275
downloaded from KitabYurdu.org
kə tini təmin edən xüsusi hormon-villikinin hazırlanır. Xovla- rın
hərəkətinin humoral yolla tənzimini belə bir təcrübə təsdiq edir: ac
itin qan damarına başqa bir tox itin qanının yeridilməsi xovların
hərəkətinə səbəb olur. Güman edilir ki, xovların saya əzələlərinin
yığılması selikaltı təbəqədə yerləşən Meysner sinir toru ilə tənzim
edilir.
Sinir sistemi bütünlüklə sorulma prosesinə və bağırsaq
keçiriciliyinə tənzimedici təsir göstərir. Müəyyən edilmişdir ki,
sorulma prosesi beyin qabığı tərəfindən tənzim edilir. Saponin
bağırsağın epitel hüceyrələrinin keçiriciliyini dəyişməklə qlü- koza
və suyun sorulmasmı gücləndirir. Saponini şərtsiz qıcıqlandırıcı
kimi qəbul edib, onun orqanizmə yeridiləcəyi əvvəlcədən xəbər
verildikdə belə, qlükoza və suyun sorulmasmı gücləndirir. Bununla
beyin qabığının tənzimedici rolu sübut edilmişdir. Bu refleks şərti
refleks fəaliyyətinin qanununa uyğundur: onu söndürmək və
yenidən yaratmaq mümkündür.
Amin turşularının nazik bağırsaqda sorulması sulu karbon və
fosfor mübadiləsini zəiflədən bəzi maddələrin, məsələn,
dinitrofenolun təsirindən pozulur. Bu onu göstərir ki, amin
turşularının bağırsaq səthindən qana keçməsi «aktiv nəq- liyyat»
prosesidir. Yəqin ki, amin turşularının sorulması prosesində onların
fosforlaşması baş verir. Amin turşusu məhluluna ATF turşusu və
qeyri-üzvi fosforun əlavə edilməsi sorul- manı gücləndirir. Qəbul
edilmiş heyvan mənşəli zülalın 95-80 %-i həzm edilir və sorulur.
Sulu karbonlar qana başlıca olaraq qlükoza və qalakto- za,
çox cüzi miqdarda isə fruktoza və pentoza şəklində sorulur. Başqa
maddələrdən fərqli olaraq sulu karbonlar oniki- barmaq bağırsaqda
intensiv, nazik bağırsaqda intensiv, nazik bağırsaqların digər
şöbələrində nisbətən zəif sorulur. Bağırsağa qlükoza yeridildikdə,
qapı venasında onun miqdarı 2-3 dəfə artır. Qana qlükoza və
qalaktozanın daxil olunması bağırsaq epitelinin «aktiv nəqliyyat»
xüsusiyyətinin nəticəsidir. Qlükoza və qalaktoza başqa şəkərlərə
nisbətən intensiv, hətta qatılıq qradiyentinin əksinə, yəni bağırsaqda
onların qatdıqları qandakına nisbətən az olduqda belə sorulurlar.
Heyvanın
276
downloaded from KitabYurdu.org
bağırsağının selikli qişasını monoyodasetat və ya 2,4 dinitro- fenol
ilə zəhərləməklə sulukarbon mübadiləsi və onların fos- forlaşması
prosesi pozularsa, qlükozanm sorulması zəifləyir. Pentozanın
sorulmasında isə osmos və diffuziya qanunlarına uyğun olaraq heç
bir dəyişiklik yaranmır. Belə güman edilir ki, sorulma prosesində
qlükoza və qalaktoza fermentativ fosfor- laşma prosesinə
uğrayırlar.
R.O.Faytelberq öz təcrübələrilə müəyyən etmişdir ki, sulu
karbonların nazik bağırsaqlarda sorulması mədəaltı vəzin hormonu-
insulin vasitəsilə stimulə edilir. Belə ki, insulin orqanizmin sulu
karbon mübadiləsinə təsir edərək, qanda qlükozanm miqdarını
azaldır.
B vitamini çatmadıqda qlükozanan sorulması zəifləyir.
Heyvanlar üzərində nişanlanmış atomlardan C
14
istifadə
etməklə aparılan təcrübələr göstərmişdir ki, həzm sistemində
orqanizmə daxil olan bəzi göstəricilərə görə 75 %-i, başqa gös-
təricilərə görə 30-45 %-i parçalanır. Bu zaman triqliseridlər mono,
diqliseridlərə və sərbəst yağ turşularına parçalanırlar. Nazik
bağırsaqlarda yağ turşularının duzları, mono və diqlise- ridlər,
bəzən parçalanmamış neytral- yağlar, yəni triqliseridlər də sorulur.
Triqliseridlər yalnız kiçik yağ damarlarından ibarət olan emulsiyaya
çevrildikdən sonra sorula bilirlər. Emul- siyalaşma prosesi öd
turşusu və yağın parçalanma məhsullarından (monoqliserid, yağ
turşusu duzları) ibarət mürəkkəb kompleks birləşmələrin təsiri
altında gedir. Emulsiyalaşmış triqliseridlər bağırsaq xovları
tərəfindən limfaya sorulur. Yağ turşu-ları, mono və diqliseridlər
bağırsağın epitelindən keçdikdən sonra onların bir hissəsi neytral
yağı resintez edir, digər hissəsi isə fosfolipidlərin sintezində istifadə
olunur.
Neytral yağ əsasən limfaya sorulur. Ona görə də yağlı qida
qəbul etdikdən 3-4 saat sonra limfa damarları südü xatırladan
maddə ilə dolur. Buna baxmayaq əgər itdə və ya pişikdə döş limfa
axacağı bağlansa belə, yağların sorulması yenə də baş verir. Normal
halda qana sorulan yağın ancaq kiçik bir hissəsi daxil olur. Bu yağ
turşularının qliseridlərinin bir-birilə yaratdıqları qısa sulu karbon
zəncirindən ibarətdir.
277
downloaded from KitabYurdu.org
Bağırsaqlara su qida və həzm şirələrilə daxil olur. Buraya l/-ə
qədər selik; 1,5-2,5 / mədə şirəsi; 0,5-0,75 1 öd; 0,7-1 /. mə- dəaltı
vəzin şirəsi və 1-2 /. Bağırsaq şirəsi, cəmi 6-7 /. maye daxil olur. Bu
miqdara gündəlik su rasionu da (təqribən 2-2,3 /.) aiddir.
Bağırsaqdan isə nəcis vasitəsilə cəmi 150 ml, su xaric olur. Qalan
miqdar isə bağırsaqlardan qana sorulur.
Suyun sorulması mədədən başlayır, nazik və yoğun
bağırsaqlarda intensiv gedir. Bəzi tədqiqatçılar ağır suyun (D
2
O)
sorulmasmı öyrənmişdir. Ağır suyu mədəyə və ya nazik bağırsağa
yeritməklə öyrənilmişdir ki, nazik bağırsaqlarda sorulma mədəyə
nisbətən təqribən 10 dəfə intensiv gedir. Göstərilmişdir ki, 50 ml.
ağır suyun nazik bağırsağa daxil edilməsindən 10 dəqiqə sonra onun
95 %-i sorulur.
Suda həll olunmuş K. Ca-un xloridləri və fosfatları da başlıca
olaraq nazik bağırsaqlarda sorulurlar. Bu prosesə göstərilən duzların
orqanizmdə miqdarı təsir göstərir. Belə ki, qanda Ca-un miqdarı
azaldıqda onun sorulması normaya nisbətən daha intensiv gedir.
Bağırsaqlardan qana sorulmuş maddələr (zülal və sulu-
karbonların parçalanma məhsulları) qan vasitəsilə qaraciyərə
gətirilir və burada bir sıra mürəkkəb kimyəvi dəyişilmələrə uğ-
rayırlar. Qaraciyərin bu vəzifəsi mühüm fizioloji əhəmiyyətə malik
olub, Ekk üsulu ilə operasiya edilmiş, yəni qapı venasını
qaraciyərdən ayırıb, aşağı boş venaya birləşmiş heyvanlarda
müəyyən edilmişdir. Bu əməliyyatdan sonra yığılan qan qa-
raciyərdən keçmədən qan dövranına daxil olur. Bu operasiya
nəticəsində heyvan ölür. Ölümün səbəbi isə orqanizmin zəhər-
lənməsidir. Normal halda parçalanma nəticəsində alman zəhərli
maddələr qaraciyərdə zərərsizləşdirilir.
Qaraciyərin qoruyucu funksiyası qanda olan zəhərli maddələri
zərərsizləşdirməkdən ibarətdir. Məsələn, yoğun bağırsaqlardan qana
indol, skatol, fenol kimi zəhərli maddələr sorulur. Bu maddlər
qaraciyərdə oksidləşərək kükürd və qlü- koron turşuları ilə
birləşərək zərərsiz efır-kükürd və cüt qlü- koron turşularına
çevrilirlər. Qaraciyərdə gedən zərərsizləşdi- rici proseslər qoruyucu
sintez adlanır. İtin bağırsağından gö
278
downloaded from KitabYurdu.org
türülmüş ekstraktm periferik qan damarlarına yeridilməsi heyvanın
zəhərlənməsinə səbəb olur. Halbuki, bu ekstrakt qanı venasına
yeridildikdə zəhərlənmə baş vermir. Bu tədqiqat qaraciyərin
qoruyucu vəzifəsini bir daha sübut edir. Qaraciyərlər aşağıdakı
funksiyaların yerinə yetirilməsində də iştirak edir. 1) Qaraciyər
qanın tərkibində olan albumin, fıbrinogen, qlobulı- nı, 2)
protrombin fermentini, 3) qanın laxtalanmasımn qarşısını alan
heparin maddəsini, 4) A,D vitaminlərini sintez edir. 5) Ana
bətnində qan yaradıcı funksiyanı yerinə yetirir. 6) Artıq zülalı
şəkərə çevirir. 7) Artıq şəkəri qlikogenə çevirir. 8) Zülalların
parçalanma məhsulu amonyakı sidik cövhərinə çevirir. 9)
Qaraciyər öd sintez edir və s. ümumiyyətlə, qaraciyər orqanizmdə
40-dan çox fizioloji funksiyaların yerinə yetirilməsində iştirak edir.
13.48.
Həzinin yaş xüsusiyyətlərinin əsas göstəriciləri
Müasir elmdə böyümə, inkişaf və onun yaş hüdudlarını tam
əhatə edə bilən qəbul olunmuş təsnifat yoxdur. Aşağıdakı cədvəldə
insan ontogenezinin I-antenatal, II-internatal, III- postnatal yaş
dövrləri verilmişdir.
İnsanda yuxarıda qeyd edilən yaş dövrlərinə uyğun olaraq
müşahidə olunan inkişaf prosesi həm də həzm üzvlərinin morfo-
funksional dəyişilməsində özünü göstərir. Həzm sisteminin
postnatal inkişafa uyğun yaş xüsusiyyətlərilə qısa olsa da aşağıda
tanış ola bilərsiniz.
Ağız boşluğunda həzmin yaş xüsusiyyətləri: ağız boşluğu
həzm borusunun qapalı olmaqla sümük əsası olan yeganə həzm
üzvüdür. Burada dil və dişlər yerləşir. O, həm dad, həm də nitq
funksiyasını yerinə yetirir. Dişlər qidanı xırdalayır, həm də sözlərin
tələffüzündə iştirak edir. Yeni doğulmuş uşaqların ağız boşluğu
nisbətən kiçik olur.
279
downloaded from KitabYurdu.org
Cədvəl 2
İnsan ontogenezinin dövrləri
I Antenatal
11 İnternatal
III Postnatal
1.
Herminal və ya xüsusi
rüşeym mərhələsi (1 həftə)
2.
Embrional
dövr
(5
həftə)
iki
fazaya:
a)
histotrof qidalanma, b)
sarılıq qan dövram.
3.
Fərdi
inkişafın
ne-
ofetal dövrü (2 həftədə).
4.
Fərdi inkişafın fe- tal
dövrü (32 həftə): Dölün a)
hemotrof, b) aminotrof
qidalanma dövrləri.
Doğuşun
başlanmasından
göbək
çiyəsi
kəsilənə
qədər
keçən
dövrü
əhatə edir.
I.
Yeni doğulma və ya çağa dövrü.
2.Südəmər dövr (10 gündən-1 il).
3.
İlkin uşaqlıq (1-3 il).
4.
Birinci uşaqlıq (4-7İ1).
5.
İkinci uşaqlıq 7-11 yaş (oğlanlar), 8-11
yaş (qızlar).
6.
Yeniyetmə 13-16 yaş oğlanlar, 12-15
yaş qızlar.
7.
Gənclik dövrü 17-21 yaş oğlanlar, 16-
21 yaş qızlar.
8.
Yetgin yaş, I dövr 22-35 yaş kişilər, 22-
35 yaş qadınlar.
9.
Yetgin yaş; II dövr 36-60 yaş kişilər,
36-55 yaş qadınlar.
10.
Ahıl yaş 61-74 yaş kişilər, 5674 yaş
qadınlar.
II.
Qocalıq dövrü 75-90 yaş.
12. Uzunömürlük dövrü 90 yaşdan sonra.
Aşağıda yaş dövrlərinə uyğun olaraq dişlərin inkişafı 3
nömrəli cədvəldə verilmişdir.
Cədvəl 3
Süd və daimi dişlərin çıxma vaxtı
Dişlərin adı
Dişlərin çıxma vaxtı
süd
daimi
Orta kəsici
6-8 aylar
7-7,5 yaş
Yan kəsici
7-10 aylar
8-9 yaş
Köpək
14-18 aylar
10-12 yaş
Birinci kiçik azı dişi
12-14 aylar
10-11 yaş
İkinci kiçik azı dişi
20-30 aylar
11 yaş
Birinci böyük azı dişi
-
6-7 yaş
İkinci böyük azı dişi
-
12-14 yaş
Üçüncü böyük azı dişi
-
17
'
25
y
a
? _________
Cədvəldən göründüyü kimi, uşaqların dişləri iki mərhələdə
inkişaf edir. İlk mərhələdə 2 yaşa qədər 20 ədəd süd dişi, 67
yaşından 14-15 yaşa qədər daimi dişlər çıxır. Lakin ağıl dişləri 17-
25 yaşına qədər çıxır.
280
downloaded from KitabYurdu.org
Ağız suyu vəzilərinin inkişafı rüşeymin 3-cü əmmə və udma
aktları isə rüşeym inkişafının 5 aylığında başlayır.
Ağız suyunun miqdarı yeni doğulmuş uşaqlarda gün ərzində
dəqiqədə 0,01-0,1 ml, 11-12 yaşlarda 800 ml; yaşlı insanlarda isə 1-
105 litrə ifraz edilir. Qocalarda isə onun miqdarı azalır. Südəmər
körpələrdə ağız suyunda maltaza fermenti olmadığı üçün
karbohidratlar, disaxaridlərə qədər parçalana bilir.
Yemək borusu: - yeni doğulmuş uşaqlarda 10-11 sm, 2
yaşında - 14 sm, 5 yaşında - 16 sm, 10 yaşında - 18 sm, 15 yaşında
- 19 sm, yaşlılarda - 25 sm olur. Yemək borusunun selikli qişası
uşaqlarda böyüklərə nisbətən çox zəifdir.
Mədə: - Yeni doğulmuş uşaqlarda ilk 12 ay ərzində mədənin
sürətlə böyüməsi müşahidə olunur. Mədənin həcmi 7 sm
3
-dən 300
sm
3
-dək artır. Mədənin forması 1,5 yaşa qədər dairəvi, 2-3 yaşında
armudvarı, 7 yaşından sonra yaşlılara məxsus kisə forması alır.
Əzələ qişası da uşaqlarda zəif inkişaf edir. Vəz epitelinin əsas
hüceyrələri yaxşı inkişaf etmir. Hüceyrə diferensasiyası 7 yaşa
qədər davam edir. Cinsi yetişkənlik dövründə isə bu inkişaf başa
çatır. Yeni doğulmuş körpənin (10 günə qədər olan vaxt) mədəsində
xlorid turşusu olmur, südəmər (10 gündən 1 ilə qədər) dövründə isə
az olur. Pepsinə nisbətən, süd zülalını parçalayan ximozin çox və
həm də ondan aktiv olur. Ana südü inək südündən tez həzm olunur.
Süd qidasından qarışıq qidaya keçən dövrlərdə (6 ayından sonra)
mədə şirəsində xlorid turşusunun miqdarı artır, bu isə pepsinin
fəallığınmın artmasına səbəb olur.
Yeni doğulmuş uşağın mədə şirəsinin tərkibində pepsin,
ximozin, lipaza, süd turşusu və birləşmiş formada xlorid turşusu
olur. Turşuluq zəif olduğu üçün ancaq südün tərkibində olan zülalı
həzm edə bilir. Ximozinin fəallığı (südü çürüdən) birinci aya
nisbətən, ilin axırında 16-32 vahiddən, 256-512 vahidə qədər
çoxalır. Lipaza fermenti süddə olan yağın 20 %-ni parçalayır. Lakin
bu prosesə ananın südündə olan lipaza da kömək edir. Yaşa uyğun
lipazanın fəallığı 10-12-dən, 35-40 vahidə qədər artır. Südəmər
körpədə polisaxaridlər amilaza, laktaza, maltaza təsirindən
monosaxaridlərə qədər parçalanır.
281
downloaded from KitabYurdu.org
Parçalanma məhsulları südəmər körpədə mədədən qana və limfaya
sorulur. Yaşlı insanlarda isə mədədə sorulma, bağırsaqlara nisbətən
zəif gedir. Uşaqlarda ana südü 2,5-3 saata, inək südü 3-4 saata,
qidanın tərkibində zülal və yağ çox olduqda 4,5-6,5 saata həzm
olunur.
Bağırsaqlarda qida mədədən bağırsağın ilk şöbəsi oniki-
barmaq bağırsağa keçir. Buraya mədəaltı vəzi və qaraciyərin öd
axarları açılır.
Onikibarmaq bağırsaqda mədəaltı vəzə, bağırsağın özünün
şirəsinin və ödün təsirilə qida əhəmiyyətli dərəcədə həzm olunub,
qan və limfaya sorulur. Mədəaltı vəzin çəkisi yeni doğulmuş
uşaqlarda 3,1 qr, 2-4 yaşında 21,4 qr, 7-14 yaşında 47,5 qr, 20-30
yaşında 90,9 qr, 40-50 yaşında 104,0 qr olur, qocalarda isə vəzin
çəkisi tədricən azalır. Onikibarmaq bağırsaqdan qida kütləsi nazik
bağırsağın acı, qalça şöbələrinə isə yoğun bağırsağa daxil olur,
burada lazımlı maddələr qan və limfaya sorulur, çöküntü məhsulları
isə nəcis şəklində düz bağırsaqdan analdəliklə xaricə tullanır. Nazik
bağırsağın uzunluğu 5-6 m, yoğun bağırsağın uzunluğu 1,5-2 m-ə
qədər olur. Uşaqların yoğun bağırsaqlarında bakteriyalar tərəfindən
B qrupu və K vitamini sintez olunur.
Bağırsaqlar uşaqlarda böyüklərə nisbətən uzun olur. Belə ki,
yaşlı adamlarda bağırsaq bədəndən 4-5 dəfə uzun olduğu halda,
uşaqlarda 6 dəfə uzun olur. Bu xüsusən uşaqların qarışıq qidaya
keçməsilə əlaqədar olaraq 1-3 və 10-15 yaşlarında daha intensiv
gedir.
Yeni doğulmuş uşaqlarda qaraciyər 150 qr olub, onun çəkisi
8-10 ayında iki dəfə artır, 14-15 yaşında 1,3 kq, yaşlılarda 1,5 kq
qədər olur.
Ödün ifrazı 3 ayından başlayaraq yaşla əlaqədar artır və sutka
ərzində onun miqdarı 1-1,5 1-ə çatır. İnkişaf dövrlərində nəinki
bağırsaqların uzunluğu, həm də selikli qişada olan xov- ların,
haşiyəli hüceyrələrin miqdarı artır, qocaldıqda isə tədricən azalır.
İşıq mikroskopunda çox çətinliklə müşahidə olunan xov- lar
və onların mikroxovcuqlarmm uşaqların və yaşlıların qida
282
downloaded from KitabYurdu.org
kütləsini mənimsəməsində əhəmiyyəti çox böyükdür: 1) sorma
səthini artırıb 300-500 m
2
çatdırır. 2) mikroxovcuq- larm arasında
çoxlu miqdarda fermentlər olur, həmin ferment- lərdən bağırsaq
boşluğuna çox az miqdarda daxil olur. Buna görə də bağırsaq
divarının epitelinin, yəni mikroxovcuqlarm arasında fermentlərin
qatılığı yüksək olduğu üçün əsas həzm prosesi bağırsaq boşluğunda
deyil, məhz mikroxovcuqlarm arasında bağırsaq epiteli divarında
gedir. Buna görə də belə tip həzmə divarönü, membran və ya təmas
həzmi deyilir.
Bu tip həzm orqanizm üçün həm də ona görə çox əhə-
miyyətlidir ki, bağırsaqda olan mikroblar mikroxovcuqlarm
arasında olan məsamələrə nisbətən çox iri olduqları üçün oraya
daxil ola və həm də orada həzm olunmuş qidanı mənimsəyə
bilmirlər. Əgər mikroblar oraya daxil olub, oradakı qidanı
mənimsəyə bilsəydilər, onda qana çox az miqdarada həzm olunmuş
qida sorulardı.
283
downloaded from KitabYurdu.org
XIV FƏSİL
SİDİK-İFRAZAT SİSTEMİ
14.1.
Sidik ifrazat sisteminin
quruluşu və əhəmiyyəti haqqında
ümumi məlumat
Sidik-ifrazat sisteminin əsas funksiyası insan və heyvan
orqanizmində maddələr mübadiləsinin gedişində əmələ gələn
zərərli maddələrin artıq miqdarının orqanizmdən xaric edilməsini
təmin etməkdir, istər yaşlı, istərsə də uşaq orqanizmində qanın
osmotik təzyiqinin (izoosmiya) və ion tərkibinin (izoioniya)
sabitliyinin saxlanılmasında əsasən ağciyərlər, tər vəziləri, mədə-
bağırsaq traktı və əsas ifrazat üzvi olan böyrəklər iştirak edir.
Ağciyərlər orqanizmdə karbon qazı, su, efir, xloroform və
spirt buxarlarını, bağırsaqlar ağır metal duzların xaric edilməsində,
dəri suyun buxarlanmasında iştirak etməklə, tər vəziləri təri kənar
etməklə bədən temperaturunun və orqanizmin daxili mühitinin
sabitliyini qoruyub saxlayır.
Süd vəzilərinin ifaraz etdiyi süd uşağın gündəlik qida-
lanmasına, piy vəzilərinin ifraz etdiyi piy dərini nəm və yumşaq
saxlamağa xidmət edir.
14.2.
Böyrəklərin fiziologiyası
Böyrəklər (şəkil 1) 3 əsas funksiya yerinə yetirir; sidik
əmələgətirmə, homeostaz və endokrin.
Sidik əmələgətirmə prosesi. Böyrəklər mübadilənin son
məhsullarını, lazımsız maddələr və artıq birləşmələri orqanizmdən
xaric edir. Hər gün böyrəkdən süzülən 1,5 / ikincili və ya son sidik
sidik çıxarıcı yollarla orqanizmdən kənar edilir. Mübadilənin son
məhsullarına sidik cövhəri, sidik turşusu, kreatin, bilirubinin
çevrilməsindən əmələ gələn maddəni (bi- liverdin, urobulin),
amiak, polaminlər, hormonlar və onların metabolitləri daxildir.
Homeostazın tənzimi. Böyrəklər sidiklə orqanizm üçün
284
downloaded from KitabYurdu.org
zərərli olan maddələri kənar etməklə, mayenin həcmi və tərkibini,
elektrolit, turşu-qələvi, natrium, kalium, xlor, fosfor və s.
maddələrin müvazinətini sabit saxlayır.
Endokrin funksiyası. Böyrəklər bir sıra kimyəvi maddələr
sintez edir. Böyrəklər həm qan cərəyanına daxil olan hormonları
(eritropoetin, kalsitriol), həm də lokal fəaliyyət göstərən
vazokonstriktorları (damar daraldan) və vazodilatatorları (damar
genəldən) sintez edir (məsələn, arteriyal qan təzyiqinə təsir göstərən
renin, hipertonzin). Yukstaqlomerulyar aparatın dənəli hüceyrələri
müxtəlif amillərin təsirindən renin ifraz edir (şəkil 4a). Angiotenzin
II damar daraldıcı təsiri ilə yanaşı, al- dosteron ifrazını və susuzluq
hissiyatını gücləndirir, o həm də kanalcıqlarda natriumun geri
sorulmasmı tənzim edir. Lakin böyrəklərin əsas funksiyası sidik
əmələ gətirmək və bədəndən xaric etməkdir.
Filtrasiya (süzülmə), reabsorbsiya (geriyə sorulma),
sekresiya (ifrazetmə) və böyrək daxili metabolizm (maddələr
mübadiləsi), böyrəyin sidik ifrazetmə və homeostatik funksiyaları
ardıcıl prosesin nəticəsidir: filtrasiya, reabsorbsiya, sekresiya və
həmçinin böyrək daxili metabolizm kimi əsas proseslər böyrəyin
qan kapillyarı və böyrək borucuqlarmm mənfəzi arasında baş verir.
Yumaqcıq filtirasiyası (ultra filtrasiya, şəkil 2) yumaq- cıq
kapillyarların mənfəzindən (birinci kapillyar toru) böyrək
cisimciyində epitelial kapsulun mənfəzində baş verir və birincili ilk
sidiyin ultrafiltratının əmələ gəlməsinə səbəb olur. Hər gün yaşlı
adamların böyrəyi 180 / ilk sidik hazırlayır.
Borucuq rabsorbsiyası (şəkil 2) böyrəyin borucuqların- dan
sonra qan kapillyarlarının ikincili kapillyar torunun mənfəzində baş
verir. Reabsobsiyanın sutkalıq həcmi 179 l qədər olur.
Borucuq sekresiyası. Böyrək borucuqlarmm epitel hücey-
rələri ultrafiltrata hüceyrə mənşəli olmayan maddələrdən və
peritubulyar kapillyarlarda (ikincili kapillyar toru) və ya bo-
rucuqların epitel hüceyrələrində əmələ gələn bir sıra kimyəvi
maddələri ifraz edir.
Dostları ilə paylaş: |