154
təsvir edir. O deyirdi ki, heç bir insan nöqsanlı doğulmur, insanlarda nöqsanları
yaşadığı cəmiyyət yaradır. Ona görə də insanların ehtiyaclarını ödəyə bilən cəmiyyət
yaratmaq lazımdır.
Furye həmin fikirlərini “Dörd hərəkət və ümumi qismət nəzəriyyəsi”,
“Ümumi birlik nəzəriyyəsi”, “Yeni sənaye dünyası və ictimai sülh” adlı əsərlərində
şərh etmişdir.
Furyenin planı çox geniş olub, uşağın anadan olduğu gündən gənclik yaşına
qədər olan dövrdə təlim və tərbiyə məsələlərini əhatə edir. Uşaqlar 3-4 yaşlarında
emalatxanalara gəlir, böyük yaşlı uşaqların nə kimi işlər görmələri ilə
maraqlanırdılar.
Məktəbəqədər uşaqların əsas fəaliyyət növü oyun hesab edilsə də bu səciyyəli
oyun olmalı idi.
Uşaqlar beş yaşından emalatxanada gücləri çatan
işləri oynaya-oynaya icra
edirdilər. Oyun prosesində uşaqlarda sensor və əqli inkişaf təşəkkül etməyə
başlayırdı.
Estetik və fiziki tərbiyənin inkişaf etdiyi yer opera sayılırdı. Burada uşaqların
eşitmə qabiliyyəti, səsi, hərəkətli ritmə uyğunlaşdırılması öyrədilir.
Furye məktəbi deyil, istehsalatı əsas tutur, böyük yaşlı uşaqların istehsalatda
işləyib oxumalarını əsas sayırdı. Furye deyirdi ki, insanları bəlalardan xilas edəcək
bir
qüvvə varsa, o da “harmoniya” cəmiyyətidir. Bu cəmiyyətdə insanlar azad
yaşayacaqlar.
Furye uşaqlarda həm daxili, yəni mənəvi, həm də xarici zənginliyin bir
ahəngdarlıq yaradılmasını zəruri sayırdı. Təcrübə göstərir ki, bu uşaqların
tərbiyəsini
düzgün qurmaq 9-15 yaşlı gənclərin tərbiyəsindən asandır. Bu falanqada bütün
uşaqlar 3 yaşına qədər pulsuz tərbiyə olunurlar. Furyeyə görə 4 yaşdan artıq uşaqlar
özlərini maddi cəhətdən təmin edə bilərlər. Cavanlıq dövründə uşaqları iki
kateqoriyaya bölür: süd əmənlər; süddən ayrılanlar. Bunların hər ikisi üç qrupa
bölünür: sakit uşaqlar, dəcəl uşaqlar, qaraqabaq uşaqlar.
Tərbiyəçilər şən, gümrah olmalıdır ki, onlar uşaqları gümrah saxlasınlar.
Kübar qadınlar öz uşaqlarına baxmaqdan o qədər də zövq almırlar. Onların uşaqları
bu falanqada kasıb uşağı ilə birlikdə yaxşı yaşayırlar. Onlar arasında
heç bir fərq
155
qoyulmur.
Uşaqların fiziki tərbiyəsinə diqqət yetirilməlidir. Bu, ona görə lazımdır ki, çox
zaman körpəlik dövründə onlara yaxşı baxılmadığından onların çoxunun eşitmə,
görmə və başqa qabiliyyətləri inkişaf etmir və bunu sonradan düzəltmək çətin olur.
O, deyidi ki, əməyə söykənməyən, əməyə əsaslanmayan tərbiyə yalandır. Insanı fiziki
və mənəvi cəhətdən zəngin edən əməkdir, ona görə də birinci növbədə insan əməyə
borcludur.
Erkən körpəlik dövründə uşaqlar hər şeyə əl ilə toxunmaq istəyir, əlinə
götürürlər, səs-küy salırlar. Onlar səs-küylü işi sevirlər. Meymun hərəkətləri edirlər.
Miniatür şeylərlə maraqlanırlar. Tərbiyəçi onlarla ciddi olmalıdır. 3 yaşlı uşaqlar
xırda alətləri götürüb onlardan istifadə edirlər. Onlar ehtirasla çalışırlar ki,
ona hər
hansı bir alət versinlər, o da iş görsün.
Uşaqlar bir falanqadan başqa bir yaş dövrünə keçdikcə onların istədikləri
alətlər də dəyişdirilir. Alətlər, oyuncaqlar uşağın yaşına uyğun seçilir. Tərbiyəçi
onların işinə nəzarət edir. uşaqların kollektiv oyunu kollektivin şənlənməsinə mane
olmamalıdır. Bəzən böyüklər üçün mənasız görünən bir şeyi uşaq elə həvəslə edir və
bundan zövq alır. Onu özü düzəltdiyi üçün fəxr edir. Onda böyük iftixar hissi yaranır.
Bir də tərbiyəçi bu yaşda uşağı doğruçuluğa, səliqəliliyə alışdırmalıdır. 4 yaş yarımda
tərbiyəçi artıq uşaqların temperamentliyini yüksək qiymətləndirir və uşaqları
temperamentlərinə görə qruplaşdırmağı məsləhət görür.
3 yaşda olan uşaqları cinslərinə görə ayırmaq çətin olur. Onları yalnız
geyindiyi paltara görə ayırmaq olar. Çünki onların hərəkəti, davranışı,
bir-birinə
münasibəti eyni olur. 3 yaşlı uşaqlar böyük dəcəllər adlanır.
Dostları ilə paylaş: