10.4. St
andartlaşdırma üzrə normativ sənədlərin
kateqoriyaları və standartların növləri
Standartlaşdırılma üzrə normativ sənədlər aşağıdakı kateqori-
yalara bölünür:
-
İSO standartları;
- dö
vlətlərarası standartlar (ГОСТ);
-
Azərbaycan Respublikasının dövlət standartrları (AZS);
-
sahə standartları (SSAZ);
-
texniki şərtlər (TŞAZ);
-
müəssisə standartları (MS);
Elmi-
texniki və mühəndis cəmiyyətlərinin standartları
(birliklər, assosiasiyalar və başqa cəmiyyətlər birliyi) (ETMCS).
Dö
vlət tikinti norma və qaydaları, həmçinin texniki-iqtisadi və
sosial informasiya üzrə dövlət təsnifatları, dövlət standartları
səviyyəsində sayılır.
319
Azərbaycan Respublikasının dövlət standartları məcburi və
tö
vsiyə olunan tələbləri özündə əks etdirir.
Məcburi tələblərə aşağıdakılar aiddir:
-
məhsulların (işlərin, xidmətlərin) insanın həyatı, sağlamlığı
və əmlakının təhlükəsizliyini, onların qarşılıqlı əvəzolunmasını, ətraf
mühitin qorunmasını təmin edəcək tələblər və bu göstəricilərin sınağı
(yoxlanması) üsullarına olan tələblər;
- m
arkalanma, qablanma, daşınma, saxlanılma və təkrar
istifadəyə olan tələblər;
-
müvafiq norma və qaydalara istinad edilmənin təhlükəsizlik
texnikası və əmək gigiyenası tələbləri;
- ö
lçmələrin dəqiqliyini və vəhdətini təmin edən metroloji
norma, qayda, tələb və müddəalar;
-
məhsulun işlənib hazırlanması, istehsalı, istismarı (tətbiqi)
zamanı texniki vəhdəti təmin edəcək müddəalar.
Dö
vlət standartlarının məcburi tələbləri müvafiq standartların
təsiri şamil edilən bütün icra hakimiyyəti orqanları və təsərrüfat
subyektləri tərəfindən mütləq yerinə yetirilməlidir.
Dö
vlət standartlarının tövsiyə olunan tələbləri aşağıdakı
hallarda mütləq yerinə yetirilməlidir:
-
bunlar qüvvədə olan qanunvericilik aktlarında nəzərə
alınmışsa;
-
bu tələblər məhsulun işlənməsi, hazırlanması və göndərilməsi
üzrə müqavilədə göstərilmişsə;
-
məhsulu hazırlayan (tədarükçü) tərəfindən məhsulun bu
standartlara uyğunluğu bəyan edilmişsə.
Azərbaycan Respublikasının dövlət standartları AZS 1.2-yə
əsasən işlənib hazırlanır və təsdiq edilir.
Sahə standartları məhsula, xidmətə aid dövlət standartları
olmadıqda işlənib hazırlanır.
Sahə standartlarının məcburi tələbləri dövlət standartları-nın
tələblərinə zidd olmamalıdır. Sahə standartlarının məcburi tələblə-
rini, onları təsdiqləmiş idarəetmə orqanlarına daxil olan müəssisə,
idarə və təşkilatlar tərəfindən mütləq yerinə yetirilməlidir.
Sahə standartlarını təsdiqləmiş idarəetmə orqanlarına daxil
olmayan, lakin bu standartlardan məhsulun hazırlanıb göndəril-
320
məsində istifadə edən müəssisə idarə və təşkilatlar sahə standartla-
rının məcburi tələblərinə əməl etməlidirlər.
Sahə standartlarının işlənib hazırlanması, təsdiqi, uçotu və
tətbiqi qaydalarını standartlaşdırma işlərinin təşkili üzrə səlahiyyətə
malik olan nazirlik (idarə) təyin edir.
Texniki şərtlər konkret məhsula (işə, xidmətə) olan tələbləri
müəyyənləşdirir. Texniki şərtlər AZS 1.3 üzrə işlənib hazırlanmalı,
razılaşdırılmalı, təsdiq edilməli və qeydə alınmalıdır.
Müəssisə standartları ancaq daxili tələbat üçün müəssisədə
hazırlanan məhsul (iş, xidmət) üçün işlənib hazırlanır və təsdiq edilir.
Müəssisə standartları dövlət və sahə standartlarının məcburi tələbləri
ilə ziddiyyət təşkil etməməlidir.
Müəssisə standartlarının işlənib hazırlanma və tətbiq edilmə
qaydalarının müəssisə və müəssisə birlikləri AZS 1.4 üzrə yerinə
yetirməlidirlər.
Məhsullara (işlərə, xidmətlərə) dövlət standartları, sahə
standartları, texniki şərtlər və onlara ediləcək dəyişikliklər
ARSMPDK – da dö
vlət qeydiyyatından keçməlidir.
Dö
vlət qeydiyyatından keçməyən standartlar, texniki şərtlər və
onlara ediləcək dəyişikliklər qanuni qüvvəyə malik deyildirlər.
Standartlaşdırma obyektinin spesifik xüsusiyyətinə və ona
verilən tələblərin məzmununa görə standartlaşdırma üzrə müxtəlif
kateqoriyalı normativ sənədlər üçün aşağıdakı növ standartlar işlənib
hazırlanır:
-
əsasverici standartlar;
-
məhsul, xidmət standartları;
-
proseslər üçün standartlar;
-
nəzarət üsulları (sınaq, ölçmə, analiz) standartları.
Əsasverici standartlar müəyyən fəaliyyət sahəsi üçün ümumi
təşkilati-metodik qaydaları, eləcə də məhsulun yaradılma və istifadə
proseslərində qarşılıqlı anlaşmanın müxtəlif elm, texnika və istehsalat
sahələrinin texniki vəhdətini və qarşılıqlı əlaqəsini təmin edən ümumi
texniki tələbləri, ətraf mühitin qorunması, məhsulun, proseslərin və
xidmətin insanların həyatı və əmlakı üçün təhlükəsizliyi və başqa
ümumi texniki tələbləri təyin edir.
321
Proseslər üçün standartlar, müxtəlif fəaliyyət növlərində
istifadə edilən proseslərdə işlərin (əməliyyatların) yerinə yetirilmə
ardıcıllığına və metodlarına (üsullarına, rejimlərə, normalara) verilən
və proseslərin öz təyinatına uyğunluğunu təmin edən əsas tələbləri
təyin edir.
Nəzarət üsulları (sınaq, ölçmə, analiz) standartları məhsulun,
prosesin, xidmətin müxtəlif nəzarət növləri və obyektləri üçün iş
(əməliyyat) ardıcıllığını, fəndləri (qaydaları, rejimləri, normaları) və
onların yerinə yetirilməsində lazım olan texniki vəsaiti təyin edir.
Dö
vlət standartlarının tərtibi, şərhi və sənədləşdirilməsinə
verilən ümumi tələblər AZS 1.5 üzrə, texniki şərtlərə verilən həmin
tələblər isə AZS 1.3 üzrə təyin edilir. Respublika nazirlikləri və
müxtəlif təşkilatlar tərəfindən təsdiq edilən standartların tərtibi, şərhi
və sənədləşdirilməsi qaydaları Dövlət standartlaşdırma sistemi
standartlarının tələblərini ödəməlidir.
Azərbaycan Respublikasının dövlət standartlarının, dövlətlə-
rarası standartların, standartlaşdırma üzrə beynəlxalq və regional təş-
kilatların standartlarının və tövsiyələrinin nəşri və yenidən nəşri hü-
ququ yalnız ARSMPDK–ə məxsusdur.
Digər ölkələrin milli standartlarının nəşrini, həmin ölkələrlə
bağlanmış müqavilə və razılaşmalara uyğun olaraq ARSMPDK-i
həyata keçirir.
Dö
vlət standartlarının, sahə standartlarının, texniki şərtlərin və
müəssisə standartlarının nəşrini,yenidən nəşrini həmin sənədləri təs-
diqləmiş orqanlar (təşkilatlar) və ya bu sənədlərin əslini saxlayan
müəssisələr həyata keçirirlər.
ARSMPDK-
i İnformasiya fondunun yaradılmasını, onun
fəaliyyətini və marağı olan istehlakçıların Azərbaycan
Respublikasının dövlət standartları, beynəlxalq, regional və başqa
ö
lkələrin milli standartları, texniki-iqtisadi və sosial informasiya
təsnifatları haqqında rəsmi məlumatla təmin edilməsini həyata
keçirir.
Azərbaycan Respublikasının qüvvədə olan dövlət standartla-
rının yeniləşdirilməsi və ləğvi AZS 1.2 üzrə aparılır.
322
10.5.
Standartlaşdırma sahəsində beynəlxalq
elmi-
texniki əməkdaşlıq
Standartlaşdırma
sahəsində
beynəlxalq
elmi-texniki
əməkdaşlığın əsas vəzifələri aşağıdakılardır:
-
Azərbaycan Respublikasının dövlət standartlaşdırma
sisteminin beynəlxalq, regional və başqa ölkələrin qabaqcıl milli
standatrlaşdırma sistemləri ilə hormonikləşdirilməsi;
-
beynəlxalq regional və başqa ölkələrin milli standartları
əsasında respublikanın standartlaşdırma üzrə normativ sənədlərinin
təkmilləşdirilməsi və elmi-texniki tərəqqi nailiyyətlərindən
maksimum istifadə edilməsi;
-
respublikada istehsal edilən məhsulların keyfiyyətinin və
onların dünya bazarlarında rəqabətə davamlılığının yüksəldilməsi;
- dö
vlət standartları əsasında, o cümlədən, iki və çoxtərəfli
əməkdaşlıq nəticəsində yaradılmış yeni, rəqabət qabiliyyətli, məhsul
nö
vləri və texnologiya üçün beynəlxalq və regional standartların
işlənib hazırlanması;
-
Azərbaycan Respublikasının başqa ölkələrlə ticarət-iqtisadi
v
ə elmi-texniki əməkdaşlığının normativ təmininin yaxşılaşdırılması
və beynəlxalq əmək bölgüsündə iştirakı;
-
beynəlxalq və regional standartlar işlənib hazırlandıqda Azər-
baycan Respublikasinin mənafeyinin müdafiəsinin təmin edilməsi;
-
başqa ölkələrlə ölçmə vəhdətinin (eyniliyinin) təmin edilməsi;
-
sertifikatlaşdırma nəticələrinin qarşılıqlı tanınması.
Standartlaşdırma üzrə beynəlxalq əməkdaşlıq, standartlaş-
dırma üzrə beynəlxalq, regional təşkilatlarla, başqa ölkələrin müvafiq
təşkilatları ilə iki və çoxtərəfli əlaqələrlə, Azərbaycan hökumətinin
qərarları, iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə hökumətlərarası
komissiyaların qərarları, bu qərarlara uyğun razılaşmaların,
müqavilələrin və əməkdaşlıq haqqında protokolların, nəhayət
Azərbaycan Respublikasının standartlaşdırma üzrə beynəlxalq və
regional təşkilatlarda iştirakından irəli gələn vəzifələrin əsasında
həyata keçirilir.
Azərbaycan Respublikasının standartlaşdırma üzrə beynəlxalq
əməkdaşlığı, bu təşkilatların işində bilavasitə iştirakından, birinci
323
nö
vbədə beynəlxalq və regional standartların, BMT, EİK və başqa
təşkilatların qaydalarının işlənib hazırlanmasında, eləcə də onların
xalq təsərrüfatında və partnyor ölkələrlə müqavilə-hüquq
münasibətlərinə tətbiqini təmin etməkdən ibarətdir.
Standartlaşdırma üzrə iki və çoxtərəfli əməkdaşlıq, partnyor
ö
lkələrin milli standartları ilə harmoniklikləşdirmə işlərindən,
standartların birgə işlənib hazırlanmasından, birgə elmi-tədqiqat,
təcrübə və məlumat mübadiləsi, qarşılıqlı məslə-hətləşmələr,
kadrların hazırlanması və s. işlərin aparılmasından ibarətdir.
Standartlaşdırma üzrə beynəlxalq əməkdaşlıq işlərinin təşkili və
aparılması ARSMPDK-nin müəyyən etdiyi qaydalarla, İSO, BEK və
standartlaşdırma ilə məşğul olan digər beynəlxalq və regional
təşkilatlar tərəfindən qəbul edilmiş metodik sənədlər nəzərə alınmaqla,
eləcə də respublikada qüvvədə olan və Azərbaycan Respublikasının
partnyor ö
lkələrlə ikitərəfli elmi-texniki əməkdaşlıq üzrə işlərin
qaydalarını müəyyənləşdirən sənədlərlə həyata keçirilir.
10.6.
Standartların tətbiqi
Azərbaycan
Respublikasının
dövlət
standartlarından,
Azərbaycan Respublikasının ərazisində, mülkiyyət forması və
tabeçiliyindən asılı olmayaraq müəssisələr, fərdi əmək fəaliyyəti ilə
məşğul olan vətəndaşlar, nazirlik (idarə), Azərbaycan Respublika-
sının başqa dövlət idarəetmə orqanları, eləcə də yerli idarəetmə
orqanları istifadə edirlər.
Azərbaycan dövlət standartlarından insanların həyatının və
sağlamlığının,
əmlakının
təhlükəsizliyinin,
ətraf
mühitin
qorunmasında, uyğunlaşdırmada və qarşılıqlı əvəzolunmada, eləcə də
nəzarəti və nişanlama üsullarının vahidliyini təmin etmədə istifadə
edilir. Məhsulun, işin, xidmətin keyfiyyətinə yönəldilən məcburi
tələbləri idarəetmə orqanları, müəssisələr, fərdi əmək fəaliyyəti ilə
məşğul olan vətəndaşlar, eləcə də ictimai və başqa təşkilatlar yerinə
yetirməlidirlər.
Azərbaycan Respublikasının digər standartlarının başqa
tələbləri aşağıdakı hallarda məcburi yerinə yetirilməlidir:
324
-
Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərə
alınmışsa;
-
bu tələblər məhsulun layihələndirilməsi, istehsalı və
gö
ndərilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə
müqaviləyə daxil edilmişsə;
-
məhsulun, iş və xidmətin həmin tələblərə uyğunluğunu,
məhsul göndərən, iş və xidmət icraçısı sənədlərdə göstərmişsə.
Sahə standartlarından Azərbaycan Respublikası ərazisində
uyğun nazirliklərin (idarələrin), müəssisələrin, eləcə də könüllülük
əsasında digər müəssisələr və fərdi əmək fəaliyyəti ilə məşğul olan
vətəndaşlar istifadə edirlər.
Az
ərbaycan Respublikasının yeni və yenidən baxılmış dövlət
standartlarını, həmin standartların qüvvəyə minmə tarixindən əvvəl
mənimsənilmiş məhsullara aid etməmək olar.
Müəssisə standartlarından uyğun müəssisədə və həmin stan-
dartları təsdiqləmiş birliyə daxil olan müəssisələrdə istifadə edilir.
Müəssisə standartlarından həmin standartları təsdiqləmiş birlik
və müəssisələrlə razılaşdırıldıqdan sonra başqa müəssisələrdə də
istifadə edilməsinə yol verilir.
Qüvvədə olan standartların (TS) məcburi tələblərini ödəməyən
məhsullar məcburi sertifikatlaşdırmalıdırlar. Sertifikatlaşdırma
sınağından müsbət nəticə ilə çıxmayan məhsullar satıla və ya həmin
təyinatla başqasına verilə bilməz.
İdxal edilən məhsul Azərbaycan Respublikasının qüvvədə olan
dö
vlət standartlarının təhlükəsizlik və ekologiya üzrə məcburi
tələblərinə uyğun olmalıdır və bu, uyğunluq sertifikatı ilə
təsdiqlənməlidir.
Digər ölkələrin beynəlxalq (regional) və milli standartları,
onların tələbləri xalq təsərrüfatının tələblərini ödəyirsə, əməkdaşlıq
haq
qında beynəlxalq razılaşmalar (müqavilələr) əsasında, yaxud
uyğun regional təşkilatların və milli orqanların razılığı ilə istifadə
edilə bilər.
Digər ölkələrin beynəlxalq (regional) və milli standartlarının
Azərbaycan Respublikasının dövlət standartları kimi istifadəsi,
ARSMPDK müəyyən etdiyi qaydalarla həyata keçirilir.
325
Digər ölkələrin beynəlxalq, regional və milli standartlarından,
onların Azərbaycan Respublikasının dövlət standartı kimi qəbul
edilməsinədək, istifadə edilməsinə yol verilir.
Digər ölkələrin beynəlxalq, əsaslandırılmış hallarda isə
regional və milli standartlarından istifadəyə hazırlıq bir qayda olaraq,
marağı olan müəssisə və təşkilatlar tərəfindən, onların layihələri
alındıqdan sonra başlanır.
Başqa ölkələrin beynəlxalq (regional) və milli standartlarının
tələbləri istehlakçıları qane edirsə və Azərbaycan Respublikasının
qüvvədə olan dövlət standartlarının məcburi tələblərindən aşağı
səviyyədə deyilsə, onların dövlət standartları kimi qəbul
edilməsinədək müəssisələr tərəfindən istifadəsinə yol verilir.
Məhsulların beynəlxalq (regional), milli və xarici ölkələrin
standartlarına uyğun olaraq hazırlanmasına və göndərilməsinə, həmin
ö
lkələrin istehlakçısının (sifarişçisinin) təklifi ilə, müqavilə
(kontrakt) əsasında yol verilə bilər.
Standartların tələblərinin pozulmasına yol verən şəxslər
Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun
olaraq məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikasının standartlaşdırma üzrə normativ
sənədləırindən başqa dövlətlər, onların hüquqi və fiziki şəxsləri
əməkdaşlıq haqqında müqavilə və ya razılaşmalar, yaxud həmin
sənədləri təsdiqləmiş Azərbaycan Respublikasının uyğun orqanının,
müəssisəsinin və təşkilatlarının icazəsi əsasında istifadə edə bilərlər.
10.7. Standartlara əməl edilməsinə dövlət nəzarəti
Azərbaycan Respublikasının dövlət standartlarının eləcə də
dö
vlətlərarası standartların məcburi tələblərinə riayət edilməsinə
dö
vlət nəzarətinin Azərbaycan Respublikası ərazisində ARSMPDK
və öz səlahiyyətləri daxilində başqa dövlət idarəetmə orqanları
həyata keçirirlər.
Standartlara riayət edilməsi üzrə dövlət nəzarətinin əsas
vəzifəsi, özündə standartlaşdırma obyektlərinə verilən məcburi
tələbləri əks etdirən, Azərbaycan Respublikası qanunlarının və
326
Azərbaycan Respublikası standartlarının pozulma ehtimalının
qabağını almaqdan ibarətdir.
Dö
vlət nəzarəti obyektlərinə aşağıdakılar daxildir:
-
standartlaşdırma üzrə normativ sənədlər və texniki sənədlər;
-
məhsul, xidmət və proseslər;
- dö
vlət nəzarəti üzrə qüvvədə olan qanunvericiliyə uyğun
başqa obyektlər.
Dö
vlət nəzarəti aşağıdakı hallarda həyata keçirilir:
-
məhsulıun işlənməsində, istehsalında, realizə edilməsində (o
cümlədən ixracatında), istismarında, təmirində, saxlanmasında,
daşınmasında, görülən işlərdə və göstərilən xidmətlərdə standartların
tələblərinə riayət edilməsinin yoxlanması;
-
məhsulun sınağı, o cümlədən sertifikatlaşdırma sinağı.
ARSMPDK-
nın dövlət nəzarəti orqanları və başqa dövlət
idarəetmə orqanları öz səlahiyyətləri daxilində fəaliyyətlərini həyata
keçirdikdə, idarəetmə orqanları və istehlakçıların ictimai təşkilatları,
sığorta cəmiyyətləri (assosiasiyaları), hüquq mühafizə orqanları ilə
qarşılıqlı əlaqədə olur, həvalə edilmiş vəzifələrin yerinə
yetirilməsində köməklik göstərirlər.
Qarşılıqlı əlaqə, standartların və texniki şərtlərin təkmilləşdi-
rilməsi, məhsulun keyfiyyətinin və istehsalın effektliliyinin yük-
səldilməsi, insanların həyatının, sağlamlığının və əmlakının təh-
lükəsizliyinin təmin edilməsi, ətraf mühitin qorunması məqsədilə
yaradılır.
ARMSPDK-
nın dövlət nəzarəti orqanları və başqa dövlət ida-
rəetmə orqanları öz səlahiyyətlərinə uyğun olaraq idarəetmə orqanlarına
və ictimaiyyətə məhsulun keyfiyyəti haqqında məlumat verir.
10.8. Standartlaşdırmanın metodiki əsasları
Standartın yüksək keyfiyyəti, buraxılan məhsulun yüksək
keyfiyyətini xarakterizə edir. Standartlaşdırma təcrübəsi göstərir ki,
standartların yüksək keyfiyyətini və effektivliyini təmin etmək üçün
onların işlənməsi mərhələlərində bir sıra vacib prinsipləri həyata
keçirmək lazımdır.
327
1. Sistemlilik prinsipi.
Texniki tərəqqi və məhsulun
keyfiyyətinə verilən yüksək tələblər istehsal prosesinə (insan əməyi,
istifadə edilən avadanlıqlar, tərtibatlar, alətlər, nəzarət vasitələri)
sistemli yanaşmağı tələb edir. Sistem kimi, fəaliyyəti ən az məsrəflə
maksimum effektivlik təmin edən qarşılıqlı əlaqəli elementlərin
məcmuu başa düşülür. Sistemin elementlərinin say əlaqələri
qanunauyğun (determinləşmiş) və təsadüfi ola bilər. Sistemə daxil
olan qarşılıqlı əlaqəli elementlərin məcmuu, müxtəlif səviyyələrdə
tabeçilik asılılığını qurmağa imkan verən strukturu yaradır.
2. Komplekslilik
və optimal məhdudiyyət prinsipi.
Standartları işləyərkən, standartlaşdırmanın son obyektinə təsir edən
bütün əsas elementləri nəzərə almaq lazımdır. Standartlaşdırmada
əmək tutumunu azaltmaq məqsədi ilə əsas obyektə cüzi təsir edən
elementlər nəzərə alınmır. Burada qarşılıqlı əlaqəli maddi və qeyri
maddi elementlərin kompleksi üçün xüsusiyyət və tələblər sisteminə
baxılır. Bu prinsipdə elementlərə verilən tələblər, standartlaşdırma
obyektinə verilən tələblərdən asılı olaraq müəyyənləşdirilir.
3.
Mütərəqqilik və standartların optimallaşdırılması
prinsipi.
Standartlarda təyin edilən norma, xüsusiyyət və tələb
gö
stəriciləri elmin, texnikanın və istehsalın dünya səviyyəsinə uyğun
o
lmalıdır. Onlar standartlaşdırılan obyektlərin inkişaf meylini nəzərə
almalıdırlar. Burada məhsulun elə optimal keyfiyyət göstəriciləri
təyin edilməlidir ki, onlar nəinki məhsulun yeni keyfiyyətinin
effektevliyini, eyni zamanda onun hazırlanmasını, materialına və
istismarına sərf olunan məsrəfləri də nəzərə alsın, yəni ən az
məsrəflərlə maksimum iqtisadi səmərə əldə edilsin.
4.
Standartlaşdırılan məmulların funksional qarşılıqlı
əvəzolunmasının təmin edilməsi prinsipi. Məmulların istismar
gö
stəricilərinə görə qarşılıqlı əvəz olunmasına imkan verən bu
prinsip, kompleks və qabaqlayıcı standartlaşdırmada, həmçinin
məmulların standartlaşmasında, onlara texniki şərtlərin işlənməsində
və s. əsas aparıcı rola malik prinsipdir.
5.
Standartların qarşılıqlı əlaqələndirilməsi prinsipi. Bey-
nəlxalq və milli ümumi texniki srandartların müxtəlifliyini və
çoxsaylı olduğunu nəzərə alaraq, onların qarşılıqlı əlaqəsini yaratmaq
lazımdır. Kompleks standartlaşdırma metodu bu prinsipin vacibliyini
328
və effektivliyini sübut edən ən inandırıcı misaldır. Bu prinsip bütün
standartlara aiddir. Bundan başqa standartlaşdırmanın müxtəlif
terminlərinin və anlayışlarının qarşılıqlı əlaqəsini təmin etmək də
mühüm məsələlərdən biridir.
Dostları ilə paylaş: |