Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Şüuru formalaşdıran metodlar – buna inandırma me­tod­ları deyilir



Yüklə 3,59 Mb.
səhifə239/443
tarix30.12.2021
ölçüsü3,59 Mb.
#23706
növüDərs
1   ...   235   236   237   238   239   240   241   242   ...   443
1. Şüuru formalaşdıran metodlar – buna inandırma me­tod­ları deyilir.

2. Fəaliyyətin təşkili və davranış təcrübəsini formalaşdıran metodlar – buna alışdırma metodları deyilir.

3. Fəaliyyət və davranışı stimullaşdıran metodlar – buna rəğbətləndirmə və cəzlandırma metodları deyilir.
9.2. Şüuru formalaşdıran metodlar
Şüuru formalaşdırma metodları düzgün tərbiyə tələblərinin nə­dən ibarət olmasını izah etmək və onların icrasının zərurliyinə tərbiyə olunanları inandırmaq, bu haqda onda əqidə yaratmaq üçün istifadə edilən yol və vasitələrə deyilir. İnsanın möhkəm əqidəyə müxtəlif şəraitdə yiyələnirlər. Məktəbdə bu iş təlim, həmçinin sinif­dənxaric və məktəbdənkənar tədbirlər prosesində aparılır. Təlim prosesində bu iş müxtəlif fənlərin tədrisi zamanı həyata keçirilir. Sinifdənxaric və məktəbdənkanar tədbirlər prosesində isə şüurun for­malaşdırılması prosesi – yəni inandırma əxlaqi söhbətlər, fərdi söhbətlər, tərbiyə məsələlərinə dair məruzə və mühazirələr, disput­lar və bədii əsərlərin müzakirəsi, öyüd və nəsihətlər, nümunələr və s. vasitəsilə həyata keçirilir.

  • İzah etmə öyrənilən obyektin ayrıca anlayış və ha­d­i­sələrin qanunauyğunluqlarının sözlə şərh edilməsidir. Bu metoddan istifadə problemə dair misallar gətirməyi və məntiqiliyi tələb edir.


  • Yüklə 3,59 Mb.

    Dostları ilə paylaş:
1   ...   235   236   237   238   239   240   241   242   ...   443




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin