Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Məhəmməd Tağı Sidqi Səfərov (1854-1903)



Yüklə 3,59 Mb.
səhifə120/443
tarix30.12.2021
ölçüsü3,59 Mb.
#23706
növüDərs
1   ...   116   117   118   119   120   121   122   123   ...   443
Məhəmməd Tağı Sidqi Səfərov (1854-1903) XIX əsr Azər­bay­can məktəb və pedaqoji fikir tariximizin görkəmli nüma­yən­də­lə­rin­dən biridir. O, ömrünün sonuna qədər maarif və mə­də­niy­yət car­çısı olmuş, xalqı elmə, təhsilə, tərəqqiyə çağırmışdır. Sidqi görkəmli bir pedaqoq, məktəbşünas olaraq təlim və tərbiyəyə dair qiymətli əsərlərin, yüksək elmi-pedaqoji dəyərə malik yeddi dərslik və dərs vəsaitinin müəllifi kimi şöhrət qazanmışdır. Onlar aşağı­da­kı­lardır:

1) “Nümuneyi əxlaq”; 2)Töhfeyi-bənat yainki “Qızlara hədiyyə” ; 3) “Müxtəsər coğrafiya risaləsi” 4) “Tənviri əfkar” (“Fikirlərin işıqlandırılması”); 5) “Həkimanə sözlər”; 6) “Nə­si­hət­namə”; 7) “Pedaqogikа”

Sidqi bir xalq müəllimi, bir məktəbdar kimi Hacı ağa Fəqir, Hüseyn Soltan Kəngərli, Hüseyn İsmayılov, Salman Əsgərov kimi ziyalıların köməyi ilə 1892-ci ildə Ordubadda “əxtər” (Ulduz) adlı yeni üsullu milli məktəb açmış və Sidqinin geniş pedaqoji fəaliyyəti də elə buradan başlamışdır. Sidqi bu məktəbin həm təsisçisi, həm rəhbəri, həm müəllimi, həm də müəllifi idi. Naxçıvan ziyalıları M.T. Sidqini Naxçıvana dəvət etdilər və o Yaxın və Orta Şərqdə məşhur olan “Tərbiyə məktəbi”ni 1894-cü ilin noyabr ayında açdı. M.T.Sidqinin açdığı “Tərbiyə məktəbi”nin Hüseyn Cavid, böyük yazıçı Məmməd Səid Ordubadi, məşhur ədəbiyyatşünas alim Əziz Şərif, görkəmli rejissor və aktyor Rza Təhmasib, Məmmədhüseyn Təhmasib, mollanəsrəddinçi şairlər Rzaqulu Nəcəfov və Əliqulu Qəmküsar qardaşları, yazıcı-publisist Ələkbər Qərib, Əli Səbri Qasımov, şair Məhəmmədəli Sidqi (M.T.Sidqinin oğlu), məşrutəçi Ələkbər Məmmədquluzadə, adlı-sanlı maarifçilər- Əbdüləzim Rüs­təm­zadə, Mircəfər Mirişli, Əlirza Rasizadə (Hüseyn Cavidin qar­daşı), realist rəssam Bəhruz Kəngərli, filoloji elmlər namizədi Xəlil Hacılarov, əməkdar müəllim Həsən Səfərli . Məmməd Xəlilov və Əli Xəlilov, Heydər Vəzirov, Əsəd Şeyxov, Qasım Camalbəyov, diplomat İbrahim Əbilov (1882-1923) kimi böyük elm, ədəbiyyat və mədəniyyət, ictimai və dövlət xadimləri yetirmələri olmuşdur. Onlar nəinki Azərbaycanda, eləcə də ölkəmizdən çox-çox uzaqlarda tanınan məşhur şəxsiyyətlər – elm, ədəbiyyat və incəsənət xadim­ləri, siyasətçilər olmuşlar. M.T. Sidqi istedadlı bir şair, yazıçı kimi uşaq, yeniyetmə və gənclər üçün tərbiyəvi əhəmiyyətli, ibrətamiz şeir və hekayələr yazmış, rus, ərəb və farscadan tərcümələr etmiş, teatrımızın inkişafında dəyərli xidmətlər göstərmişdir. M.T.Sidqi dеmək оlаr ki, bütün əsərlərində аnа dilini, еlmi və mааrifi təbliğ еtmiş, yеni məktəblər аçmаğı, оrаdа аnа dilini, bu dildə еlm və ədəb öyrətməyi günün vаcib məsələsi hеsаb еdirdi. O dеyirdi:




Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   443




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin