Şakir Musayev
230
onlar eksperiment iştirakçılarının təhlükəsizlik tələblərinə
cavab verməlidir;
maketləri hazırlayan mütəxəssis son dərəcə obyektiv olmalıdır
(əldə olan ekspertiza məlumatlarına əsasən həmin aləti «yaratmaq»
yol verilməzdir);
İşdə maddi sübut hesab edilən əşyalardan istifadə olunmanın da
hüdudu vardır. Bəzən, istintaq eksperimenti hadisə yeri avadanlığının
əsil əşyaları olmadan, mürəkkəb istehsalat mexanizmlərini işə
salmadan, avtonəqliyyat vasitələrindən və s. istifadə edilmədən
mümkün olmur. Cinayət alətlərini tam və hərtərəfli tədqiq etdikdən
sonra, onlardan istifadə etmək olar.
Ekspert (mütəxəssis) eksperimentin keçirilmə qaydalarını --
metodikanı, texniki vəsaitləri, təcrübələrin ardıcıllığını və optimal
miqdarını, alınmış
nəticələrin qeydiyyatını
əvvəlcədən
fikirləşməlidir. Təcrübələrin keçirilmə qaydası çox halda istintaq
hərəkətinin məzmunundan və mütəxəssis qarşısında qoyulmuş
məsələlərdən asılıdır. Bütün versiyaların mərhələlər üzrə mütləq
yoxlanılmasının vacibliyi, lazım olduqda təcrübələrin dəfələrlə təkrar
edilməsi ümumi tələbdən irəli gəlir. Bu obyektivliyə zəmanət verir,
eksperiment nəticələrinin qanunauyğunluğuna və sübutedici
əhəmiyyətinə əyani surətdə inanmağa əsas verir.
Eksperiment keçirilməsinin fəaliyyətli taktiki üsulu əvvəllər
alınmış sübutlardan, o cümlədən yerinə yetirilmiş xüsusi tədqiqat
nəticələrindən istifadə etməkdir. Müstəntiq və mütəxəssisə hazırlıq
vaxtı, artıq keçirilmiş ekspertiza məlumatlarından və digər istintaq
materiallarından istifadənin mümkünlüyünü, formasını, qayda və
şərtlərini əvvəlcədən razılaşdırmaq vacibdir.
Hazırlıq gedişində ekspert (mütəxəssis) xüsusi bilikləri
baxımından eksperimentin tibbi təhlükəsizlik sərhədini müəyyən
etməlidir. Eksperimentin keçirilməsinin planlaşdırıldığı konkret
yerdə, təbiət və texnoloji amillərin xarakterini və insan üçün potensial
təhlükəsini qiymətləndirmək, maket kimi istifadə olunacaq yalnız
qeyri-travmatik, yumşaq, deformasiya olunan və ya tez dağılan
materiallardan (kağız, karton, yüngül və davamsız polimerlər)
hazırlanmış
əşyaları
nəzərdə tutmaq lazımdır. Məsələn,
|