Şakir Musayev
224
s.) İlkin dindirmədə ekspertin şəxsən iştirakı mümkün olmadıqda, o,
müstəntiq qarşısında dindirmənin digər mütəxəssisin iştirakı ilə
keçirilməsi barədə vəsatət qaldıra bilər.
İş üzrə əvvəllər ekspertiza keçirmiş məhkəmə həkimi tanınmanın
keçirilməsinə cəlb edilə bilər. Məsələn, istintaqla aşkar edilməyən
cinayət alətinin maketini qurmaq tələb edildikdə. Bunun üçün, qrup
əlamətlərinə görə müxtəlif olan bir neçə predmetlər əvvəlcədən
seçilir. Onların bir hissəsi zədələrin müayinəsi əsasında təyin edilmiş
əlamətlər üzrə travma aləti ilə oxşar olmalıdır. Tanınmanın gedişində
təqsirləndirilən şəxsə və şahidə real predmetlər qrupundan, onların
analoqlarından və ya öncədən hazırlanmış maketlərindən, travma
aləti ilə daha çox oxşar olanını seçmək təklif olunur. Mütəxəssisin
vəzifəsi seçilmiş alətin, zədələrin morfoloji xarakteristik
xüsusiyyətlərinə tədqiqi əsasında təyin olunmuş xarakteristikalara
uyğun gəlib-gəlməməsini qiymətləndirməkdən, müstəntiqin diqqətini
və onun icazəsi ilə həmin şəxsin diqqətini də buna cəlb etməkdən
ibarətdir.
Beləliklə, işin ilkin gedişində mütəxəssis öz vəzifəsini
aydınlaşdırır, ifadələrin yoxlanılması keçirilməsinin planını
hazırlayır. Məqsəd sonradan yoxlanılan ifadələri işin digər
materialları ilə daha tam həcmdə tutuşdurmaqdır.
İstintaq eksperimentinə hazırlığın mühüm tərkib hissəsi, onun
keçiriləcəyi yerin seçilməsidir. Bu məsələnin həllində məhkəmə-tibb
ekspertinin fikri çox vaxt müstəntiq üçün həlledici olur. Bir sıra
hallarda, yalnız mütəxəssis əvvəlcədən eksperimentin keçirilməsi
üçün hansı şəraitlərin yaradılmasını və eksperiment nəticələrinin
düzgün və etibarlı sayılması üçün nəyin vacib olduğunu deyə bilər.
Kriminalistikada qəbul edilmiş ümumi qaydaya görə istintaq
eksperimenti keçirilməsinin əsas taktiki üsullarından biri, onun
mütləq tədqiq olan cinayətin baş verdiyi yerdə keçirilməsinin
vacibliyidir. Bu, istintaq olunan hadisələrin yenidən bərpası və
maksimal dərəcədə oxşarlığının əldə olunması məqsədini güdür.
İstintaq eksperimenti keçirilən ana qədər hadisə yeri mühitinin və
avadanlıqlarının çox vaxt əhəmiyyətli dərəcədə dəyişdiyindən, onun
həmin yerdə yenidən qurulması çətinləşir və hətta bəzən mümkün
|