Müəssisə və təşkilatlarda etik qaydaların davam etdirilməsi
Müəssisədə etik davranış qaydalarının davam etdirilməsində üç əsas strategiya vardır:
rəhbərliyin təşkilatçılığı, motivasiya və ünsiyyət.
Müəssisədə qəbul edilən qaydaların tətbiq edilib, davam etdirilməsi təşkilatın vəziyyətindən
asılıdır. Qəbul olunan qaydalar effektli nəticə vermirsə, o zaman etik qaydalar mərkəzləşmiş
qaydada tətbiq oluna bilər. Yəni rəhbərlik müəssisənin etik qaydalarını formalaşmasına və
əxlaqi dəyərlərin aşılanmasındə birbaşa iştirak edir. Etik qaydaların mərkəzləşmiş və ya
mərkəzləşməmiş olmasından asılı olmayaraq, əsas olan rəhbərliyin nüfuzunun fəaliyyətə
müsbət təsir göstərəcək şəkildə paylanmasıdır.
Motivasiya fərdlərin müəyyən bir məqsədi həyata keçirmək üçün istəkli davranmalarıdır.
Müəssisədə motivasiya rəhbərliyin qarşıya qoyulan məqsədə çatmaq üçün işləyənləri
həvəsləndirən addımlar atması ilə həyata keçir. Əmək haqqı işçilərin fəaliyyətində vacib
motivasiya hesab olunsa da, tək amil deyil. Hazırki dövrdə işləyənlər keyfiyyətli iş mühiti,
fərdi inkişaf üçün fürsətlərin olması, müəssisədə etikayönümlü siyasətin olmasına böyük
əhəmiyyət verirlər. Ümumiyyətlə, motivasiya fərdin işə bağlılığını artıraraq, mübahisə,
anlaşmazlıq, işə gecikmə kimi xoşagəlməz davranışların yaranmasının qarşısını alır.
Ünsiyyətin düzgün qurulmaması, müəssisədə qəbul olunan qaydaların tətbiqində böyük
problemlər yaradır. Müəssisədə bilik və qaydaların ötürülməsində ünsiyyət vacib faktordur.
Eyni iş mühitini paylaşan fərdlərin vacib məsələlər, fəaliyyətlər haqqında xəbərdar olması
ünsiyyət yoluyla mümkündür. Müəssisədə bir şəxsin digər şəxsi hansısa səbəbdən
sevməməsi, ondan gələn göstərişlərə laqeyd yanaşmasına səbəb olur. Bu da qeyri-etik
davranışların yaranmasına təkan verə bilər.
56
4.4.2. T
ələbələr üçün fəaliyyətlər
Yaxınlıqda yerləşən bir market/supermarket təyin edin. Market işçilərinin iş
mühitində əməl etməli olduqları davranış qaydalarını menecer və işçilərdən soruşun.
Market işçilərini iş şəraitində müşahidə edərək qeydlər aparın. Əldə etdiyiniz
məlumatları hesabat şəklində sinfə təqdim edin.
Hərkəs müxtəlif peşələrə aid olan etik kodeksləri araşdırsın. Həmin etik kodekslər
əsasında, öz ixtisasının xüsusiyyətlərinə uyğun hansı etik qaydaların olacağını qeyd
etsin.
Nümunə:
Dostları ilə paylaş: |