Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə26/35
tarix02.01.2022
ölçüsü1,14 Mb.
#37875
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   35
am pftmt

3. Iohan Henrix Pestalotsinin (1746-1847) əsərlərində, xüsusilə “Herbartın 
doqquz sualına cavab”, “Oğlunun tərbiyəsi haqqında Pestalotsinin gündəliyi”, 
“Analar üçün kitab”, “Qu quşunun nəğməsi”  əsərində ailədə  tərbiyə  məsələlərinə 
geniş yer vermişdir. Ailədə  uşaqların ilk tərbiyəçisi anadır. Ana əvvəlcə  uşaqların 
hisslərinə təsir etməli, sonra isə hisslərin bu cür tamamlanmış tərbiyəsində ağıla təsir 
etmək üçün bazis axtarmalı, uşağın rahatlığını təmin edən vasitələrdən istifadə etməyi 
bacarmalıdır. Məktəb yaşına çatmamış  uşaqlar üçün Pestalotsi ailəni ilk tərbiyə 
məktəbi hesab edərək orada uşaqların hisslərinin, nitq və  təfəkkür qabiliyyətlərinin 
inkişaf etdirilməsini, sağlamlıqlarının qorunmasını  zəruri sayırdı. Pestalotsi deyirdi 
ki, ana kimi sevirsə uşaq da onu sevir. Ana kimə etibar edirsə, uşaq da ona etibar edir. 
Ana kimə inanırsa, uşaq da ona inanır.  
Uşaq hiss orqanlarından istifadə etməyə başlayan andan ana onun hiss 
üzvlərinə  təsir edərək  əşyaları göstərməklə  uşağın təsəvvürünü, görüş dairəsini 
genişləndirə bilər. Uşaq dil açarkən ana onu bədən üzvləri ilə tanış edir. Uşaq başı, iki 
gözü, iki qulağı, iki əli, iki ayağı olduğunu öyrənir. Bundan sonra uşaq  əyninə 
geyindiyi paltarları, onu əhatə edən  əşyaları adları ilə deyə bilir. Uşağın üç yaşı 
tamam olmamış ana ona ilkin hesab ünsürləri öyrədə bilər. Uşaq rəqəmləri tanıyır, 
şəkillərdə onları göstərə bilir. Uşaq 4 yaşa keçid dövründə düz xətt, üfüqi xətt, qapalı 
xətt çəkə bilir. Ana uşağa  əşyaları yerdən yığışdırmağı, bir yerə toplamağı, aparıb 
yerinə qoymağı öyrətməlidir. Bu işləri yerinə yetirən uşaq bundan sevinc hissi keçirir.  
Oğlunun tərbiyəsi haqqında “Pestalotsinin gündəliyi”ndə  uşaqları erkən 
yaşdan  ətrafda baş verən hadisələri müşahidə etməyi öyrətməyi zəruri sayırdı. O, 
qeyd edirdi ki, ən böyük sevinc yavaş, uzun axtarışlardan doğur. Uşağa başladığı işi 
sona çatdırmağa kömək etmək,  şərait yaratmaq lazımdır. Tərbiyə  işində heç vaxt 
tələsmək olmaz. Təbiət uşaq üçün ən yaxşı müəllim olur. Təbiətin azad 
auditoriyasında uşaq özünü daha sərbəst, azad hiss edir.  
Uşağı   bacara   bildiyi   işi   görməsinə   imkan  verilməlidir.  Uşaqları  erkən 
yaşlarından işə, zəhmətə alışdırmadan ondan dəyərli insan tərbiyə etmək qeyri-
mümkündür. Uşaq sevincli əməyə doğru getməlidir. Bağda, həyətdə işləmək, bitkilər 


 
152
toplamaq və s. ictimai həyata hazırlıqdır. Unutmaq olmaz ki, günahsızı cəzalandıran 
hər bir kəs məhəbbəti itirir. 
Ana dilinin öyrədilməsindən danışarkən Pestalotsi deyir ki, Ana dilinin və hər 
hansı bir dilin təbiətə müvafiq öyrənilməsi hissi qavrayış vasitəsilə  əldə edilən 
biliklərlə əlaqədardır. 
Nitq orqanları inkişaf etməyincə  uşaq danışa bilmir. Təbiət körpəni 
danışmağa öyrədə biləcək ayrı bir yol tanımır. Uşağa danışmağı öyrətmək üçün ana 
təbiət özünə icazə verməlidir ki, uşağın eşitməsi, görməsi, duyması və s. üçün malik 
olduğu bütün gözəl imkanlarla ona təsir etsin. Uşaq özünün gördüyünü, eşitdiyini, 
duyduğunu, iy və dad bildiyini dərk etdikcə onda həmin təəssüratı ifadə edə bilən 
sözlərə bələd olmağa və öz fikrini həmin sözlər vasitəsilə ifadə etməyə başlayacaq. 
Pestalotsi oğlu haqqında yazdığı gündəlikdə  məktəbəqədər yaşlı  uşaqlarla 
aparılan təlim məşğələlərinə xüsusi əhəmiyyət verir. O, tərbiyəçilərə  məsləhət 
görürdü ki, uşaqlar başladığı  işi sona çatdırmayınca irəli getməyə  tələsmə, sən 
bununla boşboğazlığın və fikri azdırmağa səbəb olan huşsuzluğun qarşısını ala 
bilərsən. Təlimdə yersiz tələskənlik ziyan gətirər. Irəli getməli, daim işləməlisən. 
Lakin həmişə arxaya da, keçdiyin yola da nəzər salmalısan. Şöhrətpərəstliyə uymaq 
lazım deyil, yalnız həqiqəti axtarmaq lazımdır.  
Pestalotsi nəsihətçilikdən uzaq olmağı məsləhət görür. Nəsihət uşağı bezdirir, 
həmin sözlər hər gün təkrar olunduqca onlar hiddətlənir. Azadlığa üstünlük verir. 
Azadlığın boğulması  uşağın qəlbində müqavimət doğurur. Azadlıq uşağın qəlbini 
sakitliklə, təmkinliklə doldurur. Lakin bu uşağı özbaşınalığa gətirib çıxarmamalıdır.  
Pestalotsi yazır, “vətəndaşı erkən yaşlarından işə alışdırmadan ondan dəyərli 
insan tərbiyə etmək olmaz”. Lakin əmək cəlbedici, sevinc gətirən olmalıdır.  
Kiçik uşaqların təlimində və tərbiyəsində nümunə xüsusi əhəmiyyət kəsb edir. 
Uşaqlar hələ saymaq vərdişinə yiyələnmədən say haqqında sözləri öyrənirlər - bir, üç, 
beş, on və s. Burada uşaq heç bir aydınlıq görmür, o, yalnız sadəcə olaraq sözləri 
eşitdiyi kimi yadında saxlayır. Biz ikini bilməyən uşağa üçü öyrətsək, nə qədər səfeh 
iş  olardı.  Qoy  uşaq  əvvəlcə  ikini  yaxşı  öyrənsin,  sonra  üçü  öyrət. O zaman uşaq 
saymağı nə qədər təbii öyrənir.  
Bədən tərbiyəsindən danışarkən tələb edir ki, bu oyun və məşğələ açıq havada 


 
153
keçirilməlidir. Çünki uşaq üçün bədənin möhkəmlətməyin böyük əhəmiyyəti var. 
Eyni zamanda, tərbiyəçinin özü də bədəncə sağlam olmalıdır.  

Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin