Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə226/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   222   223   224   225   226   227   228   229   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

223



Bir sıra hallarda göstərilən amillərin tədqiq edilən hadisənin insan 

tərəfindən dərk edilməsi və xəyalən canlandırılmasına təsiri, elə onun 

özünü istintaq eksperimentinin və ya kompleks ekspertizanın 

mövzusuna çevirir.  

Eksperimentə hazırlaşarkən meyitdə  və digər zərərçəkənlərdə, 

onların paltarlarında olan xəsarətləri haqda (xarakteri, lokalizasiyası, 

əsas anatomik istiqamət göstəriciləri, qarşılıqlı  vəziyyətləri, 

quruluşunun morfoloji xüsusiyyətləri, törənmə mexanizmi), əsas zədə 

yetirən amillər, tanatogenezin xüsusiyyətləri, ölmə prosesi və ölümün 

səbəbi haqda, silah, alətlər və digər iz törədən alətin konstruktiv 

xüsusiyyətləri, bioloji izlərin aşkarlanması (onların xarakteri, törənmə 

mexanizmi və qrup xüsusiyyətləri) və s. barədə bütün məlumatları 

ümumiləşdirmək lazımdır.  

İş materiallarını öyrənərkən, mütəxəssisin fəaliyyətinə bilavasitə 

toxunan məlumatlarla məhdudlaşmamalı, maksimal dərəcədə 

mümkün olacaq məlumatların alınmasına cəhd etməlidir. Qarşısında 

qoyulan məsələlərdən asılı olaraq müxtəlif məlumatlar mühüm ola 

bilər. Məsələn, cinayət törədilən vaxt hava, işıqlandırılma, rütubət, 

hərarət rejimi, hadisə yerinin digər  şəraitləri, cinayət iştirakçılarının 

şəxsiyyəti barədə  məlumatlar (fiziki və atropometrik göstəricilər, 

sağlamlıq vəziyyəti, məişət və peşə  səriştələri) və s. Ekspertə lazım 

olan hər hansı bir məlumat işdə olmadıqda və yaxud ayrı-ayrı 

materiallar, iş sübutları (məsələn: cinayət aləti)  əvvəllər tədqiq 

olunmamışdırsa, onlar rəsmi qaydada yazılı surətdə tələb oluna bilər. 

Yeni aşkar edilmiş və yaxud güman edilən alətlər ilkin baxışa və ya 

tədqiqata cəlb olunmalıdır. 

İfadələrin yoxlanılmasına hazırlıq zamanı ifadəsi yoxlanılan 

şəxsin dindirilməsində  məhkəmə-tibb ekspertinin iştirakı, ifadələrin 

maksimal konkretləşdirilməsi məqsədi daşıyır. Ekspertin şəxsən 

iştirakı mümkün olmadıqda, o, öz səlahiyyəti çərçivəsində onu 

maraqlandıran hər bir halı barədə  dəqiqləşdirilməsi tələb olunan 

suallar siyahısını müstəntiqə  təklif edə bilər; (konkret vəziyyətin 

yoxlanılmasından asılı olaraq dindirilənə hadisə yerinin, onun 

avadanlıqlarının və  əsas obyektlərin qarşılıqlı  vəziyyətinin sxematik 

şəklinin çəkməsini, istifadə olunan alətlərin layihəsini yaratmağı  və 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   222   223   224   225   226   227   228   229   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin