Dərs ümumi tarix siNİF (prq 1, 2, 3,4)


İngiltərədə parlamentin yaradılması



Yüklə 81,94 Kb.
səhifə26/36
tarix02.01.2022
ölçüsü81,94 Kb.
#46431
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   36
7 Ümumi tarix pdf

İngiltərədə parlamentin yaradılması.1265-ci ildə İngiltərədə ilk dəfə parlament, yəni qanunverici orqan yaradıldı.XIV əsrdə parlament lordlar (ağalar) və nümayəndələr (icmalar) palatalarına bölündü. Lordlar palatasına ali ruhanilər, zadəganlar, nümayəndələr palatasına isə cəngavərlər və varlı şəhərlilər daxil idi. Kəndlilər parlamentdə təmsil olunmurdular.İngiltərə parlamenti Fransadakı Baş Ştatlara nisbətən dövlət işlərinə böyük təsir göstərə bilirdi.Ona görə ki, İngiltərədə təbəqələr arasında — ruhani, zadəgan, varlı şəhərlilər arasında çəkişmə, demək olar ki, yox idi. Fransa ilə müharibə böyük vəsait tələb etdiyi üçün xalq ağır vergilər ödəməyə məcbur olurdu.Yoxsulların güzəranını daha da pisləşdirən qanunların verilməsi də ölkədə narazılığı artırırdı. 1381-ci ildə İngiltərədə kənd sənətkarı Uot Taylerin başçılığı ilə kəndli üsyanı baş verdi. Üsyançıların əsas tələbləri vergilərin azaldılması və bəzi mükəlləfiyyətlərin ləğv edilməsi idi.Danışıqlar zamanı üsyanın başçısı Uot Tayler xaincəsinə öldürüldü, üsyan yatırıldı.Yoxsullara qarşı amansız qanunlar yumşaldıldı.Yüzillik müharibə başa çatdıqdan sonra ölkədə hakimiyyət uğrunda iki feodal nəsli arasında müharibə başladı.Bu müharibə 30 il (1455—1485) davam etdi. Tarixə «Al və Ağ qızılgül müharibələri» kimi düşən bu mübarizə hər iki nəsli məhv etdi.Vəziyyətdən istifadə edən hersoq VII Henrix hakimiyyəti ələ aldı.Onun taxta çıxması ilə İngiltərədə Tüdorlar sülaləsi dövrü başladı (1485—1603). Bu sülalənin sonuncu nümayəndəsi I Yelizaveta 45 il hakimiyyətdə oldu. Onun hakimiyyətini İngiltərə tarixinin «qızıl dövrü» adlandırırlar. Yelizaveta Proteksionizm qanunu vermişdir ki, bununla da xarici malların İngiltərəyə daxil olması məhdudlaşdırıldı. Tüdorlar sülaləsinin dövründə icmalar palatasının hüquqları məhdudlaşdırıldı.


Yüklə 81,94 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin