Şakir Musayev
226
sonra, ekspert məlumatları təsadüfən və ya bilərəkdən şübhəli şəxsə
və ya şahidə verə bilər. İstintaqın bütün iştirakçıları tərəfindən CM-
nin istintaqın sirrini yaymamaq barədə tələblərinə əməl olunduqda
belə, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin rəsmən iş
materialları ilə tanışlığından sonra, ekspert rəyinin bütün detalları və
digər məlumatlar onlara məlum olur. Bu halda onların öz
versiyalarını düzəltmək imkanı yarandığı üçün, istintaq
eksperimentinin obyektivliyinə və nəticələrinə ehtiyatla yanaşmağa
məcbur edir. Bəzi müəlliflər icra vaxtı baxımından istintaq
eksperimentinin yalnız istintaqın ilkin mərhələsində keçirilməsini
əhəmiyyətli hesab edir. Lakin, təcrübə göstərir ki, məhkəmə-tibb
ekspertinin təcrübi istintaq hərəkətlərində və işin məhkəmə baxışında
iştirakı məqsədyönlüdür. Ekspertin bu mərhələdə iştirakı dəfələrlə
məhkəməni çıxılmaz vəziyyətə salmış mürəkkəb və ziddiyyətli
məsələləri həll etməkdə əvəzsiz yardımçısı olmuşdur.
Konkret işin xüsusiyyətlərindən asılı olaraq istintaq eksperimenti
keçirilməsinin digər şərtləri arasından bir sıra təbiət və iqlim
amillərini (mövsüm, günün vaxtı, günəş aktivliyi və müayinə olunan
obyektlərə birbaşa günəş şüalarının çatması, mühitin hərarət və
rütubətliyi, yağıntılar, su və hava axınının surəti və s.), təbii
işıqlandırma xüsusiyyətlərini, yerli entomofaunanın xarakterini,
mühitin səs və elektrik keçiriciliyini nəzərə almaq lazım gəlir. Bəzən
texnoloji proseslərin və istehsalat mexanizmlərinin işə salınması da
tələb oluna bilər.
Təcrübədə ifadələrin, irəli sürülmüş variant və fərziyyələrin bir-
birinə zidd olmalarını nümayiş etdirmək və açıqlamaq üçün,
həqiqətən baş vermiş şəraitə uyğun olmayan süni şəraitin yaradılması
hallarına da rast gəlinir. Eksperiment nəticələrinin daha əyani və
inandırıcı olmaları üçün şəraitləri dəyişdirilməklə, sadələşdirilmək və
mürəkkəbləşdirilmək də olar. Bu, əvvəlki təcrübələrdə alınmış
nəticələri əldə etməyi çətinləşdirsə və ya asanlaşdırsa da, həmin
nəticələr təkrarladığı hallarda alınmış məlumatların düzgünlüyünə
əlavə sübut olacaqdır.
İstintaq eksperimentinin keçirilməsi şərtlərinin siyahısına
hİssiyyat orqanlarının funksiyaları və insanın ətraf mühitə reaksiya
|