Dərs ümumi tarix siNİF (prq 1, 2, 3,4)


Qərb slavyanlarının dövlətləri



Yüklə 81,94 Kb.
səhifə18/36
tarix02.01.2022
ölçüsü81,94 Kb.
#46431
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   36
7 Ümumi tarix pdf

Qərb slavyanlarının dövlətləri. X əsrdə qərb slavyanlarının da dövlətləri yarandı. Həmin əsrin əvvəllərində Çexiya dövləti meydana gəldi. Onun ərazisi mühüm ticarət yollarının üstündə yerləşirdi. Bu da dövlətin inkişafına müsbət təsir göstərirdi. Elə buna görə də Praqa Avropanın ən böyük şəhərlərindən birinə çevrilmişdi. X əsrin ortalarında Polşa dövləti meydana gəldi. Knyaz I Boleslavın dövründə Polşa dövləti qüvvətləndi. «İgid Boleslav» ləqəbi daşıyan bu knyaz bütün Polşa torpaqlarını öz hakimiyyəti altında birləşdirmişdi.

PARAQRAF 18. Xristian kilsəsi XI—XIII əsrlərdə.

Roma imperiyası parçalandıqdan sonra Qərbi Avropada kilsənin başçısı Roma Papası, Şərq kilsəsinin başçısı isə Konstantinopol patriarxı*  idi. Kilsəyə başçılıq etmək və onun gəlirini bölüşdürmək üstündə papa ilə patriarx arasında mübarizə gedirdi.Bunun nəticəsi olaraq, 1054-cü ildə xristian kilsəsi Qərb və Şərq kilsələrinə ayrıldı.Qərb kilsəsi katolik kilsəsi (yəni ümumdünya kilsəsi), şərq kilsəsi isə pravoslav kilsəsi (yəni «həqiqi din» kilsəsi) adlanmağa başladı.Hər iki kilsə müstəqil oldu.

Roma Papası ilə hökmdarlar arasında tez-tez münaqişələr baş verirdi.III İnnokentinin zamanında papaların hökmranlığı özünün ən qüdrətli dövrünü keçirirdi.İngiltərə, Polşa, İsveç və Danimarka kralları özlərini papanın vassalı hesab edirdilər.Katolik kilsəsi Avropada ən böyük torpaq sahibi idi.Ruhaniləri və məbədləri saxlamaq üçün əhalidən onda bir vergisi alınırdı.Dindarlar dini mərasimləri icra etmək üçün kilsəyə haqq ödəyirdilər.Kilsədə günahların bağışlanması haqqında kilsə fərmanları — indulgensiyalar — «cənnət qəbzləri» satılırdı. Onda bir vergisinə və bahalı kilsə mərasimlərinə qarşı çıxanlar da var idi.Ruhanilər belələrini bidətçi, yəni dinindən dönən (dönük) adlandırırdılar. Səlib ərəb sözü olmuş, xaç deməkdir. Patriarx provaslav kilsəsində yüksək ruhani rütbədir. Bidətçilərə qarşı mübarizə aparmaq üçün kilsə məhkəməsi — inkvizisiya yaradılmışdı.


Yüklə 81,94 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin