Şakir Musayev
228
Hüquqi ədəbiyyatlarda ayrıca olaraq yardımçı iştirakçılar qrupu
göstərilir. Bunlar hər şeydən əvvəl «rol ifa edən şəxslər» və ya
statistlərdir. Adətən onlara təqsirləndirilən şəxsləri, şahid və ya
zərərçəkmişləri əvəz etmək və müstəntiqin göstərişi ilə konkret
hərəkətləri yerinə yetirmək tapşırılır. Statistlərin seçilməsində və
onların şəhadətləndirilməsində iştirak etmək mütəxəssisin mühüm
funksiyasıdır.
İştirakçıların mühafizəsini, təhlükəsizliyini təmin etmək yaxud
müstəntiqin ayrı-ayrı tapşırıqlarını və göstərişlərini yerinə yetirmək
məqsədilə həmişə istintaq eksperimentinin keçirildiyi yerdə
əməliyyat işçiləri iştirak edir. Eksperiment iştirakçılarından hər hansı
birinin sağlamlığının qəflətən pisləşməsinə ehtimal olduqda,
müstəntiq hadisə yerində tibb işçisinin olmasını təmin edir.
Məhkəmə-tibb ekspertinin, mütəxəssisin istintaq eksperimentinin
nəzərdə tutulan iştirakçılar dairəsini bilməsi vacibdir. Mütəxəssisin
iştirakçılarla qarşılıqlı əlaqəsinin aşağıda göstərilən bəzi
xüsusiyyətləri mövcuddur. Hazırlıq mərhələsində keçiriləcək istintaq
hərəkəti iştirakçılarının tərkibi barədə mütəxəssisin öz fikirlərini
müstəntiqə bildirmək hüququ vardır.
Ekspertin mühüm vəzifəsi -- istintaq eksperimentinin bütün
iştirakçılarının ekspert rəyində şərh edilən obyektiv məlumatları,
eksperimentin ilkin şərtləri kimi istifadə olunmasından və ya həmin
məlumatların yoxlanılmalı olmasından asılı olmayaraq, düzgün başa
düşmələrini təmin etməkdən ibarətdir.
İstintaq eksperimentinin məqsədindən asılı olaraq, müxtəlif
cihazlar, alət və yardımçı texniki vasitələrdən istifadə olunması tələb
oluna bilər. Bunlara ölçü alətləri foto, kino və ya video aparatlar,
nişan alma alətləri, nişan qoymaq üçün vasitələr, işıqlandırıcı və
optik cihazlar, plastik kütlələr və gips, talk, kimyəvi reaktivlər və
ekspress diaqnostikanın digər vasitələri, markalama və qablaşdırma
materialları və digərləri aiddir. Bunlar hadisə yeri mühitinin yenidən
qurulmasında, istintaq eksperimenti keçirilməsi üçün lazımi şəraitin
yaradılmasında, iştirakçıların hərəkətlərinin daha dəqiq təkrarlanması
və nümayiş etdirilməsində, bioloji izlərin təqlid edilməsində,
|