Diz oynağının əzilmələrində,bağ gərilməsi, cırılması (burxulma) və dərin qançırlarda (hematomada) ilk tibbi yardım ingilis dilli ölkələrdə RİSE alqoritmi ilə aparılır:
The RICE Procedure
R Rest the injured part. zədələnmiş nahiyəyə istirahət verin
I Apply Ice or a cold compress. buz və ya soyuq yaş sarğı (kompres) tətbiq edin
C Compress the injury. Zədələnmiş nahiyəni sıxın
E Elevate the injured part. Zədələnmiş nahiyəni qaldırın
Məqsəd zədələnmiş nahiyənin şişməsinin qarşısını almaq və ağrını azaltmaqdır.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 301
889) Hipertonik imalə üçün natrium-xlorun neçə faizli məhlulu işlədilir:
A) 15%
B) 10%
C) 2%
D) 20%
E) 0.5%
Hipertonik imalə peristaltikanı birdən-birə artırmadan bağırsaqları yumşaldır. Natrium-xlorun 10-li hipertonik məhlulundan ilıq halda 100-200ml imalə üçün işlədilir.
Ədəbiyyat: Ədəbiyyat: Tibb bacısının məlumat kitabı. (səh 47) N.P.Paleyev Bakı-1991
890) İmalə üçün istifadə olunan ucluqlar neçə faizli xloramin məhlulunda dezinfeksiya olunur?
A) 6%-li
B) 5%-li
C) 1%-li
D) 10%-li
E) 3%-li
İmalədən sonra istifadə olunan ucluqlar 3%-li xloramin məhlulunda 60 dəqiqə dezinfeksiya edilir sonra axar su altında yuyularaq qurudulur.
Ədəbiyyat: Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 47) N.P.Paleyev Bakı-1991
891) Qanköçürmədən sonra flakonda müayinə üçün saxlanılan qanın saxlanma müddəti nə qədərdir?
A) 6 saat
B) 48 saat
C) 12 saat
D) 2 saat
E) 24 saat
Xəstədə heç bir reaksiya olmadıqda belə 24 saat ərzində köçürülən qandan 5-10ml flakonun dibində saxlanılır ki, gecikmiş reaksiyalar olarsa, reaksiyaların səbəbləri aydınlaşdırılsın.
Ədəbiyyat: Ədəbiyyat: : Ümumi cərrahlıq. (səh 175) B.X.Abasov Bakı-1987
Dostları ilə paylaş: |