Ey oğul, bil ki, adəmi-bikar,
Xüşk olan bir odundu, layiqi-nar.
Bunu bizdən deyibdilər əqdəm,
Sənəti olmayan deyil adəm.
Maarifpərvər şair başqa bir şerində birlik, ittifaq ideyasını irəli sürərək, fərdiyyətçiliyin əleyhinə çıxır, gəncləri birliyə, ittifaqa çağırırdı:
İttifaq eyləyəndə beş barmaq,
Xeyli asandı bir işi tutmaq.
Yoxdur, ey sərvarim, tək əldə səda,
İttifaq ilədir sünırü səfa.
Seyid Əzim şeirlərində Şamaxıda o zamanlar rus dilində yeni rəsmi dövlət məktəbinin açılmasından, özünün bu məktəbdə müəllim kimi çalışmasından və elmin məziyyətlərindən bəhs edir. O, elmli şəxsi var-dövlət sahibi, elmsiz şəxsi isə heyvan kimi dəyərləndirir:
Bu nədəndir? Savadımız yoxdur,
Elmdə ictihadımız yoxdur...
... Bixəbər olmuşuq şəriətdən,
Başımız çıxmır elmi-hikmətdən...
Dostları ilə paylaş: |