Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil


Su  mənbələrinin  çirklənməsi  və  onun müha-



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə41/89
tarix31.12.2021
ölçüsü1,94 Mb.
#49599
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   89
DƏRSLİK

Su  mənbələrinin  çirklənməsi  və  onun müha-
fizəsi.  Sular    çirklənmə    mənbələrinə    və    mühafizə  
problemlərinə  görə  fərqlənirlər.  Təbii  sət  və  yer-
altı  suların  çirklənmə  prosesi   müxtəlif  amillərin  
təsiri  nəticəsində  yaranan  prosesdir.  Bu  hər  şey-
dən  əvvəl  suların  qlobal,  regional  və  yerli  döv-
ranları  ilə  əlaqədar  olur,  bir  çox  halda  bütün  su-


115 
 
ların  çirklənmə  mənbələri  antropogen  təsiri  nəti-
cəsində    baş    verir.    Xüsusilə    onlar    ağır    sənaye,  
dağ  mədən,  neft-kimya,  koks-kimya,  kağız-sellü-
loz,    toxumçuluq,    gön-dəri    istehsalı    və    s.    kimi  
sənaye  sahələridir. 
Son  vaxtlar  istilik  və  atom  enerjisi  xüsusi  
əhəmiyyət  kəsb  etdiyindən  onun  inkişafı  ön  plana  
çəkilmiş  və  nəticədə  «istilik  çirklənməsi»  deyilən  
yeni  çirklənmə  forması  yaranmışdır.  Bu  çirklən-
mə  nəticəsində  sularda  hidrotermik,  hidrokimyəvi  
və  hidrobioloji  rejim  dəyişir,  nəticədə  suda  yaşa-
yan  orqanizmlərin  kütləvi  məhvinə  və  dəyişkən-
liyinə  səbəb  olur. 
Kür-Araz ovalığında  pambıqçılığın  və  üzüm-
çülüyün geniş  yayılması  ilə  əlaqədar  olaraq  qeyri-
üzvi kübrələrdən  ziyanvericilərə  qarşı  mübarizədə  
mübarizə    preparatlarından    istifadə    edilməsi    istər  
səth,  istərsədə  yeraltı  şirin  suları  yararsız  vəziy-
yətə    salmış,    uşaqların    qeyri-normal    inkişafına  
təsir    göstərmişdir.    Belə    vəziyyət    təkcə  
Azərbaycanda    deyil,    Özbəkistan,    Türkmənistan,  
Qırğızıstan 
 
və 
Moldova 
respublikalarında  
yaranmışdır.    Kübrə    və    pestisidlərin    istifadə  
edildiyi  sahələrdə,  hətta  su  anbarları  altında  qalan  
torpaqlarda  göy-yaşıl  yosunlar  sürətlə  inkişaf  edir,  
zəhərləyici    xassəyə    malik    olan    bu    yosunlar  
hövzədə    balıqlara,    həmin    balıqlarla    qidalanan  
digər   orqanizmlərə   də    təsir  göstərir.   Belə   proses  


116 
 
su  anbarına  çirkli  və  isti  sular  axıdıldıqda  daha  
sürətlə    gedir    və    hətta    su    anbarlarınını    özlərini  
yaramaz  hala  salmaq  təhlükəsini  yaradır. 
Təbii  sulara  daxil  edilən  çirkləndirici  mad-
dələr  müxtəlif  keyfiyyət,  dəyişkənlik  əmələ  gətirir  
ki,  onlar  da  özünü  aşağıdakı  şəkildə  birüzə  verir.   
1.  Suyun fiziki  tərkibinin  dəyişməsi  (şəffaflığı,  
sıxlığının    pozulması,    rənginin    müxtəlifləş-
məsi,  iylərin  və  dadların  əmələ  gəlməsi). 
2.  Çirkləndirici    maddələrin    suyun    səthində  
hərəkəti    və    dib    çöküntülərində    müşahidə  
edilməsi. 
3.  Suyun  kimyəvi  tərkibinin  dəyişməsi; 
4.  Üzvi   maddələrin suya    daxil   olduqdan sonra  
oksidləşməsi  nəticəsində  suda  həll  olunmuş  
oksigenin  azalması. 
5.  Suda  yeni  bakteriyaların  əmələ  gəlməsi. 
Çaylara  və  su  hövzələrinə daxil  olan  mad-
dələr  nəticəsində  baş  verən  çirklənməni  aşağıdakı  
növlərə  ayırırlar: 
1.  Mineral  çirklənmə – bu  növ  çirklənmə  ma-
şınqayırma,  metalurgiya,    neft    çıxarma    və  
neft  ayırma,  tikinti,  dağ-mədən  və başqa  sə-
naye  sahələrinin  çirkab  sularında   müşahidə  
edilən    (qum,    gil,    filizlər,    mineral    duzların  
məhsulları,  turşular  və  s) mineral  maddələr  
vasitəsilə  baş  verir. 


117 
 
2.  Üzvi  çirklənmə – bu  çirklənmə  ilk  növbədə  
yüksək  karbonluluğa  malik  kağız,  toxumlar,  
tərəvəzlər    və    bitkilər    qalıqları    vasitəsilə 
yaranır. 
3.  Bakterioloji  və  bioloji  çirklənmə – belə  növ  
çirklənmə    kiçik    bakteriya,    yosunlar    və  
qıcqırmış  kif  köbələklər  vasitəsilə  yaranır. 
Hazırda  dünyanın  inkişaf  etmiş  ölkələrində  
bütün  istehsal  proseslərinin  tullantısız  istehsal  tex-
nologiyası  bir  məqsəd  kimi  qarşıya qoyulmuşdur.  
Əvvəllər  əmələ  gələn  tullantı  ətraf  mühitə  atılır-
dısa, indi  ondan  ikinci xammal  kimi  istifadə  edi-
lir.   Çaylara   və   dənizlərə   buraxılan    çirkab   sular  
nəticələri    əvvəlcədən    bilinməyən    bir    sıra    mənfi  
hallara  səbəb  olur.  Zavod  və  fabriklərdə  onlar  ən  
yüksək    səviyyədə    təmizlənsələr    belə,    yenə    də  
canlı  aləmə  pis  təsir  göstərən  maddələrdən  tama-
milə  azad  olunmur.  Çirkab  suları  ilə  təbii  sulara  
daxil  olan  bərk  maddə  hissəcikləri  Günəş  işığının  
suyu   tam    işıqlandırılmasının   qarşısını   alır,    foto-
sintezin    normal    gedişi və    sudakı    canlıların    qida  
zəncirini  müəyyən    dərəcədə    pozur.    Kanallar    və  
çayların  diblərini  vaxtaşırı  tullantılardan  təmizlə-
mək  lazım  gəlir.  Sənayedə  və  kənd  təsərrüfatında  
suvarma    sistemlərində     əmələ    gələn   çirkab   sula-
rında  nitratların  və fosfatların   miqdarı  çox  olur.  
Bu  da sadə  mikroorqanizmlərin,  göy-yaşıl  yosun-
ların    bol    inkişafına    səbəb  olur.    Çox  təssüf    ki,  
bunlar balıqların  çoxu  üçün  yeməli  deyil.  Həmin  


118 
 
yosunların    miqdarının  artması    suda    həll    olan  
oksigenin  sərf  olunmasına  səbəb  olur.  Suya  dü-
şən  bitki  qalıqları  və  təmizlənməmiş  kanalizasiya  
suları    da    oksigenin    sərf    olmasını    sürətləndirir.  
Nəticədə,    sudakı    bitkilərin    və  heyvanların    tənəf-
füsü    çətinləşir,    get-gedə    onların    miqdarı    azalır.  
Ölmüş  toxumaları  parçalayan  mikroorqanizmlərin  
və  yosunların  artması,  sonra  onların  kütləvi  sürət-
lə  məhv  olması,  göldə  alaq  otlarının  əmələ  gəl-
məsinə  səbəb  olur.  Bu  proses  eutrofikasiya  adla-
nır.  Son  nəticədə  göl  bataqlığa  çevrilir.  Suda həll  
olan    oksigenin    miqdarı    onun    keyfiyyətinin    əsas  
göstəricilərindən    biridir.    Aerob    bakteriyalar    üzvi  
maddələri  oksidləşdirmək  üçün  suda  həll  olan  ok-
sigeni   udur.   Suda   gedən   oksidləşmə    reaksiyaları  
onda    həll    olan    oksigenin    miqdarını    minimuma  
endirir.  Canlı  orqanizmlərdə  70  kimyəvi  element  
aşkar  edilmişdir.  Onlardan  47-si  daimidir  və  bio-
fil    elementlər    adlanır.    Orqanizmlərin    normal    ol-
maları  onların  həmin  elementlərlə  təmin  edilmə-
sindən    asılıdır.    Orqanizm    hər    hansı    elementlə  
daim  təmin  edilmədikdə  ciddi  çatışmamazlıq  baş  
verir.   Ekvatorial    Afrikada   intensiv    yağışlar    suda  
həll  olan  kalsium  duzlarını  torpaqdan  yuyub apar-
mışdır.  Bu  element  skeletin  formalaşmasını  mü-
əyyən  edir.  Ona  görə də  orada  cırtdanboylu  hey-
vanlar,  o,  cümlədən  boyu  insanın  boyundan  hün-
dür  olmayan  zürafələr  var.   


119 
 
Torpaqda,    suda  və    qəbuledilən    qidada  ele-
mentlərin  miqdarı  normadan  çox  olduqda  zərərli  
hallara  səbəb  olur.   
Ümumiyyətlə,  su  mənbələrinin  çirklənməsi 
dedikdə,  suların  keyfiyyətini  pisləşdirən,  su  obyekt-
lərinin  səthinə,  dibinə  və  ətrafına  mənfi  təsir  edən 
zərərli  maddələrin  tökülməsi  və  axıdılması  başa 
düşülür. Su obyektlərinin əsas çirklənmə mənbələrini 
istilik  elektrik  stansiyaları,  metallurgiya,  neft-kimya 
sənayesi  müəssisələri  də  daxil  olmaqla,  bütövlükdə 
sənaye  və  məişət  tullantıları  təşkil  edir.  Su  mənbə-
lərinin çirklənməsi suyu əhalinin içməsi və təsərrüfat 
işlərində  istifadəsi  üçün  yararsız  etməklə  bərabər, 
həmin hövzələrdəki biomühitə də olduqca mənfi təsir 
göstərir.  Hazırda  su  mənbələrinin  çirklənməsinin 
qarşısının  alınması  tədbirləri,  çirklənmə  baş  verən 
ərazilərdə təmizlənmə işlərinin həyata keçirilməsi, bu 
məqsədlə ən müasir texnologiyadan istifadə edilməsi 
Azərbaycanda  gerçəkləşdirilən  ekoloji  siyasətin  mü-
hüm  istiqamətlərindən  birini  təşkil  edir.  Bu  sahədə 
fəaliyyətin  əsas  hüquqi  bazasını  ―Hidrometeorologi-
ya  fəaliyyəti  haqqında‖,  ―Su  Məcəlləsinin  təsdiq 
edilməsi  haqqında‖  Azərbaycan  Respublikasının  qa-
nunları və bu qanunların icrasına xidmət edən ―Ətraf 
mühit və təbii ehtiyatların monitorinqinin aparılması 
qaydaları  haqqında‖  Əsasnamə  təşkil  edir.  Respub-
likada  dövlət  səviyyəsində  su  ehtiyatlarının  müha-
fizəsi, onlardan səmərəli istifadə olunması məqsədilə 
mütəmadi  qaydada  su  ehtiyatlarının  tərkibinin  və 


120 
 
çirklənməsinin  monitorinqi  aparılır.  Kür  çayının 
suyunun  keyfiyyətinə  nəzarət  məqsədilə  Ekologiya 
və  Təbii  Sərvətlər  Nazirliyi  tərəfindən  yaradılan, 
müasir cihaz və avadanlıqlarla təchiz olunmuş Qazax 
analitik tədqiqatlar laboratoriyası, Araz çayının suyu-
nun  keyfiyyətinə  nəzarət  edən  və  Beyləqan  rayo-
nunda  fəaliyyət  göstərən  analoji  mərkəz  bu  iki  mü-
hüm  su  mənbəyində  ekoloji  vəziyyəti  nəzarətdə 
saxlamaq baxımından böyük əhəmiyyətə malikdir. 
Yaxın  gələcəkdə  Xəzər  dənizinin  suyu  da 
Azərbaycanın  mühüm  içməli  su  mənbələrindən 
birinə çevrilə bilər. Belə ki, gələcəkdə Salyan rayonu 
ərazisində  quraşdırılacaq  qurğular  vasitəsilə  dəniz 
suyunun  şirinləşdirilərək  əhalinin  istifadəsinə  veril-
məsi mümkün olacaq. Hazırda Xəzər dənizinin çirk-
lənmədən  mühafizəsi  böyük  əhəmiyyət  kəsb  edən 
məsələlərdəndir. Xəzər dənizinə uzun illərdir ki, beş 
sahilyanı  ölkədən  xeyli  miqdarda  çirkab  suları  axı-
dılır.  Lakin  çirkləndiricilərin  böyük  hissəsi,  yəni  80 
faizdən çoxu məhz Volqa çayı vasitəsilə dənizə tökü-
lür.  Azərbaycan  tərəfi  Xəzərin  çirklənməsinin  qar-
şısının  mümkün  qədər  alınması  yönündə  əsaslı  təd-
birlər həyata keçirir. Dənizə axıdılan məişət sularının 
çirklilik səviyyəsinin aşağı salınması məqsədilə sahil 
zolağı  boyuca  17  mobil  tipli  təmizləyici  qurğudan 
istifadə olunur. Bundan əlavə, son dövrlərdə Xəzərdə 
antropogen  təsirlərin  azaldılması  məqsədilə,  istis-
mara  yararsız  estakadaların,  hidrotexniki  qurğuların 
sökülməsi, batmış gəmilərin çıxarılması, buxta ərazi-


121 
 
sindəki yararsız köhnə neft quyularının ləğv edilmə-
si, neftlə çirklənmiş ərazilərdə rekultivasiya işlərinin 
aparılması,  yaşıllıqların  salınması,  Neft  Daşlarında 
və  Çilov  adasında  yeni  çirkab  sutəmizləyici  qurğu-
ların istismara verilməsi də daxil olmaqla görülən bir 
çox  tədbirlər  Xəzərin  Azərbaycan  sularının  ekoloji 
durumuna müsbət təsir göstərib. 
Beləliklə,  Azərbaycanda  həyata  keçirilən  eko-
loji siyasətin mühüm istiqamətlərindən olan su mən-
bələrinin çirklənməsinin qarşısının alınması yönündə 
reallaşdırılan əsaslı tədbirlər əhalinin təmiz suya olan 
tələbatının  ödənilməsini  yaxşılaşdırmaqla  bərabər, 
ekosistemin  bütövlüyünün  qorunub  saxlanmasına 
kömək edir. 
Keçmişdə  insanlar  tullantıları  suya  atmaqla 
fikirləşmirdilər  ki,  su  çirklənə  bilər.  Xalq  arasında 
belə bir ifadə də var ; "su çirk götürmür" . Lakin indi 
sular  o  qədər  çirklənir  ki, suda  canlıların həyatı  təh-
lükə altına almır, içməyə  yaramır. Buna görə də su-
ların  çirkləndirilməməsi  və  çirklənən  suyun  təmiz-
lənməsi  zəmanəmizin  mühüm  problemlərindən 
biridir. 
Sularm  çirklənmə  mənbələri  müxtəlifdir.  Su 
mənbəyi  sənaye  müəssisələrinin  və  nəqliyyatların 
tullantıları,  çirkab  suları,  torpağın  eroziyası,  məişət 
tullantılarının,  inşaat  və  meşə  materiallarının  suya 
tullanması  nəticəsində  çirklənə  bilər  Heyvanlar  ota-
rılan  yerlərdən,  dərmanlanmış  və  gübrələnmiş  əkin 


122 
 
sahələrindən,  bağlardan,  meşələrdən,  plantasiya-
lardan,  küçələrdən  axan  sular  çay  və  göllərə 
töküldükdə, onları çirkləndirir. Belə sularda müxtəlif 
xəstəlik  törədiciləri,  zəhərli  kimyəvi  maddələr  olur. 
Suyun  keyfiyyətinə  meşələrdə  kəsilmiş  ağac  mate-
riallarının, xüsusilə dezenfeksiya edilən oduncağın su 
ilə  axıdılması  və  suda  çox  qalması  da  pis  təsir  edir. 
Ağac  materialları suda çox qaldıqda çürüyür, bu isə 
suyun  oksigeninin  sərf  olunmasına  və  keyfiyyətinin 
pisləşməsinə  səbəb  olur.  Sintetik  fəal  maddələrin 
istehsalı  və  işlədilməsi  ilə  əlaqədar  olaraq  sular  bir 
qrup  maddələrlə  daha  çox  çirklənir.  Belə  maddələri 
camaşırxanalar, toxuculuq, yun-dəri müəssisələri çox 
işlədir. 
Çay,  dəniz  və  okean  gəmiləri,  avtonəqliyyat, 
traktor  və  s.  vasitələrindən  tökülən  tullantılar  yana-
caq və sürtkü materialları, ət və süd kombinatlarının 
tulantıları su mənbələrini çox çirkləndirir. 
Dəniz suyu  ən  çox neft  və  neft  suları ilə çirk-
lənir. Bunun səbəbi dəniz yataqlarından neft çıxarar-
kən  ətraf  mühitin  təmiz  saxlanması  qaydalarına  eti-
nasızlıq  göstərilməsi  və  quyular  sınaqdan  çıxarılar-
kən  lay  neftinin  və  suyunun  birbaşa  dənizə  buraxıl-
masıdır.  Neft  pərdəsi  suya  sərbəst  oksigenin  daxıl 
olmasına  mane olduğu üçün dəniz faunasının həyatı 
təhlükə  qarşısında  qalır,  canlı  aləmin  artıb  törəməsi 
imkanı  məhdudlaşır.  Neftdə  olan  qazlar  tədricən 
ayrıldıqdan  sonra  neft  damcıları  ağırlaşır  və  suyun 


123 
 
dibinə  çökür,  orada  heyvanların  zəhərlənməsinə 
səbəb olur. 

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin