Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
225
olmur. Bəzi hallarda hadisə yerinin xüsusiyyətləri, əksinə həqiqətən
baş vermiş hadisələrin və eksperimentinin gedişinə və nəticəsinə
ümumiyyətlə əhəmiyyətli təsir göstərmir.
İstintaq eksperimenti keçiriləcək yerin seçilməsinə aid məsələnin
birmənalı həlli yoxdur. İstintaq hərəkətinin konkret məsələlərindən
asılı olaraq, istintaq eksperimenti istər real hadisənin baş verdiyi
yerdə, istərsə də ona son dərəcə yaxın, iş materiallarında rəsmi təsbit
edilmiş parametrləri üzrə yenidən qurulmuş şəraitdə keçirilə bilər.
Hadisənin yenidən qurulması, bir qayda olaraq, istintaq hərəkətinin
gedişində, onun əsas taktiki şərtlərindən və keçirilmə mərhələlərindən
biri olaraq həyata keçirilir
Eksperimentin keçirilmə vaxtını müəyyənləşdirdikdə əvvəl işin
istintaqının xronologiyasını nəzərə almaq lazımdır. Burada bir çox
məsələ həll ediləcək sualların məzmunu ilə müəyyənləşdirilir.
Aydındır ki, istintaqa məlum olan faktiki məlumatların
dəqiqləşdirilməsi məsələsi qarşıya qoyulan hallarda, onların
eksperimental yoxlanılmasına başlamazdan əvvəl, məlumatlar qanuna
uyğun olaraq iş materiallarında təsbit olunmalıdır. Məsələn, şəxsin
ifadələrinin yoxlanılması, həmin ifadələrin müvafiq protokolla
prosessual rəsmiləşdirilməsinədək keçirilə bilməz; ekspert rəyinin
müddəalarının istintaq eksperimenti keçirilməsi yolu ilə
yoxlanılması, rəyi işə daxil edilməsindən əvvəl mümkün deyil.
Lazımı ilkin məlumatları əldə etmədən istintaq hərəkətinin
keçirilməsi də vaxtından əvvəl olacaqdır. Əgər eksperiment və ya
ifadələrin yoxlanılması yeni, həmçinin ilkin məlumatları əldə etmək
məqsədi daşıyırsa, onun icrasının ləngiməsi hadisə yerinin
dəyişilməsinə, maddi sübutların itirilməsinə və ya onların
xüsusiyyətlərinin dəyişilməsinə səbəb ola bilər.
Müstəntiq və istintaqın digər iştirakçıları, o cümlədən məhkəmə-
tibb eksperti də təqsirləndirilən və şübhəli şəxsin, şahidin istintaqa
məlum olan məlumatlarla, həmçinin keçirilmiş ekspertizaların
nəticələri ilə təsadüfən və ya qəsdən qeyri prosessual qaydada tanış
olmasına qəti yol verməməlidir. CM-də ilkin istintaq məlumatlarının
yayılmasına görə cinayət məsuliyyəti nəzərdə tutulur. İstintaqın ilkin
mərhələsində, meyitin təşrihindən və ya zərərçəkənin müayinəsindən
|