmaq
Əxlaqi öhdəliklər
Doğru, dürüst, ədalətli olmaq.
Zərər verməkdən çəkinmək
Qanuni öhdəliklər
Qanun-qaydalara uyğun davranmaq
İqtisadi öhdəliklər
Mənfəət güdmək – bu öhdəlik digər öhdəliklərin dayaq nöqtəsidir
Qrafik 4.2 Müəssisənin ictimai öhdəliklər piramidası
Dostları ilə paylaş: