Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə12/34
tarix31.01.2017
ölçüsü2,89 Mb.
#7266
1   ...   8   9   10   11   12   13   14   15   ...   34

Sənəd № 30

Dindirmə protokolu

1918-ci il, 6 oktyabr.Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Mirzə Əhməd Hüseynzadə, Bakılıyam, 41 yaşım var, Naberejnaya 

küçəsi, 49 №-li evdə yaşayıram.

Bu il mart ayının ortalarında mən Vaçyansı, deyəsən adı Asaturdur, bir 

dəstə silahlı erməni ilə birlikdə gördüm, o, evlərə girir, müsəlmanları əsir 

kimi aparır və yolda onları öldürürdü. Nikolayevskaya küçəsində yerləşən 

“Təbriz”

72

 mehmanxanasında səksən səkkiz nəfər iranlı tacirlər yaşayırdı, 



Vaçyans onların küçəyə çıxardı və onlardan yalnız səkkiz nəfəri sağ qaldı, 

qalan səksən nəfər tacir öldürüldü. Bu hadisə barədə İran konsulu bilir. 

Sülh nümayəndə heyəti Spasskaya küçəsinə gələndə Vaçyans müsəlman-

larla hər hansı sülhün əleyhinə etiraz edirdi və silahlı ermənilərə deyirdi 

ki, ermənilər başdan tutma bütün müsəlmanları, qadın və uşaqlar belə is-

tisna olmadan, hamısını məhv etməlidirlər. Vaçyans, Taqianosov, və andlı 

iclasçı Teh-Qazarov “Avropa”

73

 mehmanxanasındakı İngilis qərargahın-



da

74

 mühüm rol oynayırdılar. Ora tərcüməçi kimi dəvət olunmuş Vaçyans 



deyirdi ki, Mirbaxı

75

 onların göndərdiyi iki erməni öldürüb. Müsəlmanlar 



“Avropa” mehmanxanasına şikayətə gəlmişdilər ki, ermənilər “Bibihey-

bət”


76

 ziyarətgahını dağıdırlar və təhqir edirlər.

Oxundu. İmza. (ərəb hərfləri ilə)

Fövqəladə Təhqiqat Komissiyasının üzvləri: Andlı iclasçı M.Təkinski, 

Prokuror köməkçisi А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 5.



127

FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ



Sənəd № 32

Dindirmə protokolu

1918-ci il, 11 noyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Balağa Əlağa oğlu, 40 yaşlı, Bakıda, Nijnyaya-Priyutskaya küçəsi, ev 

№ 2, 8-ci dalan ünvanda yaşayıram. 

Mart qırğınlarının ikinci günü mənim evimə 12 nəfər erməni əsgəri 

gəldi və məni ailəmlə birlikdə şəhər nəqliyyatı binasının həyətinə əsir 

apardılar, evimi isə qarət etdilər. Mənim 3000 rubl məbləğində əşyaları-

mı özlərinə götürdülər. Həmin ermənilər arasında bir tanışım vardı və o, 

məni öldürməyə qoymadı. Mən dülgərlik emalatxanasının sahibinin ya-

nında faytonçu işləyirdim. Qırğınlara bir neçə gün qalmış Avetis adında 

bir erməni fəhlə mənim vedrəmi götürmüşdü. Mən bunu etməyi ona qa-

dağan edəndə o, mənə dedi: “Hələ dayan, görərsən bir neçə gündən sonra 

biz sizin başınıza nə oyun gətirəcəyik”. Mən bu barədə baş fəhlə Karapetə 

xəbər verəndə, o, mənə haqq-hesabımı alıb işdən getməyi məsləhət gördü, 

belə ki, onun mənə yazığı gəlir və o, istəməzdi ki, mənə nə isə olsun. 

Oxundu. Savadsızdır. 

Komissiyanın üzvü: А.Kluge (imza) 

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 143-144.

Sənəd № 33

Dindirmə protokolu

1918-ci il, 19 oktyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Məmməd Əhməd Rəhim oğlu, bakılıyam, 50 yaşım var, Suraxanska-

ya küçəsi, 74 ünvanda yaşayıram.


BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

128


Bu il martın 20-də axşama yaxın 30-a qədər silahlı erməni Fərəculla 

Hüseynovun Karantinnaya küçəsi, 69 və Tatarskaya küçəsi, 24 ünvanda 

yerləşən evinin qapılarını sındırdılar. Bu evin darvazası qarşısında ermə-

nilər pulemyot qoydular və hər iki küçəni atəşə tutmağa başladılar. Qapı-

ya dəyən zərbələri eşidəndə və erməniləri görəndə, biz də evin divarında 

yarıq açdıq və bu yarıqdan qonşu evin damına çıxdıq. Mən, arvadım və 

uşaqlarımla ikinci mərtəbədəki mənzildə yaşayırdıq. Dörd gündən sonra 

mən öz mənzilimə qayıtdım və gördüm ki, bütün ev əşyaları, qızıl, gümüş, 

eləcə də nağd pulla 34.840 rubl məbləğində əmlakım qarət edilmişdir. 

Əşyaların siyahısını təqdim edirəm və işə əlavə olunmasını xahiş 

edirəm. Qarətçilərin arasında mən öz erməni qonşularımı – dükançı Ye-

vuşu və dərzi Hayk Aramış oğlunu, həmçinin adlarını bilmədiyim daha 

bir neçə nəfəri tanıdım, lakin onları görsəm göstərə bilərəm. 

Ermənilər bolşevizm bayrağı altında işləyirdilər, lakin biz bunu bilmir-

dik və hücumun birinci günü mən hətta bəzi ermənilərə şəhərin o biri 

hissəsinə keçməyə kömək edirdim. Mən yalnız ikinci gün öyrəndim ki, 

demək olar ki, bütün ermənilər – cavanlar, qocalar və hətta savadlılar – 

hamısı müsəlmanlara qarşı çıxış ediblər. 

Oxundu. İmza. 

Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 21.

Sənəd № 35

Dindirmə protokolu

1918-ci il, 24 oktyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Məşədi Hüseyn Səfərəliyev, 43 yaşlı, Bakıda, Serkovnaya küçəsi, ev 

№ 189 ünvanda yaşayıram.

Bu ilin mart ayının ortalarında barışıq elan edilən gün mənim yaşadı-

ğım Serkovnaya küçəsi, 189 №-li evin həyətinə əsgər forması geyinmiş otuza 

yaxın silahlı ermənilər - aralarında ziyalı ermənilər də var idi – girdilər və 



129

FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ

bizə bildirdilər ki, barışıq elan edilmişdir və onlar bizi əsir götürməlidirlər. Er-

mənilər məni, Mövsüm Səlimovu ailəsi ilə birlikdə, Xələf Mövlamovu ailəsi 

ilə birlikdə, mənim ailəmi, Əsədullayevin anasını, iyirmidən yuxarı qadın və 

uşaqların hamısını Birjevaya meydanına, “Rekord”

77

 teatrının binasına gətir-



dilər. Biz yolboyu küçələrin tinlərində duran və aralarında ziyalıların da oldu-

ğu xeyli silahlı erməni görürdük. Bizi gördükcə onlar bizə və bizim dinimizə 

söyürdülər. Bizim Peyğəmbərimizə söyür və rişxəndlə Peyğəmbərimizin niyə 

bizə kömək etmədiyini soruşurdular. Serkovnaya küçəsindən “Rekord” teat-

rına gedərkən yolda ermənilər bizə atəş açdılar və güllə mənim sağ qulağı-

ma dəydi. Atəşdən sonra qarşıdan gələn dənizçilər dərhal bizi əhatəyə aldılar 

və öz bədənləri ilə bizim həyatımızı təcavüzdən qorumağa başladılar. Barışıq 

ərəfəsində ermənilər müsəlmanların, məs. Hacı Hənifənin ailəsi ilə yaşadı-

ğı qonşu evə soxulmuş və onların hamısını qətlə yetirmişdilər. Bizim evə və 

qonşu evə Avakyanın başçılıq etdiyi ermənilər girmişdi. Ziyalı ermənilərdən 

mən Xristofor Sergeyeviç Tarayevi tanıdım. Mənim və Hacı Hənifənin mən-

zilini tamamilə qarət etmişdilər. Mənim 150.000 rubldan çox qiyməti olan 

əmlakımı və zinət əşyalarımı və 36.000 rubl nağd pulumu aparmışlar.

Bizim və Hacı Hənifənin mənzilinə İsaak Baqdasarov adlı erməni, 

çəkmə emalatxanasının sahibi girmişdi. Adı çəkilən Baqdasarovu mən 

kasıb adam kimi tanıyırdım, mart hadisələrindən sonra isə o varlandı 

və yaxşı bir ev aldı. 

Oxundu. İmza (ərəb hərfləri ilə). 

Komissiya üzvü: Məmməd Xan Təkinski (imza).

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 25.



Sənəd № 36

Dindirmə protokolu

1918-ci il, 18 noyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Məşədi Məmməd Sadıq Talıbov, 55 yaşlı, Bakıda, Serkovnaya küçəsi, 

139 № li evdə yaşayıram. 


BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

130


Bu ilin mart ayında, ermənilər tərəfindən törədilən qırğınlar zama-

nı, çərşənbə axşamı, ayın 20-də bizim hamımızı əsir götürdülər. Bu vaxt 

mənim keçmiş kirayənişinim Levon Vartanyan (andlı iclasçının qardaşı) 

mənim evimdən mənim bütün qiymətli əmlakımı: bütün kişi və qadın 

zinət əşyaları, özü də hələ yalnız 30 funtdan artıq qızıl, çoxlu brilyant və 

çoxlu mirvari - oğurlamışdır. Köhnə qiymətlə qarət edilmiş zinət əşyaları 

500.000 rubl dəyərində idi, indiki qiymətlərlə isə onları – 5.000.000 rubl 

məbləğində dəyərləndirirəm. Mən Bazarnaya küçəsində bina icarəyə gö-

türmüşdüm və bu binada 40 otağı olan “İsgəndəriyyə”

78

 mehmanxanası 



yerləşirdi. Ermənilər bu binanı yandırmışlar və yanğınla mənə 200.000 

rubldan artıq zərər vurulmuşdur. 

Oxundu. İmza. M.M.S.Talıbov.

Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 162-163.

Sənəd № 40

Dindirmə protokolu

1918-ci il, 11 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Məmməd Əli Məmməd Kazım oğlu, 22 yaşlı, Bakıda, Verxnya-

ya-Naqornaya küçəsi, 133 № li evdə yaşayıram.

Bakı hücuma məruz qaldığı zaman erməni Badxudayans mənim 

Vrangelevskaya küçəsi, 15 № li evdə yerləşən meyvə və yeyinti malla-

rı dükanımı qarət etmişdir. 24.700 rubl məbləğində meyvə və müxtəlif 

mallar oğurlanmışdır. Bu qarət haqqında 3-cü polis bölməsində istintaq 

aparılmışdır. Hazırda Badxudayants 5000 rubl ödəməklə mənə onunla 

barışmağı təklif edir. 

Oxundu. İmza. 

Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 145.



131

FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ



Sənəd № 42

Dindirmə protokolu

1918-ci il, 11 noyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Mir Murtuza Mir Ağa oğlu, 58 yaşlı, Bakıda, Verxnyaya-Tazapirska-

ya küçəsində, 19 № li evdə yaşayıram.

Mart hadisələri zamanı ermənilər Kazar və Arutyun Kazarovlar avto-

mobildə mənim və şərikim Nağı Məmməd Hüseyn oğlunun Bazarnaya 

küçəsində yerləşən mağazamıza gəldilər və bizim 72.000 rubl məbləğində 

xırdavat mallarımızı qarət etdilər. Şəxsən mənim 40.000 rubl məbləğində 

malım oğurlanmışdır. Arutyun Kazarovun öz qardaşları ilə birgə əvvəllər 

bizim yanımızda dükanları var idi. Qarətdən sonra Kazarovlar bizim dü-

kanı yandırdılar. 

Oxundu. İmza (ərəb hərfləri ilə). 

Komissiya üzvü: А.Kluge (imza).

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 142.

Sənəd № 44

Dindirmə protokolu

1918-ci il, 8 noyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Nasir Kərbəlayı Əzim oğlu, 41 yaşlı, Bakı şəhərində, Tatarskaya 

küçəsində, 58 № li evdə yaşayıram. 

 Mart qırğınlarının üçüncü günü mənim evimə silahlı erməni əsgərləri 

gəldilər və mənim 7662 rubl məbləğində əmlakımı və 2000 rubl nağd pu-

lumu qarət etdilər. Qarətçilərin arasında mən Tatarskaya və Karantinna-

ya küçələrinin tinində yerləşən baqqal dükanının sahibi Yequşu, Şamaxı 


BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

132


şəhərinin sakini Samvelin oğlunu tanıdım. Mən özüm ermənilərdən qa-

çıb gizlənə bildim, amma onlar mənim əmim Həbibulla Molla Hacı Baba 

oğlunu və əmim oğlu Hacı Baba Həbibulla oğlunu öldürdülər: hər ikisi 

tüfəngdən atılan atəşlə öldürülüblər. Bizim arvadlarımızı və uşaqlarımızı 

Mailov teatrına əsir apardılar. 

Oxundu. İmza (ərəb hərfləri ilə). 

Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 125-126.



Sənəd № 45

Dindirmə protokolu

1918-ci il, 29 oktyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Teymur Səlimov, 22 yaşım var, Bakı şəhərində, Serkovnaya küçəsi, 

171 № li evdə yaşayıram. 

Bu ilin mart ayında, mən atam, anam, arvadım və digər qohumlarımla 

birlikdə Kladbişenskaya küçəsində olduğumuz zaman, bizim Serkovnaya 

küçəsindəki evimizə erməni əsgərləri gəlmişlər və bizim dalandarımız 

Məmməd İrzanı əsir götürərək, bizim evi qarət etmişlər. Ümumilikdə 

150.600 rubl məbləğində əmlakımızı aparmışlar. Məmməd İrza qarətçilə-

rin arasında bizim evimizdə yaşayan erməni Ter-Kazarov qardaşlarını 

görmüşdür – Aleksandrı, Levonu və üçüncü qardaşı, onun adını bilmirəm, 

lakin o da qarətdə iştirak etmişdir. Hazırda Levon və üçüncü qardaş həbs 

olunmuşlar, Aleksandr isə Həştərxana qaçmışdır. Məmməd İrza Aleksand-

rın telefonla kiməsə mənzil sahiblərinin evdə olmadığını xəbər verərək, 

onu bizim mənzilə dəvət etdiyini eşitmişdir. 

Oxundu. İmza. T.Səlimov. 

Komissiyanın sədri: Ələk. Xasməmmədov (imza)

Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 56.



133

FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ



Sənəd № 46

Dindirmə protokolu

1918-ci il, 8 oktyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

 Əli Ağa Ağayev, Bakılı, 28 yaşlı, Bakıda, Qluxoy döngə, № 24 ünvan-

da yaşayır.

Bu il mart ayının ortalarında ermənilərlə bolşeviklərin çıxışı zamanı 

mənə və mənim iki qardaşıma məxsus olan mağaza erməni-dalandarın 

köməyi ilə ermənilər tərəfindən talan edilmişdir. Onlar 80.000 rubl məb-

ləğində bütün gümüş əşyaları aparmışlar və mən bu barədə bolşeviklərə 

məlumat vermişdim.

Oxundu. İmza. Əli Ağa Ağayev. 

Komissiya üzvləri: Andlı iclasçı M.Təkinski, Prokuror köməkçisi 

А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 10.

 

Sənəd № 47

Dindirmə protokolu

1918-ci il, 3 noyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Ağa Əli İsmayılov, 23 yaşlı, Bakı şəhərində, Bondarnaya küçəsi, 69 

№ li evdə yaşayıram, 6-cı polis sahəsi.

Bu il martın 20-də səhər saat 8-də bizim evə 6 nəfər silahlı daşnak-

sakanlar gəldi, onların arasında bərbərlər ittifaqında işləyən Arşak adlı, 

soyadı deyəsən Avetisovdur, dolu bədənli, ucu kəsik bığlı birisi var idi. O, 

tüfəngdən yaylım atəşləri açırdı və məni öldürmək istəyirdi. Bu vaxt atam 

məni müdafiə etdi və onlara yalvardı ki, məni öldürməsinlər. Mənim hə-



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

134


yatım üçün Nikolay pulları ilə 7080 rubl aldıqdan sonra daşnaksakanlar 

məni süngü ilə kürəyimdən yaraladılar, mənzilimizi talan etdilər, sonra 

isə bizim hamımızı Mailov teatrına əsir apardılar. Nağd puldan başqa bi-

zim evdən 17.780 rubl məbləğində müxtəlif əşyaları qarət etmişlər.

Oxundu. İmza. Ağa Əli İsmayılov. 

Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 91.

Sənəd № 50

Dindirmə protokolu

1918-ci il, 5 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Heydər Qulu Quliyev, 39 yaşlı, Bakıda, Şamaxinskaya küçəsi, 15 № li 

evdə yaşayıram. 

Bu il sentyabr ayında Bakının mühasirəsi vaxtı mənim mənzilimə 

praporşik Qazaryansın başçılığı altında erməni əsgərləri – 11 nəfərdən 

ibarət dəstə gəldi, Qazaryantsın adına yazılmış və mənim evimdə axta-

rış aparmağa izn verən mandatı mənə göstərərək mənzilimi axtarmağa 

başladılar. Mən şahid qismində qonşularımı dəvət etmək istədikdə ermə-

nilər bunu qadağan etdilər və məni silahla hədələdilər. Erməni dəstəsi 

getdikdən sonra mən mənzilimdən 15.000 rubl pul, 1000 rubl dəyərində 

qızıl saat, kostyumluq mahud parça, xəz palto, qızıl kəmər və ərizəyə əlavə 

etdiyim siyahıda göstərilən digər əşyalarımın qarət edildiyini gördüm. 

Mənə vurulan zərərin ümumi məbləği 38.200 rubl təşkil edir. 

Mart ayında ermənilər məni qarət etməmişdilər, belə ki, onlar bizim 

evə gəlib yetişməmişdilər. Ermənilərlə müsəlman arasında sülh bağlan-

dıqdan sonra mən öz mənzilimdən çıxdım və Şamaxinkadan başlayıb 

Bolşaya Morskaya küçəsində qurtararaq 1-ci Kanitapinskaya və 1-ci Pa-

rallelnaya küçələrini gəzməyə başladım. Eyni zamanda müsəlman me-

yitlərinin yığılmasında iştirak etdim, onların sayı 1500-ə yaxın idi. Bəzi 

evlərdə mən 7 - 8 qoca, qadın və uşaq meyitlərinə rast gəlirdim və onla-



135

FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ

rın hamısı dəhşətli dərəcədə eybəcər hala salınmışdı. Açıq görünürdü ki, 

ölümdən əvvəl onlara işgəncələr vermişlər və təhqir etmişlər. Məs., bir 

yerdə cinsi orqanları kəsilmiş kişi uzanmışdı, kəsilən orqan isə yaxın-

lıqdakı müsəlman qadın meyitinin ağzına qoyulmuşdu. Başqa bir yerdə 

boğazı kəsilmiş cavan müsəlman qadın meyiti uzanmışdı, onun sinəsi-

nin üstünə isə xəncərlə doğranmış bir yaşlı körpə qoyulmuş, qadının dö-

şünün giləsi uşağın ağzına basılmışdı; uşaq qadının döşündən sürüşüb 

düşməsin deyə ətrafına daş yığılmışdı. Bir evdə pilətənin üstündə yanıb 

qaralmış körpə uşaq cəsədi var idi və görünürdü ki, onu yanan piltənin 

üstünə qoyublar və körpə dəhşətli əzablar içində ölüb. Hər tərəf əlləri, bar-

maqları kəsilmiş cəsədlərlə dolu idi, qadın cəsədlərinin çoxunun döşləri 

kəsilmişdi. Mən qarnına ucu biz taxta soxularaq yerə mixlanmış bir oğ-

lan meyiti görmüşdüm. Qara şəhərdə mənim bacım oğlu Bəşir Cəfərovu 

qətlə yetirmişdilər, onun başını və əlini kəsmişdilər, sonra isə başını ha-

rasa aparmışdılar. Bundan başqa onun bədənində bir neçə süngü yaraları 

var idi. Babayevin evində ermənilər Rəhman Babayevi və onun iki qar-

daşını öldürmüş, 100.000 rubl pullarını (40.000 rubl qızılla) qarət etmiş-

dilər. Babayevin ailəsi onlara bütün pulları götürüb, heç olmasa dördüncü 

qardaşın həyatını saxlamağı yalvarsalar da, ermənilər bununla belə, ona 

tüfəngdən atəş açmış və başından yaralamışdılar; o yalnız yerə yıxılıb 

özünü ölülüyə vurduğu üçün sağ qalmışdı. 

Mən ermənilər tərəfindən yandırılmış “Dağıstan”, “İsgəndəriyyə” və 

“İslamiyyə”

79

 mehmanxanalarının xarabalıqlarını gəzərkən çoxlu yanmış 



meyitlər görmüşdüm: bu vaxt “Dağıstan”da “Hacınski-Çələkən” Aksioner 

Cəmiyyətinin

80

 idarə müdiri, 60 yaşlı Abdulla bəy Bababəyov yanmışdı. 



“Təbriz” mehmanxanasında ermənilər 70 nəfər müsəlmanı əsir götür-

müşdülər, onlardan yalnız 20 nəfəri sağ qalmış və onlar “Rekord” teatrına 

gətirilmişdi, qalanları isə Molokan bağının yanında güllələnmişdi. 

Oxundu. İmza. Heydər Quliyev. 

Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 18-19. 



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

136


Sənəd № 51

Dindirmə protokolu

1918-ci il, 28 oktyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Xan Baba Babayev, 31 yaşlı, Novxanı kəndinin sakini, daimi olaraq 

Bakıda, Orlovskaya küçəsi, ev № 35 ünvanda yaşayıram.

18 martda axşam altının yarısında şəhərdə atışma başlandı. Martın 

19-da səhər tezdən bolşeviklər və erməni hərbi hissələri müsəlmanlara 

qarşı hücuma keçdilər. Bu il mart ayının 20-də mən öyrəndim ki, barı-

şıq elan edilmişdir və səhər saat 9-da mən Bazarnaya və Gimnaziçeskaya 

küçələrinin tinində öz baqqal dükanımın olduğu yanan binanı söndür-

məyə getdim. Bazarnaya və Staraya-Poçtovaya küçələrinin tinində məni 

otuz nəfərə yaxın erməni əsgəri əhatəyə götürdü və 2500 rubl pulumu, 

2000 rubla aldığım tüfəngimi, balaca Quran kitabını əlimdən aldılar, 

Quranı yerə ataraq tapdalamağa, nalayiq sözlərlə dinimi təhqir etməyə 

başladılar, özümü isə öldürmək istədilər. Bütün bu vaxt ərzində erməni 

əsgərlərinin əhatəsində durmağa çalışırdım ki, məni güllələyə bilməsin-

lər. Erməni əsgərlərinin yanında bir rus əsgəri var idi, o, erməniləri məni 

öldürməyə qoymadı və onlara bildirdi ki, barışıq elan edildikdən sonra 

öldürmək olmaz. Bu zaman rus əsgərinin qarşısında dayanaraq ermə-

nilərlə mübahisə etdiyi qonşu evin darvazasından iki rus qadın çıxdı və 

ermənilərə yalvarmağa başladılar ki, məni öldürməsinlər. Nəhayət, onlar 

məni erməni əsgərlərinin əlindən ala bildilər. Mənim təsvir etdiyim ha-

disədən bir gün sonra ermənilər tərəfindən öldürülmüş qardaşım oğlu 

Ağakişinin meyitini axtarmağa getdim və yeni gömrüyə

81

 yollandım. Mən 



gömrüyün və “Vulkan” zavodunun

82

 həyətində beş mindən çox eybəcər və 



tanınmaz hala salınmış, başları, qolları, ayaqları, qulaqları, boğazları kə-

silmiş müsəlman cəsədləri gördüm. Kişi, qadın, uşaq cəsədləri üst-üstə 

qalanmışdı. Bu müsəlmanların hamısını ermənilər barışıq elan edildik-

dən sonra, evlərindən çıxararaq qətlə yetirmişdilər, döyüş zamanı isə ölən 

müsəlmanların - döyüşənlərin sayı yüzdən artıq deyildi. Qardaşım oğlu-

nun meyitini tapmayaraq, mən Çornıy qoroda və yük vağzalına getdim və 



137

FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ

orada çoxlu müsəlman meyitləri gördüm, onları vaqonlara yükləyirdilər. 

Vağzaldan “Poxlu Dərə” adlanan müsəlman rayonuna getdim və orada 

mənim gördüklərimi sizə çatdırmaqda çox çətinlik çəkirəm. Yalnız onu 

deyə bilərəm ki, “Poxlu Dərə” rayonunda çox az adam sağ qalmışdı. Elə 

bir ev yox idi ki, orada ermənilər bir neçə nəfəri öldürməsin. Çoxlu sayda 

evlər də vardır ki, müsəlmanların hamısı öldürülmüşdür. Küçələrdə və ev-

lərdə qalmış cəsədlər o dərəcədə eybəcər hala salınmışdı ki, öldürülənləri 

tanımaq mümkün deyildi. Cəsədlərin arasında yanıb qaralmışlar da var 

idi. Valideynlərin evdə qoyduqları südəmər körpələri də qətlə yetirmiş-

dilər. Qadınların döşlərini kəsmiş, qarınlarını yarmışdılar. Bir çoxlarının 

başları dağıdılmışdı. Erməni əsgərləri mənim dükanımı və dükanın ya-

nında, Bazarnaya küçəsi, 27 №-li evdə yerləşən anbarımı qarət etmiş, son-

ra isə yandırmışlar. Mənim anbarda və dükanda 127.000 rubl dəyərində 

malım var idi. Sülh elan edildikdən sonra mən öz ailəmi Novxanı kən-

dinə aparırdım və Ermənikənd yaxınlığında ermənilər arabanı saxlaya-

raq, mənim və arvadımın 37.000 rubl dəyərində qızıl və zinət əşyalarımızı 

əlimizdən aldılar. Ermənilər mənə ümumilikdə 158.500 rubl məbləğində 

ziyan vurmuşlar.

Oxundu. İmza. 

Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 50-51.


Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin