Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil


Meşə sərvətindən istifadənin hüquqi əsasları



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə45/89
tarix31.12.2021
ölçüsü1,94 Mb.
#49599
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   89
DƏRSLİK

Meşə sərvətindən istifadənin hüquqi əsasları
Təbii  komponentlər  içərisində  meşə  resursları  mü-
hüm  yer  tutmaqla,  respublikanın  iqtisadiyyatında  və 
insanların  həyatında  xüsusi  əhəmiyyət  kəsb  edir. 


141 
 
Meşələr  ümumiyyətlə  havanın  təmizlənməsində 
torpağın eroziyadan qorunmasında, yağış və qar sula-
rının  torpaqda  toplanmasında  kömək  edir.  Azərbay-
canın az meşələri olan ölkələr sırasına daxil olmasına 
baxmayaraq,  süni  şəkildə  meşə  zolaqlarının  salın-
ması ildən ilə artır. Eyni zamanda meşə ehtiyatlarının 
―Azərbaycan  SSR  Meşə  Məcəlləsi‖  Respublika  Ali 
Soveti  tərəfindən  1978-ci  ildə  təsdiq  olunmuş  və 
1979-cu  ildən  qüvvədə  olmuşdur.  113  maddədən 
ibarət olan bu məcəllədə Azərbaycanın meşə qanun-
veriçiliyinin  öz  əksini  tapmışdır.  Meşələr  üzərində 
dövlət  mülkiyyət  hüququ,  meşə  fondu  haqqında 
müddəalar  əks  olunmuşdur.  Meşə  məcəlləsində  res-
publika  ərazisində  yalnız  meşələr  deyil,  ümumilikdə 
yaşıllıqların hüquqi əsasları qeyd olunmuşdur. 
Azərbaycanda  meşələrdən  istifadə  və  yaşıllıq-
ların qorunmasına dair ―Azərbaycan respublikasında 
Meşə  Məcəlləsinin  təsdiqi‖  haqqında  Azərbaycan 
Respublikasmm  qanunu  (31  dekabr  1997-ci  il)  mü-
hüm əhəmiyyət kəsb edir. 10 fəsil 80 maddədən iba-
rət  olan  bu  qanun  meşələrdən  istifadənin  tənzimlən-
məsi,  qorunması  və  bərpasmın  intensivləşdirilməsi-
nin hüquqi əsaslarını müəyyən edir. Həmin qanunve-
ricilikdə  məqsəd  meşə  ehtiyatlarına  həssaslıqla  ya-
naşmaq, onlardan səmərəli istifadə etmək, elmi əsas-
larla  meşələri  inkişaf  etdirmək  prinsipləri  irəli  sürü-
lür. 
Meşə  fondu  sahələrindən  istifadə  hüququ 
meşələrin  çoxfunksiyalı  mahiyyəti  nəzərə  alınmaqla 


142 
 
həyata  keçirilir  “Torpaq  islahatı  haqqında”  Azər-
baycan  Respublikası  Qanunu  ilə  müəyyən  olunmuş 
qaydada  meşə  bitkiləri  ilə  örtülü  olmayan  meşə  və 
qeyri-meşə  torpaqları  meşələrin  bərpası  məqsədilə 
təyinatı üzrə bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə 
fiziki  və  hüquqi  şəxslərə  müqavilə  əsasında  icarəyə 
verilə bilər.  
Bu  Məcəllə  ilə  nəzərdə  tutulmamış  hallarda 
meşə  fondu  sahələrindən  istifadə  hüququna  dair 
mülki  və  torpaq  qanunvericiliklərinin  normaları  tət-
biq edilir. 
Meşə  fondu  sahələrindən  istifadə  hüququnun 
əsasları aşağıdakılardır. 

 
müqavilələr;  

  məhkəmə qərarları; 

  bu Məcəllə ilə yol verilən digər əsaslar. 
Meşə  sahələrindən  istifadə  hüququ,    meşə 
fondu sahələrinin icarə müqaviləsinin dövlət qeydiy-
yatından keçdiyi, meşəqırma bileti, order, meşə bileti 
alındığı vaxtdan əldə edilir.  
Dünyada  adambaşına  1,2-1,6  ha  meşə  sahəsi 
düşür. Mərkəzi Amerikada bu rəqəm 1,0 ha, Asiyada 
0,3 ha, Afrikanın və Asiyanın bəzi rayonlarında 0,1-
0,145 ha təşkil edir. 
Meşə  bitkiləri inkişaf  şəraitinə, cins  tərkibinə, 
oduncağın  keyfıyyətinə,  məhsuldaılığına və  s.  xüsu-
siyyətlərinə görə çox müxtəlifdir. 
Meşələri  istifadəedilmə  xüsusiyyətlərinə  görə 
istismar  olunan  və  istifadə  edilməyən  (və  ya  bəzən 


143 
 
ehtiyatda  olan)  ,  cins  tərkibinə  görə  isə  iynəyarpaqlı 
və  enliyarpaqlı  meşələrə  bölürlər.  İynəyarpaqlı 
meşələr ən çox keçmiş SSRİ-də (75%), Şimali Ame-
rikada  (62,9%),  Avropada  (489,3%)  yayılmışdır. 
Dünya  meşələrinin  32,8%-ni  iynəyarpaqlı  meşələr 
təşkil edir. 
Meşələr  xalq  təsərrüfatı  əhəmiyyətinə  görə 
qruplara ayrılır. Ölkəmizdə ―Meşə qanunvericiliyi‖nə 
əsasən  meşələr  birinci,  ikinci  və  üçüncü  qrupa 
bölünür. 
Birinci  qrup  meşələrlə  suyu  mühafızə  edən 
meşələr, çay və göllərin sahələri boyu olan qoruyucu 
meşələr,  sıldırım  dağ  yamaclarındakı  meşələr,  döv-
lətqoruyucu  meşə  zolaqları, nəqliyyat  yolları  boyun-
ca uzanan meşə zolaqları, qiymətli  meşə  massivləri, 
sanatoriya-gigiyena  və  sağlamlaşdırıcı  əhəmiyyəti 
olan  meşələr  (şəhərətrafı  meşələr,  şəhər  və  müəs-
sisətrafı  yaşıllıqlar,  kurort  meşələri,  su  təchizatı 
zonasının  meşələri),  qoruqlar,  milli  və  təbii  parklar, 
elmi  və  tarixi  əhəmiyyətli  meşələr,  meşə-parklar  aid 
edilir. 
İkinci  qrup  meşələrə  əhalisi  çox  sıx  olmayan 
rayonlardakı  meşələr,  nəqliyyat  yolları  şəbəkəsi  və 
sənayesi  inkişaf  etmiş  rayonlardakı  məhdud  istismar 
əhəmiyyətli  meşələr,  habelə  birinci  qrupa  daxil 
olmayan  meşələr daxildir. 
Üçüncü qrup meşələrə intensiv istismar edilən 
meşələr  aid  edilir.  Bu  qrupa  daxil  olan  meşələrin 
46%-i istifadədir, qalanı isə ehtiyatda saxlanılır.  


144 
 
 

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin