Ey oğul, hər lisanə ol rağib,
Xassə ol rusi elminə talib.
Onlara ehtiyacımız çoxdur,
Bilməsək dil, əlacımız yoxdur.
Seyid Əzimin rus dilini öyrənməyi təbliğ etməsi o dövr üçün mütərəqqi bir hadisə idi. O zaman Azərbaycanda hakim dairələr, ruhanilər rus dilinin, Rusiyadan ucqarlara keçən hər cür qabaqcıl ideyaların əleyhinə çıxırdılar. Elə buna görə də avam xalqa rusca oxumağı şəriətcə qadağan edir, rus dilində kitab, qəzet, jurnal oxuyanları “kafir” adlandırırdılar.
Mütərəqqi ideyaların carçısı olan Seyid Əzim bu mühafizəkarların əleyhinə olaraq rus dilinin tədrisini, rus və Avropa mədəniyyətinin qabaqcıl nailiyyətlərindən istifadə etməyi günün ən vacib və zəruri məsələlərindən sayır və bu sahədə müasiri Həsən bəy Zərdabi ilə bərləşirdi
Seyid Əzim insanın formalaşmasında rərbiyənin roluna böyük qiymət vermiş, bütün insanların tərbiyəyə möhtac olduğunu bildirmişdir:
Filhəqiqət dirəxti-nakamil,
Tərbiyət feyzinə olur şamil.
Növi-insan deyil ağacdan kəm,
Qabili-tərbiyətdi hər adəm.
Şairin fikrincə, insan elm və tərbiyə sayəsində öz əxlaqını və ədəbini inkişaf etdirib yetkin səviyyəyə çata bilər. İnsanın səadətinin mayasında tərbiyə dayanır. Tərbiyəsiz elmin isə faydası yoxdur:
Dostları ilə paylaş: |