Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
229
eksperiment nəticələrinin sənədləşdirilməsində, müqayisəli
nümunələrin hazırlanması və götürülməsində istifadə olunur.
Bu vasitələrdən eksperimentdə istifadə ediləcək cinayət alətlərinə
və ya cinayətkar hərəkətlər obyektlərinə məhkəmə-tibb eksperti
xüsusi diqqət yetirməlidir. İstintaq gedişində bəzən həqiqi
predmetləri təyin etmək olmur. İşdə maddi sübut kimi qəbul edilmiş
alətlərdən eksperimentdə istifadə etmək həmişə mümkün olmur.
Həqiqi alətlər istintaqla müəyyən edilmədikdə, əhəmiyyətli dərəcədə
zədələndikdə, eksperimentin məqsədi baxımından mühüm
xüsusiyyətlərini itirdikdə və başa çatmamış ekspertiza obyektləri
olduqda onlardan istifadə etmək mümkün olmur və eksperiment
prosesində onların dəyişikliyə uğraması və ya məhv edilməsi istisna
edilmir. Maddi sübutların əlavə və təkrar ekspertizasının
keçirilməsinin vacibliyini öncədən demək olmur. İstintaq hərəkəti
iştirakçılarının təhlükəsizliyi qorxusu yaranan hallarda həqiqi
alətlərdən (bıçaq, tapança və s.) istifadə etmək olmaz.
Məhkəmə-tibb eksperti bütün hallarda maddi sübutlardan
istifadənin mümkünlüyü məsələsini özü üçün aydınlaşdırmalı və bu
barədə müstəntiqə məlumat verməlidir. Ona oxşar maddi sübutların
seçilməsində, cinayətdə istifadə olunan silah və əşyaların maket və ya
mulyajlarının hazırlanmasında yardım etməlidir. İstintaqın gedişində
cinayət alətini əldə etmək mümkün olmadıqda, eksperimentə hazırlıq
vaxtı şübhəli şəxsə təklif olunur ki, etmək lazımdır ki, qrup
əlamətlərinə görə bir neçə oxşar əşyalar arasından öz fikrincə cinayət
alətinə daha çox oxşarını seçsin. Bununla yanaşı, maddi sübutların və
ya onları əvəz edən əşyaların hazırlanmasında istifadə olunmuş
alətlərin növü, təyinatı və konstruktiv xüsusiyyətləri, saxlanılma
şəraiti barədə cinayət iştirakçıları və şahidlərinin verdikləri ifadələr
də nəzərə alınır, işdə olan fotoşəkillər və ya alətlərin iştirakçıların
özləri tərəfindən hazırlanmış rəsm və çertyojlar, eləcə də keçirilmiş
tədqiqat və ekspertizaların nəticələri öyrənilir. Aşağıda göstərilən
şərtlərə mütləq riayət olunmalıdır:
alətlərin və digər predmetlərin maketləri öz xarici konstruktiv
xüsusiyyətləri üzrə və ya funksional olaraq imkan daxilində
orijinalla maksimal dərəcədə oxşar olmalıdır;
|