Dərs ümumi tarix siNİF (prq 1, 2, 3,4)


Xaç yürüşlərinin nəticələri



Yüklə 81,94 Kb.
səhifə21/36
tarix02.01.2022
ölçüsü81,94 Kb.
#46431
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   36
7 Ümumi tarix pdf

Xaç yürüşlərinin nəticələri.Səlib yürüşlərinin Avropa üçün bir sıra nəticələri oldu.Aralıq dənizində ticarət daha da canlandı.Ticarətdə birincilik Şimali İtaliya şəhərlərinin əlinə keçdi.İtaliya tacirlərinin Şərq ölkələrində ticarət məskənləri yarandı. Avropalılar yel dəyirmanlarından istifadəni Şərqdən götürdülər.

Xristian kilsəsinin Avropada müsəlmanlara qarşı Xaç yürüşü. Ərəb İspaniyasında (müsəlmanlar buranı Əndəlüs adlandırırdılar) keçmiş Roma əyalətlərinin sakinlərinin nəsilləri, vestqotlar, ərəblər, bərbərlər və yəhudilər birgə yaşayırdılar.Kordova şəhəri Kordova xilafətinin paytaxtı idi. Kordova xilafəti 756-cı ildə yarandı və 1030-cu ildə bir neçə müstəqil əmirliyə parçalandı. Sevilyada Əlkəsar saray-qalası (XII əsr), Qranadadakı Əlhəmra sarayı (XIII—XIV əsrlər) belələrindən idi. Səlibçilər Şərqdə olduğu kimi, burada da dinc müsəlman əhaliyə qarşı kütləvi qırğınlar həyata keçirdilər.Pireney yarımadasında Kastiliya, Araqon, Navarra və Portuqaliya krallıqları (bu krallıqlar XIII əsrdə yaranmışdır) yarandı. XIV əsrdə burada müsəlmanların əlində yalnız İspaniyanın ən varlı vilayəti olan Qranada əmirliyi qalmışdı.

 1479-cu ildə Kastiliya və Araqon krallıqları vahid İspaniya dövlətində birləşdirildi.Navarra krallığı İspaniya ilə Fransa arasında bölüşdürüldü.Mərkəzləşdirilmiş dövlətin yaradılması xristianlara müsəlmanlar üzərinə qəti hücuma keçmək üçün imkanlar yaratdı.1492-ci ildə İspaniya ordusu Qranadanı işğal etdi.Qranadanın süqutu ilə Portuqaliyadan başqa, bütün Pireney yarımadası İspaniyanın əlinə keçdi.




Yüklə 81,94 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin